Cəmiyyət 

10 aylıq körpənin ölümü ilə bağlı AÇIQLAMA

Goranboy Rayon Mərkəzi Xəstəxanası 10 aylıq körpənin peyvənddən ölməsi ilə bağlı məlumat yayıb. Bildirilib ki, 20.02.2026-cı il tarixində 02.04.2025-ci il təvəllüdlü azyaşlı Mirzəyev Nihat Sərvan oğlu Yuxarı Ağcakənd tibb məntəqəsində yaşına uyğun olaraq rutin profilaktik müayinədən keçirilib və Milli Peyvənd Təqviminə əsasən göyöskürək, difteriya, tetanus, b tipli Haemophilus influenzae, hepatit B və poliomielit infeksiyalarına qarşı 6 komponentli (Heksaksim) peyvəndin, həmçinin pnevmokok infeksiyasına qarşı peyvəndin 2-ci dozası tətbiq edilib. “Peyvənddən sonra azyaşlı tibb məntəqəsində müəyyən olunmuş müddət ərzində tibbi müşahidə altında saxlanılıb, hər hansı kəskin allergik reaksiya, anafilaktik əlamət və ya…

Read More
Cəmiyyət 

Elnur İbrahimov vəzifəsindən azad EDİLDİ – YENİ TƏYİNAT

Naxçıvan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Musavat.com xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq Sərəncam imzalayıb. Belə ki, sərəncamla Elnur Abbas oğlu İbrahimov Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Digər bir sərəncamla isə Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası həmin Agentliyin İdarə Heyəti sədrinin müavini Vüsal Cəmil oğlu Məmmədova həvalə edilib./Trend.Az

Read More
Cəmiyyət 

Peyvənddən ölən 10 aylıq körpənin həkimi DANIŞDI: “İynəni vurdum, sonra…”

Xəbər verdiyimiz kimi, Goranboyda peyvənd vurulan körpə ölüb. Hadisə rayonun Yuxarı Ballıqaya kəndində baş verib. Belə ki, kənd sakini 2025-ci il təvəllüdlü körpəyə tibb məntəqəsində yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub.O, iynənin təsirindən şoka düşərək vəfat edib. Faktla bağlı araşdırma aparılır. 10 aylıq körpə Yuxarı Ağcakənd qəsəbəsində yerləşən tibb məntəqəsində həkim Pərvin Köçərli tərəfindən peyvənd olunub. Pərvin Köçərli bununla bağlı Musavat.com-un suallarını cavablandırıb: – Doktor, körpəyə hansı növ peyvənd vurulub? – “Hexa” və PK peyvəndlərindən istifadə edilib. – Peyvənd edilərkən körpənin temperaturu neçə olub? – Qızdırmasını ölçdüm, 35.4 idi. Mənim yanımda peyvənddən sonra…

Read More
Cəmiyyət 

Rənginə baxıb almayın – Buna diqqət edin

Pomidor seçərkən ən çox nəyə diqqət edirik? Əlbəttə, rənginə. Əgər piştaxtadakı pomidor yaxşı qızarıbsa, onu almağa üstünlük veririk. Metbuat.az xəbər verir ki, mütəxəssisələr bu üsulun səhv olduğunu iddia edirlər. Onların fikrincə, pomidorun keyfiyyəti yalnız rəngi ilə deyil, bir sıra digər əlamətlərlə müəyyən olunur. Burada diqqət edilməli olan əsas məqam pomidorun saplağıdır. Tərəvəzin saplağı onun təzəliyinin əsas göstəricisidir. Yaşıl rəngdə saplaq məhsulun yeni yığıldığını, qaralmış və qurumuş saplaq isə uzun müddət saxlandığını göstərir. Eyni zamanda çox yumşaq pomidorların tez xarab olma ehtimalı yüksəkdir. Mütəxəssislər alıcılara rənglə yanaşı saplağa, qoxu və toxunuş xüsusiyyətlərinə diqqət…

Read More
Cəmiyyət 

Sabah Su çərşənbəsidir

Sabah Azərbaycanda Novruz bayramının ilk çərşənbəsi – Su çərşənbəsidir. Bu gün yaz mövsümünün yaxınlaşmasının rəmzi hesab edilir və xalq təqvimində Novruza hazırlıqların başlanğıcı kimi qəbul olunur. Boz ayın ilk çərşənbəsi olan Su çərşənbəsi qədim inanclara görə həyatın başlanğıcını simvolizə edir. Mifoloji təsəvvürlərdə su yaradılışın ilk ünsürü sayılır, dirilik və paklıq mənbəyi kimi qəbul olunur. Xalq arasında bu gün “Əvvəl çərşənbə”, “Gözəl çərşənbə”, “Sular Novruzu” və “Gül çərşənbə” adları ilə də tanınır. Su çərşənbəsi ilə bağlı inanclar və adətlər Ənənəyə görə, bu gün su ilə bağlı müxtəlif mərasimlər icra olunur və…

Read More
Cəmiyyət 

Sahil quş cəsədləri ilə doldu – Xəzər dənizində nə baş verir?

Xəzər dənizinin sahilboyu ərazilərində batağan (Podicipedidae) quşlarının kütləvi ölümü qeydə alınıb. Xaçmazın Niyazabad kəndi yaxınlığında dəniz kənarında minlərlə quş cəsədlərinə rast gəlinir. Cəsədlər kilometrlərlə məsafədə sahilboyu əraziyə səpələnib. Balıqçılar bildirirlər ki, bu ərazidə batağan quşlarının kütləvi ölümü daha çox fevral ayının əvvələrində müşahidə olunub. “Mən bu yerlərdə tez-tez oluram. İyirmi gündən çoxdur bu quşların cəsədləri sahilə səpələnib. Əvvəl quşların diri olanları da vardı. Dəstə ilə bir yerə toplaşıb hərəkətsiz dururdular. Yaxınlaşıb toxunanda belə uçmurdular. Götürüb, suya atsaq da, yenidən ləpə vurub sahilə çıxarırdı. Sahildə boyunlarını büküb, soyuqdan ölürdülər. Mən buradan…

Read More
Cəmiyyət 

Həbsxanada işləyən məhkumların qazancı AÇIQLANDI

Cəzaçəkmə müəssisələrində məhkumların əməyinin ödənilməsi qaydası açıqlanıb. Ədliyyə Nazirliyindən bildirilib ki, məhkumlara əməkhaqqının hesablanması, təyin edilməsi və ödənilməsinin hüquqi əsasları qismində Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi, Nazirlər Kabinetinin 2001-ci il 15 sentyabr tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin əmək haqqının ödənilməsi Qaydası”, habelə qanunvericiliyə əsasən Ədliyyə Nazirliyi tərəfindən qəbul edilmiş müvafiq aktlar çıxış edir: “Belə ki, məhkumlar əmək qanunvericiliyinə uyğun olaraq əməkhaqqı almaq hüququna malikdirlər. Onların əməkhaqqı əməyin ödənilməsi dərəcələrinə…

Read More
Cəmiyyət 

Hansı qurumlar dəyişkən iş qrafikinə keçir? – VİDEO

  Müvafiq dövlət qurumlarına təhlillər aparmaq və yeni iş rejiminə keçidlə bağlı siyahı hazırlamaq tapşırılıb. Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, ötən ilin əvvəlində Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığını azaltmaq məqsədilə qəbul edilən Dövlət Proqramında dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişdirilməsi də yer alıb. İş rejiminin dəyişdirilməsini isə müxtəlif sahələrə görə tənzimləmək mümkündür. Sahib Məmmədov vurğulayıb ki, bəzi iş yerləri var ki, orada rejimin dəyişdirilməsi mümkün olmayacaq. Hələlik isə bununla bağlı konkret addım atılmayıb.

Read More
Cəmiyyət 

5 gün partlayış səsləri EŞİDİLƏCƏK

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək. Musavat.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Bildirilir ki, 23-27 fevral tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda qeyd edilir.

Read More
Cəmiyyət 

Bu şəxslərə 4500 manat veriləcək

Konstitusiya Məhkəməsi işçilərə əlavə kompensasiyaların ödənilməsi ilə bağlı vacib qərar qəbul edib. Qərara əsasən, əmək müqaviləsinə xitam verilərkən işçiyə bütün iş illərinin istifadə etmədiyi məzuniyyətlərinə görə kompensasiya ödəniləcək. Musavat.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib. Qərarla Əmək Məcəlləsinin 115–117 və 118-1-ci maddələrində göstərilən əlavə məzuniyyətlərinə görə, istifadə olunmamış əsas əmək məzuniyyəti üçün müəyyən edilmiş qaydada və məbləğdə hesablanan kompensasiyanın verilməsi təmin ediləcək. 115-ci maddə ilə əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri, 117-ci maddə ilə uşaqlı qadınların əlavə məzuniyyətləri, 118-ci maddə ilə isə…

Read More