Hadisə 

Azərbaycanda DƏHŞƏTLİ qəza: ÖLƏN VAR

Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com Report-a istinadla xəbər verir ki, Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 67 yaşlı Məzlumə Xəlilova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Daha çox xəbərlər