Fevralın 21-i Beynəlxalq Ana Dili Günüdür
Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günüdür. Dil hər bir xalqın milli kimliyinin əsasını təşkil edir. “İki sahil” Azərbaycan dilinin inkişafı və tətbiqi ilə bağlı ölkəmizdə görülən işlərə nəzər salır. Tarixin sınaqlarından zəfərə doğru Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsi üçün mühüm tədbirlər həyata keçirib. Hələ 1978-ci ildə Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsdiq edilməsi o dövr üçün böyük bir siyasi cəsarət idi. Müstəqillik illərində isə – 2001-ci ildə latın qrafikasına tam keçid və hər il avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd…
Read More