Cəmiyyət 

Elektrik və qaz ödənişində yeni DƏYİŞİKLİK – 1 manat sabit tarif necə ALINIR?

“Qaz və elektrik enerjisinin sərfiyyatı haqqında” Qanuna edilən dəyişikliyə görə, yanvar ayından qaz və işığa görə 1 manat məbləğində sabit tarif ödənilir. Bu ödəniş ilk dəfə yerinə yetirildiyi üçün bəzi abonentlərdə çaşqınlıq yaradıb. Xüsusilə, sərfiyyata görə ödənişi onlayn şəkildə müxtəlif platformadan ödəyənlər sabit tarifin qeyd edilən borcun tərkibində olduğundan məlumtsızdırlar. Bəziləri sərfiyyata görə yığılan borcu ödədikdən sonra sistemdə əlavə olaraq 1 manatın borc kimi qeyd edildiyini iddia edirlər. Musavat.com xəbər verir ki, məsələ ilə bağlı “Azərişıq” ASC-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, mənzillərə göndərilən bildirişlərdə sabit tarif əlavə olaraq qeyd…

Read More
Cəmiyyət 

Azərbaycanda 11 gün ardıcıl İŞ OLMAYACAQ

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqviminə əsasən, Azərbaycanda 2026-cı il Ramazan ayının birinci günü fevralın 19-na təsadüf edəcək. Nazirlər Kabinetinin qərarına əsasən, bu il Ramazan bayramı martın 20-21-nə (cümə və şənbə) düşəcək. Həmin tarixlər eyni zamanda Novruz bayramı günləri hesab olunur. Bu səbəbədən də Nazirlər Kabinetinin qərarına əsasən, həmin bayramlarla əlaqədar 11 gün qeyri-iş günü olacaq. Belə ki, 2026-cı ilin martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart da qeyri-iş günləri olacaq.…

Read More
Cəmiyyət 

Əhaliyə ŞAD XƏBƏR: Ətin qiyməti ucuzlaşacaq

“Monqolustandan Azərbaycana ət idxalının kəskin artması daxili bazarda qiymətlərə təsir göstərə bilər. Lakin bu proses avtomatik və birbaşa ucuzlaşma anlamına gəlmir”. Musavat.com xəbər verir ki, bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında bildirib. İqtisadçı Akif Nəsirli: “Hökumət gərək özünü aldatmasın, iqtisadiyyatın bütün seqmentlərində rəqabət mühiti formalaşdırsın” “İdxalın qiymətlərə təsiri bir sıra iqtisadi amillərdən asılıdır. Buraya idxal olunan məhsulun həcmi, maya dəyəri, logistika xərcləri, gömrük rüsumları, daxili istehsalın bazardakı payı və rəqabət mühiti daxildir. Əgər Monqolustandan gətirilən ət yerli istehsalla müqayisədə daha ucuz başa gəlirsə və böyük həcmdə bazara…

Read More
Cəmiyyət 

“Renka” saxlanıldı

Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. Musavat.com bildirir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, “TikTok” platformasında qeyd edilən qanunsuz əməllərə yol verən, “Renka” adı ilə yayımlar edən Rəna Cəfərova saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə…

Read More
Cəmiyyət 

Məktəbdə geyim azadlığı harada bitir?

Azərbaycan təhsil sistemində uzun illərdir gündəmdən düşməyən məsələlərdən biri də şagirdlərin vahid geyim qaydalarına əməl etməməsi problemidir. Rəsmi qərarlar qəbul edilsə də, praktikada bu sahədə müəyyən boşluqların qalması tez-tez müzakirə olunur. Qayda var, amma icra mexanizmi hər yerdə eyni səviyyədə işləmir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 17 mart 2022-ci il tarixli qərarı ilə “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ni təsdiqləyib. Sənədə əsasən, ümumi təhsil məktəblərində dörd alternativ forma modeli müəyyən olunub və məktəbin Pedaqoji Şurası həmin variantlardan yalnız birini seçə bilər. Bu siyahıda dini atribut və ya ayrıca dini…

Read More
Cəmiyyət 

Ən yüksək balı onlar topladı

Dövlət İmtahan Mərkəzinin 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına 15 fevral 2026-cı il tarixində keçirdiyi qəbul imtahanının nəticələrinə görə Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri ölkə birinciləri olublar. BANM-in İnformasiya təhlükəsizliyi ixtisasının 5-ci kurs tələbəsi Elvina Əliyeva və Proseslərin avtomatlaşdırılması ixtisasının 5-ci kurs tələbəsi Zahid Abdullayev imtahanda 91 bal toplayıblar. Elvina Əliyeva ali məktəblərin bakalavr pilləsinə qəbul zamanı 689,6 bal toplayaraq Prezident təqaüdçüsü olub, Zahid Abdullayev isə bakalavr pilləsinə qəbul zamanı 671,2 bal toplayıb.**“Qafqazinfo”

Read More
Cəmiyyət 

FHN əhaliyə müraciət etdi – Yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi var

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 17-18-də qərb küləyinin güclənməsi və havanın temperaturunun tədricən yüksəlməsi fonunda bəzi yüksək dağlıq ərazilərdə qar uçqunu olması ehtimalı var. “İki sahil” xəbər verir ki, bununla əlqədar Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır. Belə ki, qar uçqunundan qorunmaq üçün uçqun ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək, qar uçqunu başladıqda isə dərhal qaçaraq onun yolu üstündən kənara çıxmağa çalışmaq, yaxınlıqdakı qayanın çıxıntısı altında gizlənmək lazımdır. Əgər qar uçqunundan qaçıb qurtarmaq mümkün deyilsə, çanta və bu kimi digər əşyaları kənara atın, çömələrək…

Read More
Cəmiyyət 

Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə iştirak etdi

“Azərbaycan Uşaqları” İctimai Birliyinin təşkilatçılığı ilə “Qaranlıqdan sonra” adlı xüsusi tədbir keçirilib. Publika.az xəbər verir ki, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva tədbirdə iştirak edib. Tədbirin keçirilməsində əsas məqsəd Birliyin sosial xidmət müəssisəsi olan Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzində məskunlaşan uşaqların yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi, özünəinam hissinin gücləndirilməsi və onların cəmiyyətə reinteqrasiyasına dəstək göstərilməsi olub. Proqram çərçivəsində istifadə olunmuş materiallardan hazırlanmış 21 ədəd əl işi nümayiş etdirilib. Yararsız hesab olunan sap və digər vəsaitlərə ikinci həyat verilməsi ekoloji məsuliyyət prinsipini və uşaqların yaradıcı təfəkkürünü əks etdirib. Sonra reabilitasiya prosesi keçən uşaqlar…

Read More
Cəmiyyət 

Bəyənmə, izləyici və asılılıq…

Avropada yeniyetmələrin rəqəmsal həyatına nəzarət gücləndirildi Avropada rəqəmsal mühitin hüquqi tənzimlənməsi yeni mərhələyə qədəm qoyur. Avropa İttifaqına üzv ölkələr yaxın gələcəkdə yetkinlik yaşına çatmayan şəxslərin sosial şəbəkələrə çıxışını məhdudlaşdıran qanunvericilik təşəbbüsləri ilə çıxış etməyə hazırlaşır. Bu təşəbbüslər artıq yalnız texnoloji platformaların fəaliyyətinə nəzarət deyil, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək məqsədi daşıyan genişmiqyaslı strategiyanın bir hissəsi kimi qiymətləndirilir. Rumıniya bu siyasəti açıq şəkildə dəstəkləyən ölkələrdən biridir. “Digi24” telekanalına açıqlamasında Rumıniya prezidentinin müşaviri Sorin Kostrey bildirib ki, yaxın bir il ərzində Avropanın bir çox ölkəsində analoji qanunların qəbulu gözlənilir. O vurğulayıb…

Read More
Cəmiyyət 

Yas mərasimləri ilə bağlı YENİ XƏBƏR – Ehsanla bağlı…

  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib. Kollegiyanın üzvləri, Dövlət Komitəsinin tabeliyindəki qurumların və struktur bölmələrin rəhbərlərinin iştirak etdiyi iclasda ötən ildə görülmüş işlərin nəticələri təhlil edilib, 2026-cı ildə qarşıda duran vəzifələr müzakirə olunub. Komitədən Musavat.com-a verilən xəbərə görə, Kollegiya iclasında yas mərasimlərində israfçılığın aradan qaldırılması üçün cəmiyyətdə ümumi konsensusun əldə olunmasının zəruriliyinə toxunulub. Qeyd olunub ki, Dövlət Komitəsi dəbdəbəli yas mərasimlərinin keçirilməsinin qarşısının alınması istiqamətində irəli sürülən ictimai təşəbbüsləri müsbət qiymətləndirir və bu cür təşəbbüslərə dəstək verməyə davam edəcəkdir. Komitə tərəfindən hazırlanmış normativ-hüquqi akt layihələri və qanunvericilik təşəbbüsləri,…

Read More