Cəmiyyət 

Bəyənmə, izləyici və asılılıq…

Avropada yeniyetmələrin rəqəmsal həyatına nəzarət gücləndirildi Avropada rəqəmsal mühitin hüquqi tənzimlənməsi yeni mərhələyə qədəm qoyur. Avropa İttifaqına üzv ölkələr yaxın gələcəkdə yetkinlik yaşına çatmayan şəxslərin sosial şəbəkələrə çıxışını məhdudlaşdıran qanunvericilik təşəbbüsləri ilə çıxış etməyə hazırlaşır. Bu təşəbbüslər artıq yalnız texnoloji platformaların fəaliyyətinə nəzarət deyil, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək məqsədi daşıyan genişmiqyaslı strategiyanın bir hissəsi kimi qiymətləndirilir. Rumıniya bu siyasəti açıq şəkildə dəstəkləyən ölkələrdən biridir. “Digi24” telekanalına açıqlamasında Rumıniya prezidentinin müşaviri Sorin Kostrey bildirib ki, yaxın bir il ərzində Avropanın bir çox ölkəsində analoji qanunların qəbulu gözlənilir. O vurğulayıb…

Read More
Cəmiyyət 

Yas mərasimləri ilə bağlı YENİ XƏBƏR – Ehsanla bağlı…

  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib. Kollegiyanın üzvləri, Dövlət Komitəsinin tabeliyindəki qurumların və struktur bölmələrin rəhbərlərinin iştirak etdiyi iclasda ötən ildə görülmüş işlərin nəticələri təhlil edilib, 2026-cı ildə qarşıda duran vəzifələr müzakirə olunub. Komitədən Musavat.com-a verilən xəbərə görə, Kollegiya iclasında yas mərasimlərində israfçılığın aradan qaldırılması üçün cəmiyyətdə ümumi konsensusun əldə olunmasının zəruriliyinə toxunulub. Qeyd olunub ki, Dövlət Komitəsi dəbdəbəli yas mərasimlərinin keçirilməsinin qarşısının alınması istiqamətində irəli sürülən ictimai təşəbbüsləri müsbət qiymətləndirir və bu cür təşəbbüslərə dəstək verməyə davam edəcəkdir. Komitə tərəfindən hazırlanmış normativ-hüquqi akt layihələri və qanunvericilik təşəbbüsləri,…

Read More
Cəmiyyət 

Ramazanda düzgün qidalanma: iftar və sahurda nələrə diqqət etməli?

“Ramazan ayı yaxınlaşanda ən çox verilən sual yeməyin “nə qədərindən” yox, “necəsindən” olur. Çünki gün boyu aclıqdan sonra bədən birdən-birə ağır yüklənəndə yanma, şişkinlik, qəbizlik, baş ağrısı, hətta təzyiq və şəkər dalğalanmaları kimi hallar ortaya çıxa bilər. Bu fəsadların çoxu ciddi problem sayılmasa da, təkrarlananda insanı yorur. İftarı açarkən ən doğru addım tələsməməkdir. Bir çoxları ac olduğu üçün ilk dəqiqələrdə həddindən artıq yeyir. Halbuki mədə buna hazır olmur. İftara su ilə başlamaq, 1-2 xurma yemək, ardından şorba kimi yüngül qida qəbul etmək mədəni rahatlaşdırır. Sonra 10-15 dəqiqə fasilə vermək toxluq siqnalının…

Read More
Cəmiyyət 

Vüqar Qurbanovu TƏBİB-də o əvəzləyəcək -DOSYE

Mediada yayımlanan məlumata görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov işdən uzaqlaşdırılıb. Onun yerini müavini Anar İsrafilovun aldığı da deyilir. TƏBİB-in yeni rəhbəri olduğu deyilən Anar İsrafilovun dosyesini təqdim edirik. Anar İsrafilov Azərbaycan Tibb Universitetində Pediatriya ixtisası, eləcə də Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə təhsil alıb. Hazırda Azərbaycan Tibb Universitetində Nefrologiya ixtisası üzrə doktorantura pilləsi üzrə təhsil alıb. Bir sıra dövlət və özəl tibb müəssisələrində uşaq nefroloqu kimi də işləyib. O, 2006-2022-ci illər ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə…

Read More
Cəmiyyət 

Rüstəm Məmmədov vəzifəsindən azad EDİLDİ – İH-də kadr DƏYİŞİKLİYİ

Quba Rayon İcra Hakimiyyətinin (RİH) başçısı köməkçisini və rayonun baş memarını vəzifədən azad edib. Bununla bağlı icra başçısı İlqar Mahmudov əmr imzalayıb. Əmrə əsasən, Rüstəm Məmmədov başçının köməkçisi vəzifəsindən azad olunub. Digər əmrlə o, başçının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi təyin edilib. Başqa əmrlə Şahin Aslanov isə Memarlıq-tikinti məsələləri sektorunun müdiri, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini, baş memar vəzifələrindən çıxarılıb. Eyni zamanda, Tural Rəhimov isə Hüquq və kadr məsələləri sektoruna məsləhətçi təyin olunub. Qeyd edək ki, Rüstəm Məmmədov 2022-ci ildən Quba RİH-də çalışır. Fotoda Rüstəm Məmmədov…

Read More
Cəmiyyət 

Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının qərarı ilə Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in İcraçı direktoru vəzifəsindən azad edilib. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib. ***** TƏBİB icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən çıxarılıb. Musavat.com xəbər verir ki, sədrin səlahiyyətlərinin icrası qurumun müavini Anar İsrafilova həvalə olunub. Hələlik rəsmi qurumlar tərəfindən Vüqar Qurbanovun vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb. Qeyd edək ki, son aylarda TƏBİB-in fəaliyyəti, xüsusilə dövlət tibb müəssisələrində…

Read More
Cəmiyyət 

Xəbərdarlıq edildi – Bu gün DİQQƏTLİ OLUN

Bakı Şəhər DYP İdarəsinin hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciəti. Musavat.com xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətindən məlumat verilib. Duman digər hərəkət iştirakçılarının, habelə yol nişanlarının, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur. Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını…

Read More
Cəmiyyət 

Sabah Vardanyana hökm oxunacaq

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclası fevralın 17-də davam etdiriləcək. Bu barədə Musavat.com-a Bakı Hərbi Məhkəməsindən məlumat verilib. Qeyd edək ki, fevralın 10-da keçirilən məhkəmə prosesində məhkəmə baxışının başa çatdığı elan edilib, məhkəmə heyəti müşavirəyə gedib. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110…

Read More
Cəmiyyət 

Azərbaycanda İİV-ə yoluxma sayı azalıb

2026-ci ilin yanvar ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 1(0,01%) nəfəri inyekson narkotik istifadəçisi olub. “İki sahil” xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun bu ilin yanvar ayı üzrə hesabatında qeyd olunub. Məlumata görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Bildirilib ki, hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 283, QİÇS-lə Mübarizə Mərkəzində 299, Sumqayıt Narkoloji Mərkəzində…

Read More