Cəmiyyət 

Xəbərdarlıq edildi – Bu gün DİQQƏTLİ OLUN

Bakı Şəhər DYP İdarəsinin hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciəti.

Musavat.com xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətindən məlumat verilib.

Duman digər hərəkət iştirakçılarının, habelə yol nişanlarının, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur.

Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdarlar.

Daha çox xəbərlər