Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının qərarı ilə Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in İcraçı direktoru vəzifəsindən azad edilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.
*****
TƏBİB icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən çıxarılıb.
Musavat.com xəbər verir ki, sədrin səlahiyyətlərinin icrası qurumun müavini Anar İsrafilova həvalə olunub.
Hələlik rəsmi qurumlar tərəfindən Vüqar Qurbanovun vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb. Qeyd edək ki, son aylarda TƏBİB-in fəaliyyəti, xüsusilə dövlət tibb müəssisələrində xidmət keyfiyyəti və pasiyent şikayətləri fonunda quruma qarşı ictimai narazılıqlar artmışdı.
Məsələ ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.//bakupost

