Şükürbəyli kəndinə daha 45 ailə yola salındı

Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb. Publika.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb Cəbrayıl rayonun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Şükürbəyli kəndinə 45 ailə – 196 nəfər köçürülüb.

Daha çox ..

Şahbuz rayonu ərazisində hərbi sursatın aşkar olunub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən Şahbuz rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. “İki sahil” xəbər verir ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib. Hüquq mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş…

Daha çox ..

Səfir: Bakıdakı “Berlin dönəri” üçün darıxacağam

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann ölkəmizdəki diplomatik missiyasının başa çatması ilə əlaqədar vida paylaşımı edib. Musavat.com bildirir ki, səfir paylaşımında səmimi və emosional ifadələrə yer verib. “Azərbaycanda keçirdiyim dörd ilin sonunda istər-istəməz bir qədər kövrəklik hissi yaranır. Berlində dünyanın ən yaxşı dönəri məni gözləsə də, Bakıdakı “Berlin dönəri” üçün darıxacağam. Bunun yalnız bir həlli var: mən yenidən…

Daha çox ..

Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

Hər il iyunun 17-si xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. AZƏRTAC xəbər verir ki, həmin gün öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətindən götürür. Şərqdə ilk demokratik respublika olan Milli hökumətin ilk qərarlarından biri 1918-ci il iyunun 17-də Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar…

Daha çox ..

“Batmaq mövsümü” başladı

Bəzi çimərliklərdə giriş haqqı 50 AZN təşkil edir… İyunun 15-i rəsmi olaraq dəniz mövsümünün açıldığı tarixdir. Təəssüf ki, bu tarixlə bağlı sosial şəbəkələrdə “Batmaq mövsümü başladı” kimi adamı qorxudan ifadə işlədilir. Çünki xüsusilə iyun-avqust aylarında suda boğulma (batma) hadisələri artır. Hava isinən kimi insanlar çaylara, göllərə və dənizə üz tutur, amma təhlükəsizlik qaydalarına əməl olunmadıqda…

Daha çox ..

Qəzada ölən Məryəmin orqanları 6 nəfərə həyat verdi

“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı Məryəm Əliyeva dəfn edilib. Bloger bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Nərmin Əliyeva bildirib ki, bu gün bacısı son mənzilə yola salınıb. O, paylaşımında Məryəmin ölümündən sonra da insanlara həyat bəxş etdiyini vurğulayıb. “Bu gün balaca balamızı son mənzilə yola saldıq. Sağlığında hər kəsin köməyinə…

Daha çox ..

Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib – FOTOLAR

İyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə təsis edilmiş bu əlamətdar gün münasibətilə Səhiyyə Nazirliyi tərəfindən silsilə tədbirlər təşkil edilib. Musavat.com xəbər verir ki, peşə bayramı münasibətilə səhiyyə naziri Teymur Musayev, nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərləri Fəxri xiyabanı ziyarət…

Daha çox ..

Əhalinin NƏZƏRİNƏ: 17, 18 və 19 iyun tarixlərində nə baş verəcək?

Yerdə bu gün maqnit qasırğasının baş verəcəyi gözlənilmir. Musavat.com xəbər verir ki, bu barədə proqnozu Britaniya Geoloji Xidməti yayıb. Daha əvvəl proqnozlaşdırılan tac kütləsinin atılması nəticəsində baş verə biləcək toxunma zərbəsi qeydə alınmayıb. Hazırda günəş küləyinin parametrləri fon səviyyəsinə yaxınlaşır. Məlumata görə, bu gün zəif və yüksək sürətli axın planetimizə çata bilər, lakin bu, geomaqnit aktivliyinin…

Daha çox ..

Nəbatat bağının sədri cərimələndi – SƏBƏB

“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov cərimələnib. Musavat.com “Qaynarinfo”ya istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Mərkəzi Nəbatat Bağı barəsində İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinin (istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı tələblərin pozulması)…

Daha çox ..

Erkən yaşda “Həri” mərasimi keçirənlər cərimələnə bilər?

Erkən evlilik və onun hüquqi nəticələri son dövrlərdə daha çox müzakirə olunan məsələlərdən biridir. Qanunvericilik bu sahədə həm nikah yaşına çatmayan şəxslərin müdafiəsini, həm də müxtəlif mərasimlərin hüquqi məsuliyyətini aydın şəkildə müəyyən edir. Bu mövzuda tez-tez “nişan” və “həri” kimi anlayışların hüquqi statusu ilə bağlı suallar yaranır. Mövzu ilə bağlı vəkil Turan Abdullazadə Demokrat.az-a bildirib…

Daha çox ..