Cəmiyyət 

Şükürbəyli kəndinə daha 45 ailə yola salındı

Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb.

Publika.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb

Cəbrayıl rayonun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Şükürbəyli kəndinə 45 ailə – 196 nəfər köçürülüb.

Daha çox xəbərlər