Cəmiyyət 

“Həccə, Kərbəlaya getmə, yol çək…” – Başçı belə deyir, bəs dinimiz?

Xəbər verdiyimiz kimi, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Türkədi kənd sakinləri ilə görüşdə səsləndirdiyi bəzi ifadələr narazılıqla qarşılanıb. Bu barədə bir qrup vətəndaş Musavat.com-a müraciət edib. Onların sözlərinə görə, görüşdə uzun illərdir bərbad vəziyyətdə olan Sabirabad-Cavad-Əlicanlı-Türkədi-Narlıq avtomobil yolunun təmiri məsələsi qaldırılıb. Şikayətçilərin iddiasına əsasən, icra başçısı məsələ ilə bağlı cavabında “Kərbəlaya, Həccə 10 min verib gedib-gələnlər düzəltdirsinlər”, “Canları çıxsın, düzəltdirsinlər” kimi ifadələr işlədib. Sakinlər deyir ki, vətəndaşlarla bu cür kobud ünsiyyət artıq sistemli xarakter alıb və qəbul zamanı qaldırılan problemlərə görə məsuliyyət çox vaxt vətəndaşların üzərinə yönəldilir. İcra Hakimiyyəti…

Read More
Cəmiyyət 

Ötən ay Azərbaycanda neçə nəfər əlillik təyin edilib?

Bu ilin yanvar ayında 3800 şəxsə əlillik təyin edilib. “İki sahil” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, onlardan 1800 şəxsə ilkin, 2 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb. Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Read More
Cəmiyyət 

Şəhid oğlu direktor təyin edildi

2016-cı ildən etibarən Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinə başçılıq edən Məhəmməd Şərifov tutduğu postdan uzaqlaşdırılıb. Direktor səlahiyyətlərinin icrası isə müvəqqəti olaraq Elvin Səmədova həvalə edilib. Musavat.com Bizim.Media-ya istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Məlumata əsasən, yeni təyinat alan Elvin Səmədov uzun müddətdir sözügedən müəssisədə direktor müavini kimi fəaliyyət göstərirdi. O, Birinci Qarabağ müharibəsində şəhid olmuş Rafiq Səmədovun övladıdır.

Read More
Cəmiyyət 

Bu gün saat 14:30-dək işıq OLMAYACAQ

Bu gün Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 10 kV-luq 580 N-1 və N-2 elektrik xətlərində əsaslı təmir və yenidənqurma işləri həyata keçiriləcək. Bu barədə “Azərişıq” məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 14:30-dək Pirşağı bağları yaşayış massivi və Ləhic bağları adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Read More
Cəmiyyət 

Azərbaycanda populyar olan ad Avropada da yeni doğulan uşaqlara verilir

Məhəmməd adı Avropanın bir sıra böyük şəhərlərində yeni doğulan oğlan uşaqları arasında ən geniş yayılmış ad kimi qeydə alınıb. Bu barədə “World of Statistics” sosial şəbəkə hesabında məlumat paylaşılıb. Məlumata əsasən, Məhəmməd adı Böyük Britaniya, Almaniya, Belçika, Niderland və Norveçdə xüsusilə populyarlaşıb. London, Mançester, Berlin, Brüssel, Amsterdam və Oslo kimi iri şəhərlərdə valideynlər oğlan övladlarına daha çox bu adı verirlər. Qeyd edək ki, Azərbaycanda da Məhəmməd adı oğlan uşaqları arasında ən çox seçilən adlardan biridir./Oxu.Az

Read More
Cəmiyyət 

Bu şəxslərin müavinəti tam ödəniləcək

“Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət bundan sonra işçilərə tam həcmdə veriləcək”. Publika.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsi müdirinin müavini Emil Əliyev DOST TV-yə müsahibəsində deyib. “Bildiyiniz kimi, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət tam şəkildə ödənilirmirdi. Çünki orada sığorta stajı tələbi var idi. Məlumdur ki, 8 il sığorta stajı olana biz 60% ödəniş edirdik. 8-12 il sığorta stajı olana 80% və 12 ildən yuxarı, həmçinin müəyyən kateqoriyadan olan şəxslərə 100% miqdarında ödəniş olunurdu” , – Emil Əliyev…

Read More
Cəmiyyət 

Çörək bahalaşıb? – Agentlikdən açıqlama

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bəzi çörəklərin qiymətində artım müşahidə olunur. Xüsusilə, “baton” çörəklərinin əvvəlki qiymətlərlə müqayisədə daha baha satıldığı bildirilir. Publika.az xəbər verir ki, “Baku” TV səsləndirilən iddiaların nə dərəcədə həqiqəti əks etdirdiyini araşdırıb. “Baton” çörəklərinin qiyməti 10 qəpik artıb. Əvvəllər 1 manat olan çörək indi 1 manat 10 qəpiyə satılır. Lakin zavod çörəklərinin qiymətində artım müşahidə olunmayıb”, – alıcılardan biri belə deyib. Satıcılardan biri isə bildirib: “Qiymət artımı yoxdur, nə zavod, nə də “baton” çörəyində”. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, Agentlik tərəfindən…

Read More
Cəmiyyət 

Son 5 ildə gömrük orqanları tərəfindən narkotika ilə bağlı 428 fakt aşkar edilib

Müasir dövrdə Azərbaycan Respublikası üçün əsas təhdidlərdən birini narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı təşkil edir. Narkotik maddələrdən sui-istifadə insanların normal həyatına mane olur, onların sağlamlıqlarına ağır zərər vurur, ailə və şəxsi həyatlarında bir sıra ciddi problemlərin üzə çıxmasına səbəb olur. Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə beynəlxalq ictimaiyyət qarşısında qoşulduğu beynəlxalq konvensiyalar və digər beynəlxalq sənədlərə uyğun olaraq öz öhdəliklərini daim sadiq olduğunu hər zaman nümayiş etdirir. Narkotiklərlə mübarizə Azərbaycanın müstəqilliyinin ilk illərindən möhkəm siyasi iradə əsasında ümumdövlət vəzifəsi elan edilmiş və hüquq mühafizə orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən…

Read More
Cəmiyyət 

Ramazanda uşaqların orucu: Mane olmaq günahdırmı?

Müqəddəs Ramazan ayının başlanmasına sayılı günlər qalıb. Fevralın 19-dan etibarən müsəlmanlar oruc ibadətinə başlayacaqlar. Ramazan ayı təkcə ac və susuz qalmaq deyil, həm də mənəvi saflaşma, səbir, nəfsə nəzarət və ibadət ayıdır. Bu ayda hər bir yetkin və sağlam müsəlman üçün oruc tutmaq dini borc sayılır. Lakin hər il olduğu kimi, bu dəfə də valideynləri düşündürən əsas suallardan biri uşaqların oruc tutması ilə bağlıdır. Bəzi pediatrlar azyaşlıların uzun müddət ac və susuz qalmasının orqanizmə, xüsusilə də immun sisteminə mənfi təsir göstərə biləcəyini bildirirlər. Bu səbəbdən bəzi valideynlər övladlarına oruc tutmağı…

Read More
Cəmiyyət 

“El, nə deyər?” pərdəsi arxasında gizlənən zorakılıq

Daxili İşlər Nazirliyi (DİN) qadınlara və uşaqlara qarşı törədilən ailə-məişət zorakılığı hallarının qarşısının alınması istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə mütəmadi profilaktik tədbirlər həyata keçirir. Nazirlik bu məsələyə təkcə cinayət baş verdikdən sonra müdaxilə prizmasından yanaşmır, eyni zamanda risklərin əvvəlcədən azaldılması, maarifləndirmə və sosial müdafiə mexanizmlərinin gücləndirilməsi xətti üzrə də sistemli iş aparıldığını bildirir. “El, nə deyər?” pərdəsi arxasında gizlənən zorakılıq DİN-in mətbuat xidmətinin açıqlamasında vurğulanır ki, məişət zorakılığına qarşı mübarizə yalnız hüquqi reaksiya deyil, həm də sosial məsuliyyət, ictimai şüur və maarifçilik məsələsidir. Bu sahədə həyata keçirilən tədbirlər hüquqi,…

Read More