Cəmiyyət 

Müəllimi güllələyən şagirdlə bağlı İLGİNC FAKT: davranış problemləri olub

“İdrak” liseyində müəllimi güllələyən şagirdlə bağlı ilginc fakt üzə çıxıb. Lent.az-ın əldə etdiyi xəbərə görə, həmin şagirdin davranış problemləri olub. Həmçinin, müəllimə atəş açan şagirdin mütəmadi olaraq kompüter oyunlarına maraq göstərdiyi, onun bu hadisəni də həmin oyunların təsiri altında törətdiyi ehtimal edilir. Qeyd edək ki, bui gün saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb.…

Read More
Cəmiyyət 

Müəllimi güllələyən şagirdlə bağlı ilginc faktlar: “Deyirdi ki, bir gün güllələyəcəm…” -Video

“İdrak” liseyində müəllimi güllələyən şagirdlə bağlı ilginc iddialar yayılıb. Musavat.com bildirir ki, hadisə şahidlərindən biri deyib ki, həmin şagird son günlərdə bir neçə dəfə müəllimi tərəfindən sıxışdırıldığını, bundan bezdiyini və onu güllələyəcəyini deyib. “O şagirdin davranış pozuntuları var idi. Düşünmürdük ki, belə bir addım atar. Bu gün isə hadisə baş verəndə səs-küyə çölə çıxdıq. Tüfəngi qoyub, qaçmışdı”. Bəzi iddialara görə isə müəllimi güllələyən şagird kompüter oyunlarına maraq göstərib. Onun bu hadisəni də həmin oyunların təsiri altında törətdiyi ehtimal edilir. Qeyd edək ki, valideynlər təcili şəkildə məktəbə gələrək övladlarını məktəbdən götürürlər. “Mən…

Read More
Cəmiyyət 

SON DƏQİQƏ! Azərbaycanda quş qripi yayılıb? AÇIQLANDI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yanvarın 12-16-da Azərbaycan ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) quş qripi xəstəliyinə qarşı keçirdiyi epizootoloji monitorinqin nəticəsində quş qripi və Nyukasl xəstəliyinə yoluxma halı aşkarlanmayıb. Bu barədə Musavat.com-a AQTA-dan məlumat verilib. Bildirilib ki, tədbirlər dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edib. Habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılıb. Vəhşi quşlara klinik baxış keçirilib və diaqnostik nümunələr götürülüb. Bundan əlavə, quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında müxtəlif növ ev quşundan qan və yaxma nümunələri götürülərək laborator müayinələrə cəlb olunub.…

Read More
Cəmiyyət 

Hadisə baş verən liseydə oğlu oxuyan Əməkdar artist: “Direktor dedi ki, şayiədir”

Əməkdar artist Aqşin Abdullayev övladının təhsil aldığı “İdrak” Liseyində silahlı insident baş verməsindən danışıb. Musavat.com-a açıqlama verən sənətçi hadisə haqqında bu sözləri deyib: “Yatmışdım, böyük qızım oyatdı ki, ata, liseydə güllələnmə var, Akifi götür gəl. Oğlum 5-ci sinifdə oxuyur. Halımızı təsəvvür edirsiniz? Corabsız qaçmışam. Özüm də bilmirəm ki, liseyə necə çatdım. Direktor bizə dedi ki, yalandır, şayiədir. Mən də uşağı götürüb çıxdım. Jurnalistlərə də dedim ki, yalandır, şayiədir. Sonra bəlli oldu ki, yalan deyilmiş. Videoda gülümsədiyim saniyələr var. Bunun səbəbi yanımda uşağımın olmasıdır ki, qorxmasın. İnsanlar səhv başa düşməsin”. “Övladınız…

Read More
Cəmiyyət 

Şəhər quruculuğu YENİ MƏRHƏLƏDƏ

QHT sədri: 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycan dövlətinin uzunmüddətli inkişaf strategiyasının məntiqi davamıdır Ərazilərin planlı inkişafı, şəhər mühitinin keyfiyyətinin yüksəldilməsi və insan amilinin urbanizasiya siyasətində əsas meyara çevrilməsi bu gün Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin 2026-cı ili Azərbyacanda “Şəhərsalma və Memarlıq İli” elan etməsi də məhz bu yanaşmanın strateji səviyyədə təsdiqi, postmünaqişə dövründə ölkənin yeni inkişaf mərhələsinə keçidinin ideoloji və praktik ifadəsidir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesləri fonunda bu qərar şəhərsalmanın təkcə texniki deyil, sosial, mədəni…

Read More
Cəmiyyət 

Bakıda davam edən güclü külək hansı fəsadlara yol açıb?

İki gün ərzində Bakı şəhərində davam edən şiddətli külək nəticəsində ümumilikdə 78 ağac sınıb. Bu barədə Musavat.com-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib. Bildirilib ki, eyni zamanda 40 ağacın budaqlarının qırılması qeydə alınıb. Birliyin növbətçi briqadaları sınan ağaclar və qırılan budaqları götürərək ərazini təmizləyiblər.

Read More
Cəmiyyət 

Bakını “CƏRİMƏ BATALYONU”NA çevirən qurum – turistlər də narazıdır

2025-ci ildə Azərbaycana ümumilikdə 189 ölkədən 2 milyon 570,2 min əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu rəqəm 2024-cü illə müqayisədə 2,1 faiz azalma deməkdir. Turizm statistikasındakı bu geriləmənin səbəblərindən biri isə ölkəyə gələn qonaqların nəqliyyat sistemindən narazı qalmasıdır. Rəsmi məlumatlara görə, Azərbaycana gələn turistlərin ən çox şikayət etdiyi sahə avtobusla sərnişindaşıma xidmətidir. Bu xidmətlə bağlı 35 823 turist narazılığını qeyd edib. Metro nəqliyyatı üzrə narazılıq bildirənlərin sayı isə 14 412 nəfər olub ki, bu da əvvəlki illə müqayisədə 6 faiz artım deməkdir. Mütəxəssislər bildirir ki, ölkədə nəqliyyat sahəsində…

Read More
Cəmiyyət 

Şərurun dağlıq ərazisində biotexniki tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şərur rayonunun dağlıq ərazisində çöl heyvanlarının qida maddələrinə olan təlabatının qismən ödənilməsi məqsədilə biotexniki tədbir keçirilib. Nazirliyin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, tədbir çərçivəsində çöl heyvanlarının sıx məskunlaşdığı, eyni zamanda, qalın qar örtüyünün müşahidə olunduğu “Billava” adlanan əraziyə 30 kip qaba yem və 150 kiloqram daşduz dağıdılıb. Fauna ehtiyatlarının mühafizəsi və artırılması məqsədilə keçirilən biotexniki tədbirlərin zərurət yarandığı digər ərazilərdə də davam etdirilməsi nəzərdə tutulur.

Read More
Cəmiyyət 

Laçın bir cənnətdir – QIŞI MÖCÜZƏ/VİDEO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Laçının qışına həsr edilmiş videoçarx hazırlanıb. Bu barədə “İki sahil”ə Komitənin Mətbuat xidmətindən məlumat verilib. “Azad və abad Laçında yaşanan növbəti qış möcüzəsi dağlar qoynuna sığınmış şəhərin sakinlərinə də, qonaqlarında da xoş əhval bəxş edir. Ağappaq libasını geyinmiş doğma yurdda hər kəsin bu qış günündə öz zövqünə və yaşına uyğun məşğuliyyəti var. Ən əsası odur ki, Laçın ilbəil gözəlləşir, gələcəyə inamla addımlayır”, – məlumatda qeyd olunub.

Read More
Cəmiyyət 

Şimal bölgəsində yolların buz bağlama ehtimalı var

Fevralın 3-ü gecə saatlarından başlayaraq Quba, Qusar və Xaçmaz rayonlarının ərazisinə qar yağır. “İki sahil” xəbər verir ki,  Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildirilib ki, qarın yağması ilə əlaqədar Qubanın rayon mərkəzində temperatur mənfi 4 dərəcəyədək aşağı düşüb. Adətən daha çox yağıntı dağlıq ərazilərdə müşahidə olunsa da, bu dəfə yağıntı əsasən Quba, Qusar və Xaçmazın rayon mərkəzlərində qeydə alınıb. Qubada qarın hündürlüyü 2-3 santimetrə çatır. Şimal rayonlarında hazırda qar yağmaqda davam edir. Hazırda şimal bölgəsinin yollarında buzlaşma müşahidə olunmur. Amma qarın yağması davam etdiyindən gecə saatlarında dağlıq ərazidəki yolların buz bağlaması ehtimalı var.…

Read More