Cəbhədən Xəbər 

Şəhid Xudayarın anası: Polad Həşimovun açdığı cığırla gedənlər ərazi bütövlüyümüzü bərpa etdilər

Polad Həşimovun şəhadət xəbəri Xudayara çox pis təsir etmişdi. Mənə yığıb onun şəhid olma xəbərini deyəndə ona şəhidliyin əlçatmaz zirvə olduğunu, hər adamın həmin mərtəbəyə ucala bilmədiyini dedim. Dedi ki “başa düşürsən, ana, əsgərin generalını şəhid etmək evindəki atasını öldürmək kimidir. Onun intiqamı yerdə qalmayacaq”. Xudayar Dövlət Sərhəd Xidmətinin kiçik giziri idi. Vətən müharibəsi başlayanda Polad Həşimovun qisasını almaq və ərazi bütövlüyümüzü bərpa etmək üçün könülü olaraq döyüşə yollandı. Zəngilan istiqamətində döyüşlərdə şəhid oldu. ARANTV.AZ xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Radə Qurbanova deyib. “Şəhid olan…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Azərbaycan Ordusunun bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmələr, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Bayram tədbirlərində çıxış edənlər həmrəylik gününün yaranma tarixi, əhəmiyyəti, respublikamızın inkişafının möhkəm…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Azərbaycan Ordusunu təbrik edib – VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Ordusunu təbrik edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. General-polkovnik 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini ürəkdən təbrik edib, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Vətənə, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətdə uğurlar arzulayıb.

Read More
Cəbhədən Xəbər 

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır – VİDEO

Müdafiə Nazirliyinin hərbi hissələrinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 35 yaşınadək olan vətəndaşlar 2024-cü il yanvarın 19-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Ehtiyat zabit hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilirlər. Komissiyanın qərarına əsasən…

Read More
Cəbhədən Xəbər 

Ordumuzun təminat yolları qar örtüyündən təmizlənir – VİDEO

Çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili məqsədilə zəruri tədbirlər davam etdirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təminat yolları qar örtüyündən təmizlənərək daim işlək vəziyyətdə saxlanılır, avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunur. Mühəndis təminatı üzrə tədbirlər plana uyğun olaraq növbəti ildə də davam etdiriləcək.

Read More
Cəbhədən Xəbər 

Qalibiyyət ordusu

Qırx dörd günlük Vətən müharibəsinin nəticələri münaqişənin həllinə dair Azərbaycan Prezidenti İlham Əliyevin hərbi-siyasi həll konsepsiyasının mütləq doğruluğunu və reallığını qəti şəkildə sübut etdi. Ali Baş Komandan “Münaqişənin hərbi həll yolu yoxdur” deyərək əslində 30 il vəziyyəti Ermənistanın xeyrinə dondurmaq istəyən qüvvələrin planlarını və taktikasını alt-üst etdi. 2020-ci il sentyabrın 27-də başlanmış əks-hücum əməliyyatları Azərbaycanın gücünü və regionda dayanıqlı sülhə doğru ən düzgün və qısa yolda olduğunu sübut etdi. Müharibənin ilk günlərindən dövlətimizin başçısının ortaya qoyduğu real və ədalətli sülh şərtləri öz bəhrəsini verdi. Hamı Azərbaycan Silahlı Qüvvələrinin yaratdığı hərbi-siyasi…

Read More
Cəbhədən Xəbər 

HHM bölmələrində döyüş atışları icra olunub – VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən, Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Plana uyğun olaraq döyüş heyətləri tərəfindən S-125 zenit-raket komplekslərinin (ZRK) start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativlər yerinə yetirilib. Şəxsi heyətin idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə ümumqoşun poliqonunda keçirilən təlimdə şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub. Döyüş atışlı təlimdə HHM bölmələri yüksək peşəkarlıq nümayiş etdiriblər.

Read More
Cəbhədən Xəbər 

Ağdamın Baş Qərvənd, Boyəhmədli kəndləri və Xaçın su kanalı minalardan təmizlənib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi Ağdam rayonunun işğaldan azad olunan Maqsudlu kəndi ərazisindən keçən Xaçın su kanalını, Baş Qərvənd, Boyəhmədli kəndlərinin ərazisini mina və partlamamış hərbi sursatlardan təmizləyib. “Report”un Qarabağ bürosu xəbər verir ki, həmin ərazilərdən indiyə kimi çox sayda mina və partlamamış hərbi sursatlar aşkarlanıb. Hazırda FHN əməkdaşları Ağdamın Novruzlu və Mərzili kəndlərində minatəmizləmə fəaliyyəti həyata keçirirlər.

Read More