Cəbhədən Xəbər 

“N” saylı hərbi hissənin yaranması günü qeyd olunub – FOTO

2023-cü ilin tədbirlər planına müvafiq olaraq “N” saylı hərbi hissənin yaranmasının ikinci ildönümü günü münasibətilə tədbir keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə hərbi hissənin yaranması və döyüş yolu barədə iştirakçılara məlumat verilərək qeyd edilib ki, hərbi hissə yarandığı gündən torpaqlarımızın ərazi bütövlüyü uğrunda daim rəşadətlə vuruşub. Vətənimizin müdafiəsi zamanı qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəldiklərinə görə hərbi hissənin onlarla hərbi qulluqçusu Azərbaycan Respublikasının müxtəlif orden…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib – FOTO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı məktubu ünvanlayıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib. Başsağlığında deyilir: “Cari ilin 22 dekabr tarixində İraqın şimal bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi. Sizin acınız bizim də acımızdır. Biz terrorun bütün növ təzahürlərini qətiyyətlə qınayırıq. Terrora qarşı aparılan kəskin mübarizədə daim qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və dəstəkləyirik. Bu hadisə zamanı şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə…

Read More
Cəbhədən Xəbər 

İşğaldan azad edilmiş ərazilərdə xidmət aparan hərbçilərlə görüş olub – FOTO

Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, müdafiə nazirinin tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin bir qrup zabit heyəti işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrdə olub. Çətin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşlərdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, xidməti-məişət şəraiti öyrənilib, onları maraqlandıran suallar cavablandırılıb. Həmçinin, hərbi qulluqçularla milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb, onlara hərbi xidmətlə bağlı…

Read More
Cəbhədən Xəbər 

Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib – VİDEO

Cari ilin hazırlıq planına uyğun olaraq snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Təlim sahəsində şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra hərbi qulluqçular atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri yerinə yetiriblər. Snayperlər şərti düşmən hədəflərinin aşkar olunması, düzgün nişanalma qaydalarına əməl etməklə məhv edilməsi üzrə tapşırıqları yüksək peşəkarlıqla icra ediblər. Çalışmaların keçirilməsində əsas məqsəd hərbi qulluqçuların hazırlıq səviyyəsinin artırılması, praktiki vərdişlərinin və atəşaçma bacarıqlarının daha da təkmilləşdirilməsidir.

Read More
Cəbhədən Xəbər 

MN: “Azad olunan ərazilərdə bu il 955 mina zərərsizləşdirilib” – VİDEO

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə həyata keçirilən tədbirlər plana uyğun olaraq davam etdirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, azad edilmiş ərazilərdə 2023-cü il yanvarın 1-dən dekabrın 21-dək mühəndis-istehkam bölmələri tərəfindən ümumilikdə 6 930 hektaradək ərazidən 234 ədəd piyada əleyhinə, 721 ədəd tank əleyhinə mina və 1 405 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq zərərsizləşdirilib. Həmçinin mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə yeni təminat yolları çəkilib, mövcud…

Read More
Cəbhədən Xəbər 

Vətən keşiyində ayıq-sayıq…

Milli Ordumuz bundan sonra da hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olmaqla bərabər, daim təkmilləşib güclənəcək Ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin tamlığı ilə bütünləşdi, bütün dünya Azərbaycan Ordusunun növbəti uğuru ilə Zəfər salnaməmizin yeni şanlı səhifəsinin yazıldığı tarixə şahidlik etdi. Şanlı qələbəmizlə dosta sevinc, düşmənə kədər yaşatdıq. Qeyd etmək lazımdır ki, ordumuz 3 dəfə Ermənistan ordusuna ağır zərbələr vurmuşdu. 2016-cı ilin Aprel döyüşləri tarixi Qələbəmizin başlanğıcı oldu. O döyüşlərdə düşmən ağır itki verərək, silah-sursatını atıb qaçdı. Həmin döyüşlərdə 25 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın 2 min hektarı, o cümlədən…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov azad edilən ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb – FOTO/VİDEO

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, müdafiə naziri şəxsi heyətin fərdi hazırlığının təkmilləşdirilməsi, bilik və bacarığının daha da artırılması üçün üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Ali Baş Komandanın istənilən tapşırıqlarının icrasına hər an hazır olmaları hərbi qulluqçuların diqqətinə çatdırılıb. M.Məmmədov Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində ölkəmizin bütün bölgələrində, o cümlədən azad edilmiş ərazilərdə hərbi qulluqçuların maddi-texniki təminatının, sosial-məişət…

Read More
Cəbhədən Xəbər 

Erməni keşiş xütbəsində hayları Azərbaycanla müharibəyə ÇAĞIRIB – VİDEO

Erməni Apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan xütbəsində nifrət dolu çağırış edib. O, erməniləri Azərbaycanla müharibəyə səsləyərək özünü revanşist adlandırıb. Bununla bağlı Azərbaycan Dövlət Televiziyasında (AzTV) süjet yayımlanıb. “Bəli, mən özümü revanşist hesab edirəm və ömrümün son saniyəsinə kimi belə yaşayacağam”, – deyə o, hikkə dolu çıxışında bildirib. Daha ətraflı videomaterialda:

Read More
Cəbhədən Xəbər 

Azərbaycanın PUA bölmələrinin təlimlərindən görüntülər – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrində (HHQ) pilotsuz uçuş aparatları (PUA) bölmələri ilə təlim-məşq uçuşları yerinə yetirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. PUA heyətləri müəyyən edilmiş marşrutlar üzrə hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunaraq dəqiq aviasiya zərbələri ilə məhv edilməsi, eləcə də digər fəaliyyətləri yerinə yetiriblər. Təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Read More
Cəbhədən Xəbər 

NATO Azərbaycanda qiymətləndirmə aparır: Bakı ilə Alyansın əlaqələrinin dərinləşmə səbəbləri – ŞƏRH + FOTO

Azərbaycan Hərbi Hava Qüvvələrinin “N” saylı hərbi hissəsində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində “Mi-17-1V” helikopter cütlüyünün “İkinci səviyyəli özünüqiymətləndirmə təlimi” keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi dekabrın 16-da məlumat yayıb. Məlumata əsasən, təlimdə “Mi-17-1V” helikopter cütlüyünün və aidiyyəti bölmələrin havada daşınma (yük və qoşunların daşınması, yaralıların təxliyəsi) imkan və qabiliyyətlərini icra etməsi yoxlanılıb və yüksək qiymətləndirilib. Bu, Azərbaycanla NATO arasında genişlənən əməkdaşlığı əhatə edən çoxtərəfli təhlükəsizlik alətlərindən biridir. Çünki ƏİK proqramı NATO-nun tərəfdaş ölkələrlə sıx əməliyyat əlaqələrinin qurulmasına xidmət edən praktiki çoxməqsədli hərbi elementdir. ƏİK proqramı Alyans ilə əməkdaşlıq…

Read More