Cəbhədən Xəbər 

BMT: “Son 32 ildə Azərbaycanda 3 460 nəfər mina qurbanı olub”

“Sonuncu qəbul edilən Bəyannamədə bizim minatəmizləmə ilə bağlı konkret qətiyyətli addımlarımız göstərilib. Minalar və digər partlayıcı maddələr 60 ölkədə insanların həyatı üçün təhlükə törətməkdədir. Azərbaycanda 1991-ci ildən 3 460 nəfər, 357 uşaq, 38 qadın mina qurbanı olub”. “Report” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva “Mina Təhlükəsi ilə Mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı 2-ci beynəlxalq texniki tədbirdə deyib. Onun sözlərinə görə, BMT-nin sonuncu bəyannaməsində minatəmizləmə ilə bağlı konkret qətiyyətli addımlar göstərilib: “Minalar və digər partlayıcı maddələr 60 ölkədə insanların həyatı üçün təhlükə törətməkdədir”.

Read More
Cəbhədən Xəbər 

Hökumət rəsmisi: “Azad edilmiş ərazilərin 80%-i hələ də minalardan təmizlənməyib”

“Azad edilmiş ərazilərin 80%-i hələ də minalardan təmizlənməyib”. “Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədov Bakıda keçirilən “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı ikinci beynəlxalq texniki konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, minalar, partlamamış hərbi sursatların ərazidə olması yenidənqurma işlərini, insanların öz yurdlarına qayıtmasını çətinləşdirir: “Minadan təmizlənmə çox vaxt aparan və baha başa gələn bir prosesdir. Artıq üç ildir Azərbaycan ərazilərini işğaldan azad edib və bu 30 il ərzində həmin ərazilər kifayət qədər dağıdılıb, dini-mədəni abidələr məhv edilib, ərazi tamamilə minalarla çirkləndirilib, minalar…

Read More
Cəbhədən Xəbər 

“Su-25ML” tipli təyyarələrdən təlim atışları icra edilib – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri ilə təlim atışları icra edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra praktiki uçuşlar həyata keçirilib. Müəyyən edilmiş marşrutlar üzrə döyüş manevrləri yerinə yetirildikdən sonra “Su-25ML” tipli təyyarələrdən 250 və 500 kiloqramlıq qanadlı ağıllı aviasiya bombaları ilə yerüstü hədəflərə uzaq məsafədən atəş açılıb. Hərbi pilotların döyüş hazırlığının inkişaf etdirilməsi məqsədilə keçirilən təlim atışlarında təyin edilmiş hədəflər dəqiq aviasiya zərbələri ilə uzaq məsafədən məhv edilib.

Read More
Cəbhədən Xəbər 

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Başsağlığında deyilir: “Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin hücumu nəticəsində şanlı türk ordusunun hərbi qulluqçularının şəhid olması və yaralanması xəbərləri məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır. Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik. Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm”.

Read More
Cəbhədən Xəbər 

Şəhid Mayis Yaqubovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib – FOTO

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Mayis Yaqubovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, C.Naxçıvanski adına Hərbi Liseydə keçirilən tədbirdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, liseyin zabit, müəllim və kursant heyəti, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və məktəblilər iştirak ediblər. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Anım mərasimində çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun Kəlbəcərdə yerləşən bölmələrindən birində şəhər günü qeyd edilib – FOTO

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən bölmələrindən birində 25 noyabr – Kəlbəcər şəhəri günü münasibətlə tədbir keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edənlər bildiriblər ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən siyasəti sayəsində tarixi torpaqlarımız işğaldan azad olunaraq ərazi bütövlüyümüz tam təmin edilib. Kəlbəcər şəhəri gününün ölkəmizin hər bir yerində, o cümlədən azad edilmiş ərazilərimizdə böyük…

Read More
Cəbhədən Xəbər 

Kərim Vəliyev orduya tapşırıq verdi: Rabitə vasitələri və informasiya texnologiyaları təkmilləşdirilsin – FOTO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov noyabrın 25-də Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin tabeliyindəki hərbi hissələrdən birində olublar. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hissənin ərazisindəki saxlanclara baxış keçirib. Azərbaycan Ordusunda dayanıqlı rabitənin təşkili və qoşunların gizli idarə edilməsi üçün nəzərdə tutulmuş müasir tələblərə cavab verən müxtəlif rabitə vasitələri və texnika nümunələri təqdim olunub. Azərbaycan Ordusunun informasiya-kommunikasiya texnologiyaları mühitinə fasiləsiz müşahidə və nəzarəti həyata keçirmək…

Read More
Cəbhədən Xəbər 

“Doğu Akdeniz-2023” beynəlxalq təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib – FOTO/VİDEO

Qardaş ölkə Türkiyədə “Doğu Akdeniz-2023” beynəlxalq təliminin noyabrın 23-də “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı donanma admiralı Ercüment Tatlıoğlu ilə yanaşı Azərbaycan HDQ-nin, eləcə də digər dost və müttəfiq ölkələrin nümayəndələri də iştirak ediblər. Qonaqlar təlimin növbəti epizodları üzrə tapşırıqların icrasını izləyiblər. Ssenariyə əsasən baş vermiş zəlzələ səbəbindən vətəndaşların, o cümlədən yaralıların sahildən TCG Anadolu gəmisinə təxliyəsi tapşırıqları uğurla yerinə yetirilib. Helikopterlərdən gəmiyə enən hərbi qulluqçuların Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırması böyük maraqla qarşılanıb.…

Read More
Cəbhədən Xəbər 

Yer səthindən 1200 m hündürlükdə: Dəniz xüsusi təyinatlılarının ekstremal məşqləri – VİDEO

Hərbi Dəniz Qüvvələri (HDQ) komandanının təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, HDQ-nin Dəniz xüsusi təyinatlıları paraşüt tullanışları icra ediblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, 600 və 1200 metr hündürlükdən çətinləşdirilmiş paraşüt tullanışları Dəniz xüsusi təyinatlıları tərəfindən uğurla yerinə yetirilib. Bundan başqa, helikopterlərdən müxtəlif üsullarla enmə tapşırıqları da icra edilib. Keçirilən məşqlərin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasını təmin etmək və ekstremal şəraitlərdə döyüş tapşırıqlarının icrası üzrə praktiki vərdişlərini təkmilləşdirməkdir.

Read More