Cəbhədən Xəbər 

Azad edilmiş ərazilərdə ötən ay 1700-ə yaxın mina aşkarlanıb – FOTO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə aylıq görülən işlərlə bağlı məlumat yayıb. Bu barədə ANAMA məlumat yayıb. Bildirilib ki, oktyabrın 1-dən 31-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Füzuli, Şuşa, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 767, tank əleyhinə 928 mina və 8537 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Bildirilib ki, 6 687,4 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.  

Read More
Cəbhədən Xəbər 

Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib – FOTO/VİDEO

Noyabrın 1-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı general Asim Munirin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdən əvvəl Pakistan nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirələrini ehtiramla anıblar. Sonra Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb. General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnun…

Read More
Cəbhədən Xəbər 

Bu ildən Azərbaycanda gizir hazırlığı kurslarının müddəti 2 il olacaq

“Yeni hərbi təhsil sistemində gizirlərin hazırlanması üzrə yeni tələblər müəyyənləşdirilib. Bu ildən etibarən gizir hazırlığı kurslarının müddəti 2 il olacaq”. ARANTV.AZ-ın xəbərinə görə, bunu Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev deyib. Onun sözlərinə görə, bu müddət istər hərbi biliklərin, təcrübi vərdişlərin öyrədilməsi, aşılanması baxımından, istərsə də orta təhsil almış gəncin hərbçi kimi formalaşması baxımından hərbçi kadr kimi hazırlığında ən optimal müddətdir: “Gizir hazırlığı kursuna tam orta təhsilli gənclər qəbul olunur. Bu kurs artıq fəaliyyətə başlayıb.İstər zabit hazırlığı, istərsə də gizir hazırlığı, bu kurslarda təhsil almaq istəyənlərin, daha dəqiq…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusu Naxçıvanda xüsusi təyinatlılar və PUA-ların iştirakı ilə təlim keçib – FOTO

Əlahiddə Ümumqoşun Orduda qərargahların və şəxsi heyətin döyüş bacarığının təkmilləşdirilməsi məqsədilə komanda-qərargah təlimi keçirilib. Təlim ssenariyə uyğun olaraq birləşmə, hissə və bölmələrin müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi məqsədilə döyüş təyinatlı rayonlara çıxarılması ilə başlanılıb. Təlimin növbəti mərhələsi idarəetmə məntəqələrinin açılması, qərargahlar tərəfindən əməliyyatların planlaşdırılması, qərarların qəbul olunması üçün zəruri hesabatların aparılması, bölmələr arasında qarşılıqlı əlaqənin saxlanılması və hərtərəfli təminatın təşkili üzrə tədbirlərin yerinə yetirilməsi ilə davam etdirilib. Praktiki fəaliyyətlərə cəlb olunan birləşmə, hissə və bölmələrin tapşırıqları dəqiqləşdirilib, döyüş fəaliyyətlərinin gedişində artilleriya və hava hücumundan müdafiə bölmələrinin ümumqoşun birləşmələri ilə qarşılıqlı…

Read More
Cəbhədən Xəbər 

ABŞ mətbuatı Azərbaycanın mina problemini işıqlandırıb

“Cari il sentyabrın 19-da ermənilərin təşkil etdiyi mina partlayışında həlak olan 6 nəfər haqqında danışan, habelə Ermənistanı mina xəritələrini paylaşmağa çağıran sərt bəyanatları görmürük. Ermənistanın təqdim etdiyi xəritələrin yalnız 25 faizi dəqiqdir və insan itkisi riski yüksək olduğundan bu xəritələrə etibar etmək olmur. Bu azmış kimi, bəzi beynəlxalq ekspertlər Azərbaycan ərazisinin minalardan təmizlənməsinin 30-35 il çəkəcəyini proqnozlaşdırır”. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu barədə tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham ABŞ-nin populyar “Frontpage Magazine” qəzetində dərc olunmuş məqaləsində yazıb. Bir…

Read More
Cəbhədən Xəbər 

Azərbaycanın müdafiə naziri Çinin Mərkəzi Hərbi Şurasının sədr müavini ilə görüşüb

Çin Xalq Respublikasına işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Mərkəzi Hərbi Şurasının sədr müavini general-polkovnik HI Veydon ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib – FOTO/VİDEO

Oktyabrın 31-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi admiral Cüzeppe Kavo Draqonenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad ediblər. Sonra Azərbaycan Ordusunun Baş Qərargahında təntənəli qarşılama mərasimi keçirilib. İki ölkə ordularının Baş Qərargah rəisləri arasında təkbətək və geniş tərkibdə görüş keçirilib. General-polkovnik K.Vəliyev italiyalı nümayəndə heyətini salamlayaraq onlara Azərbaycan Respublikasının Prezidenti,…

Read More
Cəbhədən Xəbər 

Ombudsman: “Bakıda həbsdə olan separatçılara ailələri ilə əlaqə saxlamaq imkanı yaradılıb”

“Biz mütəmadi olaraq başçəkmələr həyata keçiririk. Başçəkmələr zamanı Azərbaycana qarşı müharibə cinayətləri törətməkdə ittiham olunan şəxslərlə də görüşlər keçirilib. Onların bütün hüquqları təmin olunub”. APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) deyib. “Hər bir saxlanılan şəxsə həssaslıqla yanaşırıq. Onlara da ailələri ilə əlaqə saxlamaq imkanı yaradılıb, dövlət tərəfindən tərcüməçi ilə təmin olunublar”, – deyə Ombudsman qeyd edib. Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan,…

Read More