Cəbhədən Xəbər 

Zakir Həsənov Çində müdafiə sənayesi şirkətlərinin rəhbərləri ilə görüşüb – FOTO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Çin Xalq Respublikasına işgüzar səfəri davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyini ziyarət edib. Burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi dərin ehtiramla yad edilib. Sonra müdafiə naziri Çinin müdafiə sənayesi kompleksinə daxil olan bir neçə şirkətin rəhbərləri ilə görüşüb. Ölkəmizin Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynovun da iştirak etdiyi görüşlərdə birgə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, eləcə…

Read More
Cəbhədən Xəbər 

Qarabağ bölgəsində kustar üsullarla hazırlanmış atəş qurğuları aşkar edilib – FOTO

Qarabağ bölgəsində əraziyə baxış zamanı qeyri-qanuni erməni silahlı birləşmələrinə məxsus üç ədəd özüyeriyən artilleriya qurğusu aşkar edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bu zirehli texnika T-72 tankının mühərriki ilə təchiz edilmiş dartıcının üzərinə artilleriya topunun kustar üsulla quraşdırılması ilə hazılanmışdır. Qeyd edək ki, bu qurğu 1951-ci ildə istehsal edilmiş mərmilərlə 17.5 km məsəfəyə atəş açmaq imkanına malikdir. Xankəndi-Şuşa istiqamətində yerləşən atəş mövqelərində aşkar edilmiş bu qurğuların lokal xarakterli antiterror tədbirləri zamanı qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Şuşa şəhərini atəşə tutmaq məqsədilə istifadə edilməsi istisna deyil.  

Read More
Cəbhədən Xəbər 

Xankəndidə düşmən tərəfindən yararsız hala salınmış minatəmizləmə avadanlıqları aşkarlanıb – FOTO

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi tərəfindən icra edilən humanitar minatəmizləmə fəaliyyətləri zamanı Xankəndi şəhəri ərazisində “Halo Trust” qeyri-hökumət təşkilatının bazası aşkar edilib. Bu barədə ANAMA-dan bildirilib. Beynəlxalq humanitar qeyri-hökumət təşkilatı olan “Halo Trust”a məxsus bazada qəsdən yararsız hala salınmış xeyli sayda minatəmizləmə avadanlıqları, detektorlara rast gəlinib. Halbuki, bu avadanlıqlar humanitar minatəmizləmə əməliyyatlarında istifadə edilə və mina təhlükəsinin aradan qaldırılmasına xidmət edə bilərdi. Lakin təhlükəsiz mühitin yaradılması məqsədilə istifadə üçün nəzərdə tutulan maddi-texniki vasitələr qəsdən məhv edilib.  

Read More
Cəbhədən Xəbər 

Azərbaycanın müdafiə naziri 10-cu Pekin Syanşan Forumunun açılışında iştirak edib – FOTO

Çində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 10-cu Pekin Syanşan Forumunun açılış mərasimində iştirak edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Mərasimdə “Əsas güc ölkələrinin məsuliyyəti və qlobal təhlükəsizlik əməkdaşlığı” mövzusu üzrə məruzə dinlənilib. Müdafiə nazirinin Çində səfəri davam edir.  

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov türkiyəli həmkarını və Baş Qərargah rəisini Cümhuriyyət Bayramı münasibətilə təbrik edib – VİDEO

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə və Baş Qərargah rəisi ordu generalı Metin Güraka təbrik məktubu ünvanlayıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Məktubda deyilir: “Sizi, ailənizi və tabeliyinizdə olan şəxsi heyəti Cümhuriyyət Bayramının 100-cü ildönümü münasibətilə ən səmimi diləklərimlə ürəkdən təbrik edir, Sizə cansağlığı, uzun ömür, ailə səadəti, çətin və şərəfli işinizdə müvəffəqiyyət arzulayıram. Mustafa Kamal Atatürk, silahdaşları və şanlı Türk ordusu ilə birlikdə bir milləti əsarətdən qurtararaq, ardından da yepyeni bir ulus quraraq, 29 oktyabr 1923-cü…

Read More
Cəbhədən Xəbər 

Azərbaycanın müdafiə naziri Çində işgüzar səfərdədir

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 10-cu Pekin Syanşan Forumunda iştirak etmək üçün Çin Xalq Respublikasında işgüzar səfərdədir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində müdafiə nazirinin Çinin hərbi rəhbərliyi ilə görüşü, eləcə də bu ölkənin müdafiə sənayesi kompleksinə daxil olan bir neçə şirkətlərini ziyarəti nəzərdə tutulur. Keçiriləcək görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirəsi planlaşdırılır.

Read More
Cəbhədən Xəbər 

Bir qrup şəhid ailəsinin Türkiyəyə səfəri təşkil olunub – FOTO

Müdafiə Nazirliyi və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin birgə təşkilatçılığı ilə bir qrup şəhid ailəsinin Türkiyə Respublikasına səfəri təşkil olunub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində şəhid ailələri Kayseri şəhərində qardaş ölkənin şəhid olan hərbi qulluqçularının ailələri və şəhər rəsmiləri ilə görüşüblər. Bundan başqa, şəhidlərimizin ailə üzvləri Kayseri şəhərinin görməli yerlərində olub, tarixi abidələri, Xocalı parkını və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni, eləcə də qardaş ölkənin şəhid olan hərbi qulluqçularının məzarlarını ziyarət ediblər.  

Read More
Cəbhədən Xəbər 

Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə orduda tədbirlər keçirilib – FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə tədbirlər keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Tədbirlərdə əvvəlcə milli liderlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri ifa edilib. Tədbirlər çərçivəsində ictimai-siyasi hazırlıq dərsləri təşkil olunub, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunan videoçarxlar nümayiş etdirilib. Çıxış edənlər Türkiyənin Cümhuriyyət bayramının Azərbaycanda təntənəli şəkildə qeyd edilməsindən, ölkələrimiz arasında münasibətlərin möhkəm qardaşlıq təməlləri üzərində qurulmasından danışıblar.  

Read More
Cəbhədən Xəbər 

Sualtı hücum xüsusi təyinatlılarının hava desant hazırlığından görüntülər – FOTO/VİDEO

Azərbaycan Ordusunun ümumqoşun poliqonlarının birində Hərbi Dəniz Qüvvələrinin sualtı hücum xüsusi təyinatlılarının hava desant hazırlığı toplanışı keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, “Sualtı hücum xüsusi təyinatlı kursu”nun kursant və təlimatçı heyəti ilə keçirilən toplanışda paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlar yerinə yetirilib. Toplanışın keçirilməsində əsas məqsəd şəxsi heyətin paraşüt tullanışları vərdişlərinin təkmilləşdirilməsi, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasıdır.  

Read More