Cəbhədən Xəbər 

Azərbaycan və Tacikistan müdafiə nazirləri hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər – FOTO/VİDEO

Oktyabrın 23-də Tacikistan Respublikasının müdafiə naziri general-polkovnik Şerali Mirzonun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qonaqlar Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında isə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi keçirilib. Fəxri qarovulun önündən keçildikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. General-polkovnik Ş.Mirzo protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb. Müdafiə naziri general-polkovnik Zakir…

Read More
Cəbhədən Xəbər 

“Mustafa Kamal Atatürk-2023” Azərbaycan-Türkiyə birgə taktiki təlimi başlayıb – YENİLƏNİB + VİDEO

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimi başlayıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən birgə taktiki təlimə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub. Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların…

Read More
Cəbhədən Xəbər 

“Mustafa Kamal Atatürk – 2023” birgə təliminin növbəti tapşırıqları məşq etdirilib – VİDEO

“Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təlimi ərəfəsində Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin komando bölmələri xüsusi tapşırıqların icrasını məşq ediblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Plana uyğun olaraq əməliyyat rayonunun dərinliyinə sızan komandolar şərti düşmənin diversiya qrupunun yaşayış məntəqələrində yerləşən müvəqqəti sığınacaqlarının müəyyən edilməsi və mühasirəyə alınaraq zərərsizləşdirilməsi üzrə tapşırıqları uğurla yerinə yetiriblər. Qeyd edək ki, Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlim 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla, bir neçə istiqamətdə keçiriləcək.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Türkiyə birgə taktiki təlimindən yeni görüntülər – VİDEO

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminə cəlb edilən aviasiya vasitələri ilə məşqlər keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bazalanma aerodromlarından uçuşlar edən aviasiya vasitələri plana uyğun olaraq havaya qalxma və yerə enmə, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, hava kəşfiyyatının aparılması və digər fəaliyyətlər üzrə qarşıya qoyulan tapşırıqları yerinə yetirirlər. Qeyd edək ki, ölkəmizdə 23-25 oktyabr tarixlərində keçiriləcək təlimə hər iki qardaş ölkənin müxtəlif qoşun növündən xeyli sayda texnika, artilleriya və aviasiya vasitələri, eləcə də mühəndis texnikası…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Türkiyə hərbçiləri şərti düşmənin komanda-idarəetmə məntəqələrini sıradan çıxarıblar – VİDEO

Ölkəmizdə keçiriləcək “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminin məşqləri zamanı Azərbaycan və Türkiyə xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdirirlər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, birgə təlimin növbəti məşqlərində həyəcan siqnalı ilə qaldırılan xüsusi təyinatlılar verilən tapşırığa əsasən ərazinin qorunma xüsusiyyətləri və maskalanma vasitələrindən istifadə etməklə müxtəlif fəaliyyətləri yerinə yetiriblər. Plana uyğun olaraq döyüş meydanında qrupun qarşılaşa biləcəyi maneələr dəf edilərək şərti düşmənin yerləşmə məntəqəsinə qəfil basqın icra edilib. Düşmənin komanda-idarəetmə məntəqələri, rabitə mərkəzləri sıradan çıxarılıb, eləcə də canlı qüvvəsi zərərsizləşdirilib. “Mustafa Kamal Atatürk – 2023”…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Özbəkistan arasında hərbi sahədə təcrübə mübadiləsi aparılıb – FOTO

Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Müdafiə Nazirliyində general-leytenant Azər Əliyev ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Görüşdə Azərbaycan Ordusunda aparılan islahatlardan danışılıb, ordu quruculuğu sahəsində qabaqcıl təcrübənin öyrənilməsinin vacibliyi vurğulanıb, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Sonra qonaqlar Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzini ziyarət ediblər. Nümayəndə heyətinə müxtəlif mövzularda brifinqlər təqdim olunub. Qonaqlar burada yaradılan şərait ilə tanış olub, mərkəzin fəaliyyəti barədə məlumatlar əldə ediblər. Daha sonra Əməliyyat (Komando) hərbi hissələrindən birinə gələn özbəkistanlı nümayəndələr hərbi…

Read More
Cəbhədən Xəbər 

Türkiyənin “F-16” qırıcıları Azərbaycanda

Türkiyənin “F-16” qırıcı təyyarələri Azərbaycana gəlib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, “Mustafa Kamal Atatürk – 2023” təlimində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) “F-16” təyyarələri oktyabrın 20-də ölkəmizə gəlib. Qeyd edək ki, Azərbaycan-Türkiyə birgə taktiki təlimi cari ilin 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçiriləcək.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Türkiyə komandoları gecə məhdudgörmə şəraitində tapşırıqları məşq ediblər – VİDEO

23-25 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təlimi ərəfəsində hər iki qardaş ölkənin komando bölmələri ilə müxtəlif tapşırıqlar üzrə fəaliyyətlər məşq etdirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, komandolar gecə məhdudgörmə şəraitində taktiki yerdəyişmə icra edərək basqınla şərti düşmənin diversiya qrupunu yerləşmə məntəqəsində zərərsizləşdiriblər. Təlimin əsas məqsədi hərbi qulluqçuların məhdudgörmə şəraitində taktiki vərdişlərinin təkmilləşdirilməsi və komando bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir. Məşqlər zamanı yüksək peşəkarlıq nümayiş etdirən komandolar bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Read More
Cəbhədən Xəbər 

ƏÜO-da “Mustafa Kamal Atatürk – 2023” təliminə hazırlıq məşqləri keçirilir – VİDEO

Ölkəmizdə keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminə hazırlıq məşqləri davam edir. Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) təlimə cəlb olunan bölmələri daimi dislokasiya məntəqələrini tərk edərək ərazidə yerdəyişmə etməklə texnikanın döyüş tətbiqinə hazırlanması üzrə normativləri icra ediblər. İki qardaş ölkənin hərbi qulluqçularının, döyüş texnikası və aviasiya vasitələrinin cəlb edilməsi ilə 23-25 oktyabr tarixlərində keçiriləcək birgə təlimdə əsas məqsəd qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının daha da artırılmasıdır.

Read More