Cəbhədən Xəbər 

Hərbi qulluqçularımız “Erciyes – 2023” təlimində iştirak edirlər

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyə Respublikasının Kayseri şəhərində keçirilən “Erciyes – 2023” təlimində iştirak edirlər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının cəlb olunduğu təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilir. “Erciyes – 2023” təlimində əsas diqqət qarşılıqlı əlaqədə fəaliyyətlər zamanı döyüş uzlaşmasının təmin edilməsi, təcrübə mübadiləsi və peşəkarlığın artırılması, eləcə də hərbi qulluqçuların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.

Read More
Cəbhədən Xəbər 

Birgə taktiki təlimlər: Azərbaycan və Türkiyənin döyüş təyyarələri havaya qalxıb – VİDEO

Ölkəmizdə keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminə hazırlıq prosesi davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq, döyüş təyyarələri ilə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də, hava kəşfiyyatının aparılması və digər tapşırıqlar üzrə fəaliyyətləri məşq etdirilib. Təlim məşqləri zamanı qarşıya qoyulan bütün tapşırıqlar hərbi pilotlar tərəfindən yüksək dəqiqliklə yerinə yetirilib.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Özbəkistan MN arasında əməkdaşlıq planı imzalanıb – FOTO

Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanovun dəvəti ilə bu ölkəyə rəsmi səfər edən Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 19-da “Bahouddin Nəxşbəndi” memorial kompleksində olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, komplekslə tanışlıqdan sonra general-polkovnik Z.Həsənov Buxara ümumqoşun poliqonuna gəlib. Rəsmi qarşılanma mərasimi keçirilib. Müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçiblər, hər iki ölkənin dövlət himni səsləndirilib. Müdafiə nazirləri arasında əvvəlcə təkbətək, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib. Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində…

Read More
Cəbhədən Xəbər 

Sosial şəbəkələrdən istifadə edən hərbi qulluqçularla bağlı AÇIQLAMA

Müdafiə Nazirliyi sosial şəbəkələrdən istifadə edən hərbi qulluqçularla bağlı açıqlama yayıb. ARANTV/AZ xəbər verir ki,  açıqlamada bildirilir: Azərbaycan Ordusunda informasiya təhlükəsizliyi, eləcə də məxfilik qaydaları ilə bağlı mütəmadi olaraq şəxsi heyətlə maarifləndirici söhbətlər aparılır, iltizamnamələrə imza atılaraq bununla bağlı öhdəçilik götürürlər. Buna baxmayaraq bir neçə hərbi qulluqçunun xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilmişdir. Bu hərbi qulluqçulardan bəziləri Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından xaric edilib, digərləri barəsində isə ciddi intizam tədbirləri görülüb. Ordu mənsublarına…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda qış hazırlıqları – Hansı işlər görülür? + VİDEO

Azərbaycan Ordusunda 2023-cü ilin hazırlıq planına uyğun olaraq silah, döyüş və xüsusi texnikanın istismarının payız-qış mövsümünə keçirilməsi üzrə kompleks tədbirlər keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bütün hərbi hissələr silah və texnikanın payız-qış mövsümündə fasiləsiz və dayanıqlı istismarını təmin etmək üçün mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, həmçinin digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilir. Keçirilən kompleks tədbirlər çərçivəsində texnikanın yanacaq-sürtgü materialları mövsümü tələblərə uyğun olaraq dəyişdirilir, o cümlədən elektrik və hidravlik sistemlərinin istismara yararlılığı yoxlanılır.

Read More
Cəbhədən Xəbər 

DTX Qanunsuz erməni silahlı birləşmələrinin radiomaneələr yaradan qurğularının görüntülərini yaydı – VİDEO

Azərbaycan Respublikasının Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ölkənin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə və xarici aviaşirkətlərə məxsus mülki hava gəmilərinin naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq edilmiş və bu barədə dəfələrlə beynəlxalq ictimaiyyətə məlumatlar verilmişdir. 2021-2023-cü illər ərzində belə radiomaneələrin tətbiqinin intensivləşməsi həmin ərazilərin yaxınlığında yerləşən radar stansiyalarına qlobal naviqasiya peyk sistemlərindən siqnalların daxil olmasında fasilələrin yaranması, siqnalların qəbuluna maneələrin törədilməsi, habelə Qarabağ bölgəsi ətrafında uçan mülki hava gəmilərində naviqasiya siqnallarının itməsi ilə müşayiət olunmuş və bununla da mülki…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – FOTO

18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Tədbirlərdə ümummilli lider Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edənlər ulu öndər Heydər Əliyevin xalqımızın taleyində, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafında müstəsna xidmətlərindən, ümummilli liderin Azərbaycana rəhbərliyi dövründə respublikamızın ictimai-siyasi, iqtisadi, sosial həyatında, eləcə də ordu quruculuğunda əldə olunan nailiyyətlərdən danışıblar. Onun müdrik siyasətini…

Read More
Cəbhədən Xəbər 

Özbəkistan Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizdə səfərdədir – FOTO

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında imzalanan 2023-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, bu ölkənin Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində qonaqlar əvvəlcə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüblər. Sonra qonaqlar Azərbaycan Ordusunun Döyüşü İdarəetmə Mərkəzi və Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsini ziyarət edərək burada görülən işlərlə tanış olublar. Qeyd edək ki, özbəkistanlı hərbi nümayəndələrin səfərinin başlıca məqsədi ordu quruculuğu sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır. Özbəkistan Respublikası Müdafiə…

Read More
Cəbhədən Xəbər 

Döyüş maşınları startda: Azərbaycan-Türkiyə birgə taktiki təliminə hazırlıq başlayıb – VİDEO

Azərbaycanda keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlimin müxtəlif epizodlar üzrə fəaliyyətləri məşq etdirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, plana uyğun olaraq, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan Quru Qoşunlarının, həmçinin Raket və Artilleriya Qoşunlarının bölmələri atəş mövqelərini tutaraq qurğuların döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqları yerinə yetiriblər. Əsas diqqətin qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldildiyi iki qardaş ölkənin birgə təlimi 23-25 oktyabr tarixlərində keçiriləcək.

Read More
Cəbhədən Xəbər 

NATO-nun hərbi təhsil ekspertlərinin iştirakı ilə seminar keçirilir – FOTO

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO-nun Beynəlxalq Dil Koordinasiya Bürosu ilə əməkdaşlıq çərçivəsində Bakı şəhərində beynəlxalq seminar başlayıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, seminarda çıxış edərək iştirakçıları salamlayan Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev hərbi təhsil sahəsində görülən işlərin vacibliyini, o cümlədən, keçirilən görüş, seminar və kurslarda xarici və yerli mütəxəssislər arasında qarşılıqlı təcrübə mübadiləsinin önəmini xüsusi qeyd edib. Məlumat üçün qeyd edək ki, 27 ölkədən 50-dən çox nümayəndənin iştirakı ilə keçirilən seminarın məqsədi NATO və tərəfdaş ölkələrin dil mərkəzi mütəxəssislərinin qiymətləndirmə meyarlarının qarşılıqlı standartlaşdırılması (STANAG…

Read More