Cəbhədən Xəbər 

NATO-nun hərbi təhsil ekspertlərinin iştirakı ilə seminar keçirilir – FOTO

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO-nun Beynəlxalq Dil Koordinasiya Bürosu ilə əməkdaşlıq çərçivəsində Bakı şəhərində beynəlxalq seminar başlayıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, seminarda çıxış edərək iştirakçıları salamlayan Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev hərbi təhsil sahəsində görülən işlərin vacibliyini, o cümlədən, keçirilən görüş, seminar və kurslarda xarici və yerli mütəxəssislər arasında qarşılıqlı təcrübə mübadiləsinin önəmini xüsusi qeyd edib. Məlumat üçün qeyd edək ki, 27 ölkədən 50-dən çox nümayəndənin iştirakı ilə keçirilən seminarın məqsədi NATO və tərəfdaş ölkələrin dil mərkəzi mütəxəssislərinin qiymətləndirmə meyarlarının qarşılıqlı standartlaşdırılması (STANAG…

Read More
Cəbhədən Xəbər 

Hərbi pilotlarımızdan əla performans: Helikopter təlimləri – VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim keçirilib. Müdafiə Nazirliyindən verilən xəbərə görə, bazalanma aerodromlarından uçuşlar edən helikopterlər təlimin planına uyğun olaraq havaya qalxma və yerə enmə, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, hava kəşfiyyatının aparılması və digər fəaliyyətlər üzrə qarşıya qoyulan tapşırıqları yerinə yetiriblər. Helikopter bölmələrinin döyüş və praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimdə hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.

Read More
Cəbhədən Xəbər 

Meşəlidə azərbaycanlılara qarşı terror aktı törədən ermənilərin adları – SİYAHI

Hazırda məhkəməsi keçirilən Vaqif Xaçaturyanla birlikdə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürən, 14 nəfərə xəsarət yetirən, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salan ermənilərin adları məlum olub. “Report”un əldə etdiyi məlumata görə, həmin şəxslər – Xocalı rayonunun Badara kənd sakinləri Sarkisyan Emest Baxşıyeviç, Sarkisyan Armais Baxşıyeviç, Qasparyan Benik Astanovic, Abramyan Xoren Melikoviç, Avanesyan Armen Sarkisoviç, Sarkisyan Vova Armaisovic Xaçaturyan Qariy Nikolayeviç, Kaçaturyan Nikolay Beglarovic, Abramyan Armen Qaragenoviç, Abramyan Eduard Armenovic, Abramyan Žina Armenovic, Abramyan Vahid Armenoviç, Ohanyan Karen Aşotovic, Ohanyan Naorik Aşotoviç,…

Read More
Cəbhədən Xəbər 

Bu gün Füzuli şəhəri günüdür

Vətən müharibəsinin 21-ci günü – 2020-ci oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli şəhəri günü kimi qeyd olunur. ARANTV.AZ  AZƏRTAC-ın Füzuli şəhəri ilə bağlı bəzi qeydlərini təqdim edir: Xatırladaq ki, Füzuli şəhəri və rayonun böyük bir hissəsi 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Sonra Prezident Heydər Əliyevin rəhbərliyi ilə aparılmış hərbi əməliyyatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri rayonun 22 yaşayış…

Read More
Cəbhədən Xəbər 

Rusiya sülhməramlıları Qarabağda daha bir müşahidə məntəqəsini bağladı

Rusiya sülhməramlıları son 24 saat ərzində Qarabağda daha bir müvəqqəti müşahidə məntəqəsini bağlayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. “Qarabağda silahlı birləşmələrin tərk-silah edilməsi və buraxılması ilə əlaqədar sutka ərzində Rusiya Sülhməramlı Qüvvələrinin Əsgəran rayonu ərazisində daha bir müvəqqəti müşahidə məntəqəsi bağlanıb”, – deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı informasiya bülletenində bildirilib. Müdafiə Nazirliyindən əlavə edilib ki, sentyabrın 19-dan etibarən Rusiya sülhməramlılarının Qarabağ ərazisində ümumilikdə 8 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb. Mənbə: mil.ru

Read More
Cəbhədən Xəbər 

Vətən müharibəsinin xronikası: 15 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İgid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar. ARANTV.AZ  44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir. Müharibənin 19-cu günü • Rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndlərini işğaldan azad edib. Prezident İlham Əliyev bununla bağlı rəsmi tviter səhifəsində paylaşım edib. • Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin NTV televiziyasına və Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq…

Read More
Cəbhədən Xəbər 

Şəhid Daşdəmir Paşayevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib – FOTO/VİDEO

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Daşdəmir Paşayevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən tədbirdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, hərbi institutun zabit, müəllim və kursant heyəti, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və məktəblilər iştirak ediblər. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Anım mərasimində çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən,…

Read More
Cəbhədən Xəbər 

Naxçıvandakı silah və texnika payız-qış istismar rejiminə keçirilir – FOTO

Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnika payız-qış istismar rejiminə keçirilir. ARANTV.AZ xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrində silah və texnikaların saz vəziyyətdə saxlanması, təlimata uyğun istifadə və istismar olunması, həmçinin mövsümə uyğun düzgün texniki qulluğun göstərilməsi ilə bağlı məşğələlər keçirilib. Məşğələlər zamanı keçirilən dərslərdə bölmələrin döyüş gücünü artırmaq məqsədilə hər bir silah və hərbi texnikadan düzgün istismar qaydalarına əməl olunmasının vacibliyi diqqətə çatdırılıb və mövsümi tələblərə uyğun olaraq silah və texnikalara düzgün texniki qulluğun göstərilməsi, həmçinin hissə və mexanizmlərin dəyişdirilməsi praktiki olaraq şəxsi heyətə…

Read More
Cəbhədən Xəbər 

Vətəndaşların hərbi xidmətə yararlı, yaxud yararsız olması barədə qərar verilməsi qaydası dəyişir

Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların hərbi xidmətə yararlı, yaxud yararsız olması barədə qərar verilməsi qaydası dəyişir. ARANTV.AZ xəbər verir ki, bu, Milli Məclisin 16 oktyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilən “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən bu qanunun 15.2.2-15.2.5 maddələrində (15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5.həm dinc…

Read More