Cəbhədən Xəbər 

Komandolarımız hava hədəflərini yüksək dəqiqliklə məhv ediblər – VİDEO

Cari ilin hazırlıq planına uyğun olaraq Əməliyyat (Komando) bölmələrində döyüş atışlı məşğələlər keçirilir. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, təlim atış çalışmaları üzrə tapşırıqları yerinə yetirən bölmələr təyin olunmuş hava hədəflərini zenit-raket kompleksindən istifadə etməklə yüksək dəqiqliklə məhv ediblər. Keçirilən məşğələlərdə qarşıya qoyulan bütün tapşırıqlar komandolar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Read More
Cəbhədən Xəbər 

Üç il əvvəl işğaldan azad edilən ərazilər – ADLAR + VİDEO

Üç il bundan öncə məhz bu gün müzəffər ordumuz Füzuli və Xocavənd rayonları istiqamətlərində bir sıra uğurlar qazanıb. ARANTV.AZ  xatırladır ki, Azərbaycan Ordusu həmin gün Füzuli rayonunun Qaradağlı, Xatınbulaq, Qarakollu kəndlərini düşmən tapdağından azad edib. Eyni gündə Xocavənd rayonunun beş kəndi də Ermənistan işğalçılarından təmizlənib. Həmin kəndlər bunlardır: Bulutan, Məlikcanlı, Qırmızıqaya, Dağdöşü, Tağaser kəndləri. Bildirək ki, Prezident qələbə sevincini “tweet” ataraq da xalqla bölüşmüşdü.

Read More
Cəbhədən Xəbər 

Rusiya hərbi gəmiləri Bakı limanını tərk edib – FOTO

Ölkəmizdə qeyri-rəsmi dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının hər iki hərbi gəmisi oktyabrın 12-də Bakı limanını tərk edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, səfər müddətində gəmi heyətləri üçün mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərində gəzinti təşkil edilib, həmçinin hərbi dənizçilərin kəndir dartma və futbol üzrə yoldaşlıq görüşü keçirilib.  

Read More
Cəbhədən Xəbər 

Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti təhlil edilib

Oktyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirləri iştirak ediblər. Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar müdafiə naziri tərəfindən müşavirə iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, dövlət başçısının…

Read More
Cəbhədən Xəbər 

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter zərərsizləşdirilib – VİDEO

Oktyabrın 8-i saat 12:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus kvadrakopter Azərbaycan Ordusunun Kəlbəcər rayonu Qılınclı dağı istiqamətində yerləşən bölmələrinin müdafiə mövqeləri üzərində kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd göstərib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimiz tərəfindən aşkar olunan kvadrakopter xüsusi texniki vasitələrlə zərərsizləşdirilib.

Read More
Cəbhədən Xəbər 

“Xəzri-2023” birgə taktiki təlimi başa çatıb – FOTO/VİDEO

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə keçirilən “Xəzri-2023” birgə taktiki təlimi başa çatıb. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Oktyabrın 8-də Azərbaycan HDQ komandanı vitse-admiral Sübhan Bəkirov, Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin HDQ komandanı kontr-admiral Saken Bekjanov, hər iki ölkənin təlimdə iştirak edən hərbi qulluqçuları və media nümayəndələrinin iştirakı ilə təntənəli bağlanış mərasimi keçirilib. Tədbirdə çıxış edənlər təlimdə qarşıya qoyulan bütün tapşırıqların uğurla icra edildiyini bildirib və iştirakçılara gələcək…

Read More
Cəbhədən Xəbər 

Xidmət müddəti başa çatan hərbi qulluqçuların tərxis olunması üzrə tədbirlər davam edir – FOTO/VİDEO

Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunda həyata keçirilən tədbirlər davam edir. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Müdafiə nazirinin əmrinə əsasən hərbi hissələrdə xidmət müddəti başa çatmış ordudan tərxis olunan hərbi qulluqçuların yola salınma mərasimləri keçirilir. Xidmət müddəti ərzində verilən tapşırıqların icrasında fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.

Read More