Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda çağırışçıların qəbulu prosesi davam edir- VİDEO

Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, xidmətə yeni gələn çağırışçılar hərbi hissələrin qəbul məntəqələrində qeydiyyatdan keçir, tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən təkrar müayinə olunur, mövsümə uyğun hərbi geyimlə və digər təminat növləri ilə tam təmin edilirlər. Bütün hərbi hissələrdə şəxsi heyətin qidalanmasına xüsusi diqqət yetirilir, əsgər yeməkxanalarında sanitar-gigiyenik qaydalara riayət olunmaqla şəxsi heyət üçün normaya…

Read More
Cəbhədən Xəbər 

“Xəzri-2023” birgə taktiki təlimi davam edir – FOTO/VİDEO

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə keçirilən “Xəzri-2023” birgə taktiki təlimi davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Plana uyğun olaraq hərbi gəmilərin təlim rayonlarında digər qoşun növləri ilə qarşılıqlı əlaqədə bir sıra tapşırıqları məşq etdirilib. “Xəzri-2023” birgə taktiki təlimində hər iki ölkənin hərbi dənizçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər. Qeyd edək ki, oktyabrın 8-dək davam edəcək təlimdə İran İslam Respublikası HDQ-nin nümayəndə heyəti müşahidəçi qismində iştirak edir.  

Read More
Cəbhədən Xəbər 

Düşmənin cinayətləri səngimək bilmir

Qarabağda lokal antiterror tədbirlərindən sonra 123 mina zərərsizləşdirilib Ermənistan 30 illik işğal dövründə Qarabağda və Şərqi Zəngəzurdaçoxlu sayda hərbi cinayətlər törədib ki, bunların sırasında mina terroru əsas yerlərdən birini tutur. Azərbaycan ərazilərində kütləvi şəkildə minaların və digər partlayıcı qurğuların yerləşdirilməsi bərpa və yenidənqurma işlərinin əngəlsiz şəkildə irəliləməsinə ciddi maneə olaraq qalır. Bu, otuz illik məcburi köçkünlükdən sonra öz evlərinə qayıdan şəxslər üçün də real təhlükə yaradır. Ermənistanın bütün minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi və bütün hərbi əməliyyatların dayandırıldığının elan edilməsindən sonra da minaların, mina tələlərinin və digər partlayıcı…

Read More
Cəbhədən Xəbər 

“Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilib

“Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilib. “Report” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar verib. Dəyişikliyə əsasən, Qaydalara aşağıdakı bənd əlavə edilib: Sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olmaq barəsində arzusunu bildirən şəxsdən tələb edilmir. Bu sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olmaq barəsində arzusunu bildirən şəxsin razılığı ilə sorğu əsasında…

Read More
Cəbhədən Xəbər 

“Xəzri-2023” birgə taktiki təliminin məşqləri icra olunub – FOTO/VİDEO

Azərbaycan və Qazaxıstanın Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən “Xəzri-2023” birgə taktiki təlimi davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə təlimin planına uyğun olaraq keçirilən brifinqdə iştirakçılara təhlükəsizlik qaydaları, yerinə yetiriləcək tapşırıqlar, onların icra ardıcıllığı və digər zəruri məlumatlar verilib. Sonra hər iki ölkənin HDQ-nin şəxsi heyəti və gəmiləri ilə müxtəlif epizodlar üzrə tapşırıqlar məşq etdirilib, həmçinin onlar arasında döyüş uzlaşması həyata keçirilib. Qeyd edək ki, təlim məşqlərinə cəlb olunan heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.  

Read More
Cəbhədən Xəbər 

Xidmət müddəti başa çatan bir qrup hərbi qulluqçu tərxis olunub – FOTO/VİDEO

Azərbaycan Ordusunun hərbi hissələrində müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış bir qrup hərbi qulluqçunun tərxis edilməsi ilə əlaqədar tədbirlər keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Tədbirlərdə çıxış edənlər hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını təbrik ediblər, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Xidmət müddəti başa çatan…

Read More
Cəbhədən Xəbər 

“Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir – FOTO

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçularının iştirakı ilə “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Nəzəri və praktiki hissədən ibarət olan, üç ölkənin hərbi qulluqçularının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin cəlb olunduğu təlimdə strateji əhəmiyyətli, eləcə də regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra ediləcək. Oktyabrın 6-dək davam edəcək təlimdə əsas məqsəd hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsidir.  

Read More
Cəbhədən Xəbər 

Kəlbəcərdə mövqelərimiz atəşə tutulub

Oktyabrın 2-si saat 17:20-dən 18:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bundan başqa, qeyd olunan istiqamətdə yerləşən mövqelərimizin üzərinə döyüş kvadrokopterləri vasitəsilə əldəqayırma partlayıcı vasitələr də atılıb. Azərbaycan Ordusunun bölmələri itki verməyib, qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursatın son siyahısı açıqlanıb – FOTO

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursatın son siyahısı açıqlanıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib. Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə oktyabrın 2-si saat 18:00-a olan məlumatı açıqlanıb. SİLAHLAR 1. Atıcı silahlar – 2608 2. Qumbaraatanlar – 235 3. Top və haubitsalar – 60 4. Minaatanlar – 64 5. Tank əleyhinə silahlar – 58 6. HHM silahları – 165 TEXNİKA 1. Zirehli texnika – 31 2. Avtomobil texnikası – 265 3. Qoşqular…

Read More
Cəbhədən Xəbər 

MN antiterror tədbirlərindən sonra ərazidə zərərsizləşdirilən minaların sayını açıqladı – VİDEO

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Qarabağ bölgəsinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirlər həyata keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən cari ilin sentyabrın 21-dən oktyabrın 2-dək bölgədə 18 ədəd piyada əleyhinə mina, 105 ədəd tank əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Mühəndis təminatı üzrə görülən tədbirlərdə əsas səylər ərazilərin minalardan təmizlənməsinə, eləcə də yeni təminat yollarının çəkilməsinə yönəldilir. Qeyd olunan ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun davam etdirilir.

Read More