Cəbhədən Xəbər 

MN: “Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik”

Oktyabrın 2-si saat 14:25 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrinə ərzaq aparan avtomobil texnikasına atəş açılması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. “Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – nazirlikdən qeyd olunub.

Read More
Cəbhədən Xəbər 

Rusiya sülhməramlıları Qarabağı tərk edən erməni sakinlərin sonuncu reysini müşayiət ediblər – VİDEO

Rusiya sülhməramlı kontingenti  Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana yola düşən erməni sakinlərin sonuncu reysini müşayiət ediblər. Bu barədə Rusiya sülhməramlılarının rəsmi saytında məlumat verilib. Xatırladaq ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Qarabağ iqtisadi rayonunda fəaliyyətə başlayıblar. Dövlət orqanları əməkdaşlarının bölgədə fəaliyyəti Qarabağda yaşayan erməni sakinlərin yerli cəmiyyətə reinteqrasiyasının daha sürətli həyata keçirilməsinə, həmçinin sosial-humanitar ehtiyaclarının qarşılanmasında səmərəliliyin artırılmasına imkan yaradacaq.  

Read More
Cəbhədən Xəbər 

“Haber Global”da Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat nümayiş olunub – VİDEO

Türkiyənin “Haber Global” kanalında son vaxtlar Qarabağdan geri çəkilən erməni silahlı qruplaşmalarından ələ keçirilən çoxlu silah və sursatlar nümayiş olunub. Həmin görüntüləri təqdim edirik: Qeyd edək ki, Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə sentyabrın 30-u saat 18:00-a olan məlumat açıqlanıb. SİLAHLAR 1. Atıcı silahlar – 2585 2. Qumbaraatanlar – 224 3. Top və haubitsalar – 53 4. Minaatanlar – 63 5. Tank əleyhinə silahlar – 54 6. HHM silahları – 135 TEXNİKA 1. Zirehli texnika – 22 2. Avtomobil texnikası – 174 3. Qoşqular – 21 4. Yardımçı…

Read More
Cəbhədən Xəbər 

Milli Qəhrəman Riad Əhmədovun adını indi nəvəsi daşıyır – VİDEO

“Müharibə başlanandan Riad evdə tapılmırdı. Öz döyüş yoldaşları ilə birgə rayonları, kəndləri erməni işğalçılarından azad edirdi”. Bu sözləri Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla keçirilən vida mərasimində bacısı Mehriban Əhmədova söyləyib. “Anamızın gözü yolda, qulağı səsdə qaldı. Bəlkə, sağdır, bəlkə, qayıdacaq. Hər dəfə qapının zəngi çalınanda biz elə bilirdik ki, Riaddır. 2013-cü ildə mənim anam – Bahar xanım Riaddan çox nigaran vəfat etdi. Onun qızı Leyla atasına ağlaya-ağlaya cavabsız məktublar yazırdı. Riada oxşayan digər kiçik qızı Fərizə isə öz oğluna atasının adını qoydu”, – deyə M.Əhmədova qeyd edib.

Read More
Cəbhədən Xəbər 

Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub

Sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Atəş nəticəsində hərbi qulluqçumuz Vüsal Xeybalı oğlu Orucov şəhid olub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Read More
Cəbhədən Xəbər 

Ağdərədə silah-sursat və döyüş texnikası müsadirə edilib – VİDEO

Ağdərə ərazisində silah-sursat və döyüş texnikası müsadirə edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus silah-sursat və müxtəlif təyinatlı döyüş texnikasının müsadirə edilməsi üzrə tədbirlər davam etdirilir. Ağdərə ərazisindəki mülki infrastruktur obyektlərinə baxış zamanı növbəti silah-sursat anbarı müəyyən edilib. Anbardan aşkar edilmiş xeyli sayda patron, əl qumbaraları, minaatan, müxtəlif çaplı ağır artilleriya və tank mərmiləri, tank əleyhinə raket komplekslərinin idarəolunan raketləri və digər döyüş sursatları, həmçinin müxtəlif təyinatlı döyüş texnikası müsadirə edilib. Bundan başqa, qeyd olunan istiqamətdəki…

Read More
Cəbhədən Xəbər 

Riad Əhmədovla çiyin-çiyinə vuruşan döyüş yoldaşı danışdı – VİDEO

“Daşaltı əməliyyat planına görə, biz Qızılqaya hündürlüyünə qalxaraq Daşaltıdan Sığnaxa və Şuşakəndə aparan yolu kəsməli idik”. Bu sözləri Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla keçirilən vida mərasimində Daşaltı əməliyyatının iştirakçısı, şəhidin döyüş yoldaşı İlyas İsmayılov söyləyib. O bildirib ki, Riad döyüş zamanı yaralansa da, bunu büruzə verməyib, döyüşə davam edib. “Dedi ki, yaralandığımı heç kimə demə. Sonra mən də yaralandım. Riadla aramızda yeddi-səkkiz metr var idi. Onu çağırsam da, Riaddan səs gəlmədi”, – deyə İ.İsmayılov qeyd edib.

Read More
Cəbhədən Xəbər 

Qarabağ bölgəsində döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir – VİDEO

Lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən tərk edilmiş döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir, ərazidə kommunikasiya xətləri bərpa olunur. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, sentyabrın 29-da Tərtər və Ağdərə yaşayış məntəqələrini birləşdirən yol üzərindəki döyüş mövqeyi ləğv edilərək nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib.

Read More