Cəbhədən Xəbər 

Ruben Vardanyan CM-in üç maddəsi ilə ittiham olunur: DTX məlumat yaydı – VİDEO

Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddət ərzində törədilmiş çoxsaylı terrorçuluq cinayətlərinin araşdırılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaq aparılır. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Toplanılmış sübutlarla, hazırda Ermənistan Respublikasının vətəndaşı olan 1968-ci il təvəllüdlü Ruben Karlenoviç Vardanyanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr…

Read More
Cəbhədən Xəbər 

Ruben Vardanyan saxlanıldı – RƏSMİ

Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış, 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyinin rəhbər heyəti inşası davam etdirilən Zəfər parkında olub – FOTO/VİDEO

Sentyabrın 27-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Bakıda inşası davam etdirilən Zəfər parkında olublar. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Nazirliyin rəhbərliyi və bir qrup şəxsi heyəti parkın girişindəki xatirə daşının üzərinə gül dəstələri qoyublar.  

Read More
Cəbhədən Xəbər 

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursatın yeni SİYAHISI – YENİLƏNİB + FOTO

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursatın yeni siyahısı açıqlanıb. Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Sentyabr ayının 27-si saat 17:00-a olan məlumat: 1. Atıcı silah və qumbaraatanlar – 1132 2. Artilleriya silahları – 61 3. HHM vasitələri – 235 4. Döyüş sursatları – 434295 5. Təchizat və ləvazimatlar – 2732 6. Optik və digər cihazlar – 231 7. Zirehli texnika – 26 8. Avtomobil texnikası – 125 9. Qoşqu – 21 10:22 Müdafiə Nazirliyi (MN) Azərbaycanın Qarabağ…

Read More
Cəbhədən Xəbər 

Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilib – FOTO/VİDEO

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Qarabağ bölgəsində ərazinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirlər görür. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Qozlukörpü-Həsənli yolunda xeyli sayda piyada və tank əleyhinə mina, həmçinin partlamamış döyüş sursatları aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Bundan başqa, bölmələrimiz ərazidə aşkar etdikləri partladıcı qurğular və mina-tələlərini də zərərsizləşdirirlər. Ərazilərin minalardan təmizlənməsi tədbirləri davam etdirilir.  

Read More
Cəbhədən Xəbər 

Antiterror tədbirləri zamanı şəhid olan zabit, gizir, çavuş və əsgərlərin sayları məlum oldu – SİYAHI

19-20 sentyabr tarixlərində Qarabağda keçirilən antiterror tədbirləri zamanı 192 hərbi qulluqçu şəhid olub. ARANTV.AZ  xəbər verir ki, şəhid olan hərbi qulluqçuların sırasında yüksək rütbəli zabitlər, gizirlər, çavuşlar və əsgərlər də var. Onlardan: 2-si polkovnik-leytenant (bir nəfər daxili işlər orqanının əməkdaşı); 4-ü mayor; 6-sı kapitan; 12-si baş leytenant; 9-u leytenant; 6-sı kiçik leytenant; ​2-si baş çavuş (bir nəfər daxili işlər orqanının əməkdaşı); 6-sı çavuş (bir nəfər daxili işlər orqanının əməkdaşı); 15-i kiçik çavuş (bir nəfər daxili işlər orqanının əməkdaşı); 1-i baş gizir; 21-i gizir (bir nəfər daxili işlər orqanının əməkdaşı); 3-ü…

Read More
Cəbhədən Xəbər 

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat – SİYAHI + FOTO

Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə sentyabrın 27-si saat 10:00-a olan məlumatı təqdim edib: 1. Atıcı silah və qumbaraatanlar – 1105 2. Artilleriya silahları – 60 3. HHM vasitələri – 226 4. Döyüş sursatları – 425 375 5. Təchizat və ləvazimatlar – 2721 6. Optik və digər cihazlar – 223 7. Zirehli texnika – 22 8. Avtomobil texnikası – 125 9. Qoşqu – 21  

Read More
Cəbhədən Xəbər 

TDT Anım Günü ilə əlaqədar paylaşım edib – FOTO

Türk Dövlətləri Təşkilatı (TDT) 27 Sentyabr – Anım Günü ilə əlaqədar paylaşım edib. Paylaşımda belə deyilir: “Azərbaycan Respublikasının torpaqlarının bütövlüyü üçün canlarını fəda edən şəhidləri 27 Sentyabr – Anım Günü səbəbi ilə vətənlərinə tərəddüdsüz bir sədaqətlə xidmət edən bütün şəhid və qazilərə ən dərin ehtiramımızı və qəlbdən təşəkkürümüzü bildiririk”.  

Read More
Cəbhədən Xəbər 

Qarabağda lokal antiterror tədbirləri nəticəsində şəhid olan və yaralanan hərbçilərimizin sayı açıqlandı

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub. Lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub. Bu barədə Səhiyyə Nazirlyinin məlumatında deyilir. Qeyd olunur ki, şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan bir nəfər də mülki şəxsdir. 11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcək. Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və…

Read More