Cəbhədən Xəbər 

Vətən müharibəsinin ilk günü işğaldan azad edilən ərazilər – SİYAHI

Bu gün Vətən müharibəsinin başlanmasının üçüncü ildönümüdür. ARANTV.AZ  xatırladır ki, Azərbaycan Ordusunun sürətli əks-hücum əməliyyatının birinci günündə işğal altındakı altı ərazi işğaldan azad edilib. Azərbaycan Ordusu üç istiqamətdə – Füzuli, Cəbrayıl və Kəlbəcər – müharibənin ilk uğurunu qazanıb. Belə ki, Füzulinin Qaraxanbəyli, Qərvənd və Horadiz kəndləri işğaldan təmizlənib. Cəbrayılın Böyük Mərcanlı, Nüzgar kəndlərində də işğala son qoyulub. Ordumuzun 27 sentyabrdakı uğurlu əməliyyatları nəticəsində Kəlbəcərin Murovdağ zirvəsi də işğaldan azad edilib.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov ABŞ müdafiə katibinin siyasi məsələlər üzrə müavini ilə telefonla danışıb

Sentyabrın 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Amerika Birləşmiş Ştatlarının müdafiə katibinin siyasi məsələlər üzrə müavini xanım Saşa Beykerin təşəbbüsü ilə telefon danışığı olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tərəflər ölkələrimiz arasında əlaqələr, regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar. Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.

Read More
Cəbhədən Xəbər 

Xocalıda növbəti silah-sursat anbarı aşkar edilib – VİDEO

Qarabağ bölgəsində Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi məqsədlər üçün istifadə etdiyi mülki təyinatlı tikililərin aşkar olunması üzrə tədbirlər davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Xocalı rayonu ərazisindəki mülki infrastruktur obyektlərinə baxış zamanı növbəti silah-sursat anbarı müəyyən edilib. Anbardan aşkar edilmiş külli miqdarda patron, əl qumbaraları, minaatan, müxtəlif çaplı ağır artilleriya və tank mərmiləri, həmçinin tankəleyhinə raket komplekslərinin idarəolunan raketləri və digər döyüş sursatları müsadirə edilib. Ərazidə, həmçinin qoşqulara yüklənmiş halda xeyli sayda sursatla dolu yeşiklər də aşkar edilərək götürülüb.

Read More
Cəbhədən Xəbər 

Xocavənddə erməni terrorçu Monte Melkonyanın abidəsi sökülüb – FOTO

Azərbaycanın Xocavənd şəhərində erməni terrorçu Monte Melkonyanın abidəsi sökülüb. Qeyd edək ki, ASALA terror təşkilatının ASALA-RM (“revolutionary movement”) qanadının qurucusu olan erməniəsilli Monte Melkonyan Qarabağın işğal olunmuş ərazilərində etnik təmizləmə və dinc azərbaycanlı əhalinin qətlə yetirilməsi işlərində fəal iştirak edib. O, Xocalı soyqırımı zamanı əsir düşmüş azərbaycanlılara da işgəncə verilməsində çox aktiv iştirak edib. Melkonyan 1993-cü il iyun ayının 12-də Xocavənd rayonunun Muğanlı kəndində Azərbaycan Ordusunun 22 yaşlı kəşfiyyatçısı İbad Hüseynov tərəfindən məhv edilib.

Read More
Cəbhədən Xəbər 

Ermənistana gedən Qarabağ erməniləri “Laçın” SBM-də Baku TV-yə danışdılar – VİDEO

Qarabağda qalmaq istəməyən erməniəsilli sakinlər Ermənistana tam təhlükəsiz şəkildə gedirlər. “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsindən (SBM) Qarabağ bölgəsində yaşayan erməni sakinlərin maneəsiz keçidi təmin olunur. Ermənistan istiqamətində hərəkət edən sakinlər heç bir təhlükə və təhdid ilə qarşılaşmadıqlarını, könüllü şəkildə getdiklərini bildiriblər. Ağdərədən İrəvana gedən erməni sakinlərdən biri Baku TV-yə azərbaycanca açıqlama verib: “Bakıda dostlarım çoxdur. Bir yerdə xidmət etmişik”. Ətraflı Baku TV-nin süjetində:

Read More
Cəbhədən Xəbər 

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat – SİYAHI

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursatın siyahısı açıqlanıb. Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Sentyabr ayının 26-sı saat 10:00-a olan məlumat belədir: 1. Atıcı silah və qumbaraatanlar – 909 2. Artilleriya silahları – 47 3. HHM vasitələri – 165 4. Döyüş sursatları – 251308 5. Təchizat və ləvazimatlar – 1674 6. Optik və digər cihazlar – 154 7. Zirehli texnika – 22 8. Avtomobil texnikası – 75 9. Qoşqu – 21

Read More
Cəbhədən Xəbər 

Qarabağ bölgəsində mülki təyinatlı tikililərdən silah-sursat anbarları aşkar edilir – VİDEO

Ermənistan silahlı birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin mülki təyinatlı infrastrukturdan hərbi məqsədlər üçün istifadə etməsi növbəti dəfə aşkar edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş tikililərə baxış zamanı bu obyektlərdən silah-sursat anbarı kimi istifadə edildiyi müəyyən olunub. Aşkar edilmiş silah və sursatla dolu yeşiklər, müxtəlif tipli qumbaraatanlar üçün mərmilər, “Kornet” tank əleyhinə raket kompleksinin idarə olunan raketləri, hərbi geyim dəstləri və zirehli dəbilqələr müsadirə edilib.

Read More
Cəbhədən Xəbər 

Xankəndidə partlayışda yaralanan 23 nəfər RSK-nın tibb məntəqəsində müalicə alır – VİDEO

Sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayışdan sonra yanıq xəsarətləri alan 23 nəfər Rusiya sülhməramlı kontingentinin (RSK) tibb məntəqəsinə gətirilib. Bu barədə Rusiya sülhməramlı kontingentinin “Telegram” kanalında məlumat verilib. “Rusiya sülhməramlı kontingentinin hərbi həkimləri partlayış zamanı xəsarət alanlara təcili yardım göstərməkdə davam edirlər. Ehtiyacı olanlara və zərərçəkənlərə bütün lazımi yardım göstərilir”, – deyə məlumatda qeyd olunur. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatına görə, sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı…

Read More
Cəbhədən Xəbər 

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat – SİYAHI

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə sentyabrın 25-i saat 18:00-a olan məlumat yayılıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, müsadirə edilmiş döyüş texnikası, silah və sursatlar aşağıdakılardır: 1. Atıcı silah və qumbaraatanlar – 797 2. Artilleriya silahları – 42 3. HHM vasitələri – 165 4. Döyüş sursatları – 175225 5. Təchizat və ləvazimatlar – 1440 6. Optik və digər cihazlar – 81 7. Zirehli texnika – 22 8. Avtomobil texnikası – 75 9. Qoşqu – 21.

Read More