Cəbhədən Xəbər 

Kəlbəcər rayonu ərazisində növbəti dəfə döyüş texnikası müsadirə edilib – VİDEO

Kəlbəcər rayonu ərazisində növbəti dəfə Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus döyüş texnikası, silah və sursat aşkar edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müsadirə edilən artilleriya qurğuları, müxtəlif təyinatlı hərbi nəqliyyat vasitələri, əl qumbaraları və digər döyüş sursatları Kəlbəcər rayonu ərazisindəki toplama məntəqəsinə daşınıb. Xatırladaq ki, sentyabrın 24-də Kəlbəcər rayonu ərazisində yerləşən “Dəmirli” mis-molibden yatağında uzun illər qanunsuz fəaliyyətlə məşğul olan “Base Metals” şirkətinə məxsus tikililərin hərbi məqsədlər üçün istifadə olunduğu müəyyən edilib. Sentyabrın 23-də isə Azərbaycan hərbçiləri Kəlbəcər rayonunun Heyvalı kəndində iri silah anbarı aşkarlayıblar.

Read More
Cəbhədən Xəbər 

Minaya düşərək şəhid olan Əkrəm Şadmanov kim idi? – FOTO/VİDEO

Hərbi qulluqçumuz Əkrəm Yunis oğlu Şadmanov ordumuza məxsus “KamAZ” markalı yük maşınının minaya düşməsi nəticəsində şəhid olub. Bizim.media xəbər verir ki, Əkrəm Şadmanov 1984-cü ildə Kəlbəcər rayonunda anadan olub. Rütbəcə polkovnik-leytenant olan Şadmanov “N” saylı hərbi hissənin qərargah rəisi olub. Şəhid hərbçimiz İkinci Qarabağ müharibəsində, lokal antiterror tədbirlərində fəal iştirak edib. Onun Xocalıya ilk qədəm qoyan hərbçilərimizdən biri olduğu qeyd edilir.  

Read More
Cəbhədən Xəbər 

Ağdam rayonu ərazisində müxtəlif təyinatlı döyüş texnikası, silah və sursat müsadirə edilib – FOTO/VİDEO

Ağdam rayonunun Qızıl Kəngərli kəndində Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus tank, piyadanın döyüş maşınları (PDM), hərbi avadanlıqlar, xeyli sayda artilleriya mərmiləri, tank əleyhinə vasitələr, minaatanlar, müxtəlif çaplı silah və sursat müsadirə edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, bölgədə silah, sursat və döyüş texnikasının müsadirəsi davam etdirilir.  

Read More
Cəbhədən Xəbər 

Baku TV-nin jurnalisti Qarabağı könüllü tərk edən erməni sakinlərlə həmsöhbət olub – VİDEO

“Laçın” sərhəd-buraxılış məntəqəsinə ezam olunan Baku TV-nin jurnalisti Azərbaycanın Qarabağ bölgəsini könüllü tərk edən sakinlərin yola salınması prosesini izləyib. Jurnalist Fərdin İsazadə qeyd edir ki, Ermənistana yola salınan erməni sakinlər özləri könüllü olaraq həm avtobuslarla, həm də şəxsi avtomobilləri ilə Qarabağı tərk edib Ermənistana gedirlər və onlara heç bir maneə törədilmir. Ətraflı Baku TV-nin süjetində:

Read More
Cəbhədən Xəbər 

Qarabağ bölgəsindəki növbəti mülki obyektdə silah-sursat aşkar edilib – VİDEO

Qarabağ bölgəsində yerləşən mərmər zavodunun zirzəmisində gizlədilmiş xeyli sayda silah-sursat aşkar edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, qanunsuz fəaliyyət göstərmiş bu mülki təyinatlı obyekt uzun müddət hərbi məqsədlər üçün istifadə olunub. Burada müxtəlifçaplı atıcı silahlar, qumbaraatanlar, süngü bıçaqları, “Faqot” tank əleyhinə raket kompleksinin idarəolunan raketləri və digər döyüş vasitələri aşkar edilərək götürülüb.

Read More
Cəbhədən Xəbər 

Xocavənddə dörd polisin həlak olduğu terror aktını törədənlər saxlanılıblar

Xocavənddə dörd polisin həlak olduğu terror aktını törədənlər saxlanılıblar. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb. Qeyd olunub ki, sentyabrın 19-da Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minalar yerləşdirərək iki mülki şəxsin və dörd polis nəfərinin həlak olması ilə nəticələnən terror əməllərini qanunsuz mütəşəkkil silahlı birləşmənin tərkibində iştirak edərək törətməkdə şübhəli bilinən müvafiq şəxslər həmin antiterror tədbirləri zamanı 20 sentyabr 2023-cü il tarixində tərk-silah edilərək saxlanılıblar.

Read More
Cəbhədən Xəbər 

Erməniəsilli sakinlər Xankəndidən 12 avtobus və 41 şəxsi avtomobillə Ermənistana yola salınıblar – VİDEO

Qarabağ bölgəsinin erməniəsilli sakinləri Azərbaycanı tərk etməkdə davam edirlər. Belə ki, Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Xankəndi hava limanından 12 avtobusun və 41 şəxsi avtomobilin Ermənistana yola salınması təmin edilib. Bu barədə Rusiya sülhməramlı kontingentinin “Telegram” kanalında məlumat yayılıb. Qeyd edək ki, Ermənistana yola salınan sakinlər özləri könüllü olaraq həm avtobuslarla, həm də şəxsi avtomobilləri ilə Qarabağı tərk edib Ermənistana gedirlər.  

Read More
Cəbhədən Xəbər 

Separatçıların qoyub qaçdığı döyüş postunun görüntüləri yayıldı – VİDEO

Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən yeni görüntülər yayılıb. Görüntülərdə separatçıların qoyub qaçdığı döyüş postu yer alıb. Görüntülər deməyə əsas verir ki, yüksəklikdə yerləşən post uğrunda şiddətli döyüşlər gedib. Qeyd edək ki, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 2023-cü il sentyabrın 19-da Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq sentyabrın 20-də saat 13:00-da müəyyən şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Hazırda qanunsuz erməni silahlı dəstələrinin tərk-silah edilməsi prosesi aparılır. Baku…

Read More
Cəbhədən Xəbər 

Xankəndinin bir addımlığında… – VİDEO

İTV-nin əməkdaşı Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı separatçılardan təmizlənən döyüş mövqelərinin birində olub. Onun sözlərinə görə, bu ərazinin separatçılardan təmizlənməsindən sonra Xankəndi tam müşahidə altındadır. İTV-nin həmin döyüş mövqeyindən videosunu təqdim edirik:

Read More