Cəbhədən Xəbər 

Separatçıların qoyub qaçdığı döyüş postunun görüntüləri yayıldı – VİDEO

Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən yeni görüntülər yayılıb. Görüntülərdə separatçıların qoyub qaçdığı döyüş postu yer alıb. Görüntülər deməyə əsas verir ki, yüksəklikdə yerləşən post uğrunda şiddətli döyüşlər gedib. Qeyd edək ki, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 2023-cü il sentyabrın 19-da Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq sentyabrın 20-də saat 13:00-da müəyyən şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Hazırda qanunsuz erməni silahlı dəstələrinin tərk-silah edilməsi prosesi aparılır. Baku…

Read More
Cəbhədən Xəbər 

Xankəndinin bir addımlığında… – VİDEO

İTV-nin əməkdaşı Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı separatçılardan təmizlənən döyüş mövqelərinin birində olub. Onun sözlərinə görə, bu ərazinin separatçılardan təmizlənməsindən sonra Xankəndi tam müşahidə altındadır. İTV-nin həmin döyüş mövqeyindən videosunu təqdim edirik:

Read More
Cəbhədən Xəbər 

Qarabağ bölgəsində silah-sursatın müsadirəsi prosesi davam edir – FOTO/VİDEO

Qarabağ bölgəsindəki müxtəlif ərazilərdə növbəti döyüş texnikası, hərbi avadanlıqlar, həmçinin anbar kimi istifadə edilən mülki tikililərdən silah-sursat müsadirə edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, xeyli sayda raket, artilleriya mərmiləri və minalar olan anbarda, həmçinin müxtəlif çaplı döyüş sursatları da aşkar edilib. Qeyd edək ki, bölgədə silah, sursat və döyüş texnikasının müsadirəsi davam etdirilir.  

Read More
Cəbhədən Xəbər 

Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib – FOTO

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra ərazilərə baxış keçirilərkən döyüş mövqelərindən birində Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter mərmiləri ilə birgə aşkar edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, məhz bu tip kvadrokopterlərə quraşdırılmış mərmilər vasitəsilə mövqelərimiz atəşə məruz qalırdı.  

Read More
Cəbhədən Xəbər 

Müdafiə naziri antiterror tədbirləri zamanı yaralanan hərbi qulluqçularla görüşüb – FOTO/VİDEO

Sentyabrın 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını ziyarət edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hospitalın həyətində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyulub. Ulu Öndərin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə Nazirliyinin rəhbər heyəti Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı yaralanan və hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti və qayğıları ilə maraqlanıb. Müdafiə nazirinə məruzə olunub…

Read More
Cəbhədən Xəbər 

MN: “Azərbaycan Silahlı Qüvvələri Rusiya sülhməramlıları ilə qarşılıqlı əlaqədədir”

“Hazırda Azərbaycan Silahlı Qüvvələri Rusiya sülhməramlıları ilə qarşılıqlı əlaqədədir”.   “Report”un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib.   Onun sözlərinə görə, hazırda silahların, döyüş sursatlarının qəbul edilməsi prosesi həyata keçirilir.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusu Xocalıya daxil olub? – FOTO

Azərbaycan Ordusunun Rusiya sülhməramlıları ilə birlikdə Xocalıya daxil olduğu iddia edilir.   Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.     Qeyd edək ki, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 2023-cü il sentyabrın 19-da Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq sentyabrın 20-də saat 13:00-da müəyyən şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Hazırda qanunsuz erməni silahlı dəstələrinin tərk-silah edilməsi prosesi aparılır.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan qarşıya qoyulan bütün hədəflərə nail oldu

Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsindən sonra bir neçə dəfə Ermənistana öz gücünü göstərmək məcburiyyətində qaldı. Yəni, Ermənistanın və Qarabağdakı separatçıların təxribatlarına cavab olaraq qisas əməliyyatları keçirdi. Sentyabrın 20-də ordumuz Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, separatçı silahlı qüvvələrin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi məqsədilə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərini də uğurla başa çatdırdı. Bununla da ordumuz düşmənə  bir daha öz gücünü, qüdrətini göstərdi. Daha doğrusu, Silahlı Qüvvələrimiz nə qədər böyük manevr qabiliyyətinə malik olduğunu növbəti dəfə təsdiqlədi. Bununla da ordumuz…

Read More