Cəbhədən Xəbər 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşı Tərtərdə minaya düşüb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2023-cü il 26 aprel tarixində Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib. Bu barədə ANAMA məlumat yayıb. Piyada əleyhinə minanın partlayışı nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlu xəsarət alıb. Xəsarət alan şəxs Bərdə rayon xəstəxanasına yerləşdirilib, vəziyyəti stabildir. Həyati təhlükəsi yoxdur.

Read More
Cəbhədən Xəbər 

ZƏFƏR BİZƏ ÇOX YARAŞIR!

Azərbaycan Ordusu, dayanmadan irəli! Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin  ordu quruculuğu istiqamətində qarşıya qoyduğu yeni vəzifələrə, tələblərə uyğun olaraq Silahlı Qüvvələrimizin maddi-texniki bazası  daha da modernləşir, mütəmadi keçirilən hərbi  təlimlər onun gücünə güc qatır. Hazırda Azərbaycanın Silahlı Qüvvələri istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından nümunəvi güc olaraq qəbul edilir. Ordumuz düşmənə öz gücünü ilk dəfə 2016-cı ilin Aprel döyüşlərində göstərdi. Dördgünlük müharibədə 320-dən artıq düşmən hərbiçisi məhv edildi. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan…

Read More
Cəbhədən Xəbər 

Hərbi vəzifəlilər praktiki atış çalışmalarını icra ediblər – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, “N” hərbi hissəsində ehtiyatda olan bir qrup hərbi vəzifəlinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim toplanışı davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən toplanışda müxtəlif tapşırıqlar yerinə yetirilir. Toplanış zamanı hərbi vəzifəlilərə silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları öyrədilib. Həmçinin hərbi vəzifəlilər təlim sahəsində silahların döyüşə hazır vəziyyətinə gətirilməsi, atəş mövqeyinin tutulması və şərti düşmən hədəflərinin aşkar olunaraq düzgün nişanalma qaydalarına əməl etməklə məhv edilməsi üzrə…

Read More
Cəbhədən Xəbər 

Raket və Artilleriya Qoşunlarında keçirilən təlimlər davam edir – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının bölmələri ilə gecə və gündüz vaxtı keçirilən döyüş atışlı taktiki təlimlər davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Plana uyğun olaraq daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan artilleriya divizionlarının tədris-maddi bazası, şəxsi heyətin təchizatı, fərdi və qrup halında normativlərin icra səviyyəsi yoxlanılıb. Daha sonra bölmələr atəş mövqelərini tutaraq reaktiv yaylım atəşi sistemi və artilleriya qurğularından döyüş atışları icra ediblər. Bölmələrin praktiki vərdişlərinin təkmilləşdirilməsi və şəxsi heyətin döyüş qabiliyyətinin artırılması məqsədilə keçirilən təlimlərdə şərti düşmən…

Read More
Cəbhədən Xəbər 

Zəngilan rayonunun Yusiflər kəndi – FOTO

Zəngilan rayonunun Yusiflər kəndi Şayıflı kənd inzibati ərazi dairəsində yerləşir. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu kəndi işğaldan azad edib. AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Yusiflər kəndinin görüntülərini təqdim edir.  

Read More
Cəbhədən Xəbər 

Azərbaycan ilə Gürcüstan arasında Müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb – FOTO/VİDEO

Aprelin 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladze ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad edən gürcüstanlı qonaqlar “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar. Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Gürcüstanın müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb. General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun…

Read More
Cəbhədən Xəbər 

MN: Ermənistandan Azərbaycana hərbi təyinatlı yüklərin daxil olması müşahidə edilib – VİDEO

Aprelin 22-si saat 20:00 radələrində Ermənistana məxsus hər birinin üzərində bir ədəd yaşayış konteyneri olmaqla 2 ədəd yedəkçi KamAZ, 1 ədəd avtokran KamAZ, 1 ədəd UAZ-3151 və 1 ədəd UAZ-Patriot markalı nəqliyyat vasitələrinin kolonda hərəkəti Laçın rayonu ərazisində yerləşən müşahidə kameralarımız tərəfindən qeydə alınıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilir. Videogörüntülərdən aydın olur ki, Ermənistanın Kornidzor yaşayış məntəqəsi istiqamətindən hərəkət edən avtomobil kolonu əvvəlcə Azərbaycan-Ermənistan şərti sərhədinin Həkəri çayı üzərində yeni inşa edilmiş körpüdən keçərək Azərbaycan ərazisinə daxil olur. Qeyd edək ki, hərbi təyinatlı yüklərin Ermənistandan Azərbaycan ərazisinə daxil…

Read More
Cəbhədən Xəbər 

Hikmət Babaoğlu: “Nə “sülhməramlıların” missiyası, nə də Ermənistanın məramı sülhdür” – FOTO

“Azərbaycanın Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi quraşdırması beynəlxalq hüquqa uyğundur. Eyni zamanda, beynəlxalq hüquqla Azərbaycana tanınan haqdır”. Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputatın sözlərinə görə, istisnasız olaraq dünyanın bütün ölkələri arasında gediş-gəliş qaydaları mütləq nəzarət-buraxılış məntəqələri vasitəsilə həyata keçirilir: “Yəni bu dövlətlərarası münasibətlərin normasıdır. Beynəlxalq hüququn bir tələbidir. Əslində bu vaxta qədər Ermənistanla Azərbaycan arasında nəzarət-buraxılış məntəqəsinin olmaması təəccüblü idi və beynəlxalq hüquqa uyğun deyildi. Ona görə də Azərbaycanın bu qərarı hörmətlə qarşılanmalıdır. Üstəlik, biz bilirik ki, bu nəzarətsizlikdən istifadə edən Ermənistan terrorçular və qanunsuz silah-sursat, mina ixrac edirdi. Bu…

Read More
Cəbhədən Xəbər 

MN: “Ermənistanın hərbi qulluqçusunun ölməsi xəbəri yalandır”

MN: “Ermənistanın hərbi qulluqçusunun ölməsi xəbəri yalandır” “Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonunun Zod istiqamətində açılan atəş nəticəsində erməni hərbi qulluqçusunun ölməsi barədə Ermənistan mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır”.   Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.   “Bu xəbəri qəti surətdə təkzib edirik”, – nazirlikdən əlavə edilib.

Read More
Cəbhədən Xəbər 

Laçın istiqamətində mövqelərimiz atəşə tutulub – VİDEO

Aprelin 23-ü saat 15:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Qızılcıq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.    

Read More