Cəbhədən Xəbər 

Erməni silahlıları Laçın istiqamətində mövqelərimizi atəşə tutublar – RƏSMİ

Aprelin 7-si saat 13:20-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Prezident tapşırıq verdi: Zakir Həsənov Komando Dağ Təlim Mərkəzində – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə aprelin 7-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Komando Dağ Təlim Mərkəzini ziyarət edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə naziri mərkəzdə Heydər Əliyev adına Hərbi İnstitutun 4-cü kurs kursantlarının iştirak etdiyi “Komando başlanğıc kursu”nun gedişatı ilə tanış olub. Məruzə edilib ki, çöl çıxışında kursa cəlb olunan heyətə yaşayış məntəqələrindəki döyüş şəhərciyində müasir döyüş üsulları, dağçılıq və digər fəaliyyətlər real döyüş şəraitinə uyğun məşq etdirilir. Keçirilən məşğələlərdə əsas diqqət hərbi qulluqçuların fərdi bacarıqlarının daha da…

Read More
Cəbhədən Xəbər 

Vətən müharibəsindən sonra MN tərəfindən 29 min ha minalardan təmizlənib

Azərbaycan Ordusunun şanlı qələbəsi ilə bitən Vətən müharibəsindən bu günədək Müdafiə Nazirliyinin mühəndis bölmələri tərəfindən 29000 hektaradək ərazi minalardan təmizlənib. ARANTV.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib. Qeyd olunub ki, erməni hərbçiləri tərəfindən basdırılmış 23230 ədəd mina, eləcə də döyüş əməliyyatlarından qalma partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Read More
Cəbhədən Xəbər 

Türkiyə və yerli media nümayəndələri üçün azad edilmiş ərazilərə media-tur təşkil olundu – FOTO

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun fəaliyyəti ilə tanış olmaq məqsədilə bir qrup Türkiyə və yerli media nümayəndələri üçün növbəti media-tur təşkil edilib. Nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində ilk olaraq media nümayəndələri azad edilmiş ərazilərin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə qarşılıqlı əlaqədə minalardan təmizləmə prosesini və qardaş Türkiyənin istehsalı olan MEMATT (Mexaniki Mina Təmizləmə Təchizatı) mühəndis texnikasının praktiki tətbiqini izləyiblər. Media nümayəndələrinə məlumat verilib ki, Azərbaycan Ordusunun şanlı qələbəsi ilə bitən Vətən müharibəsindən bu günədək Müdafiə Nazirliyinin mühəndis bölmələri tərəfindən 29000 hektaradək ərazi təmizlənmiş, erməni…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda döyüş maşınları ilə praktiki çalışmalar yerinə yetirilib – VİDEO

Quru Qoşunlarının 2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş bölmələrin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Heyətlər tərəfindən döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə olunması, ştat silahından şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub. Çalışmalarda əsas diqqət hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Read More
Cəbhədən Xəbər 

“Caliber”: “Separatçı və sülhməramlıların Xankəndi-Laçın yolunda absurd teatrı” – VİDEO

Ermənistanda növbəti dəfə sadəlövh Qərb tamaşaçısı üçün nəzərdə tutulmuş ucuz tamaşa nümayiş etdirilir. Bu barədə “Caliber”in “YouTube” kanalındakı yeni süjetində deyilir. Bildirilir ki, ssenariyə görə, azərbaycanlılar bu aksiyada yenə də “qaniçən məxluqlar” kimi təqdim olunurlar. Guya azərbaycanlılar ermənilərin Qarabağa daxil olmasına qadağa qoyublar. Erməni mediasını və sosial şəbəkələri gəzmək kifayətdir ki, qarşı tərəfin tələsik uydurulmuş bu teatr tamaşasını təbliğ etmək üçün güc və vəsaitini əsirgəmədiyinə əmin olasan. Reallıq, təbii ki, yaramaz erməni ssenaristlərinin sadəlövh tamaşaçılara təqdim etmək istədiklərindən uzaqdır. Daha ətraflı “Caliber”in yeni videomaterialında:

Read More
Cəbhədən Xəbər 

Azərbaycan qırıcılarının gecə təlimindən görüntülər – VİDEO

Cari ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim-məşq uçuşlarını davam etdirir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bazalanma aerodromlarından gecə uçuşları icra edən aviasiya vasitələrinin ekipajları ərazinin qiymətləndirilməsi, hərəkət marşrutlarının öyrənilməsi və digər epizodlar üzrə müxtəlif tapşırıqları icra ediblər. Uçuş heyətinin döyüş hazırlığının daha da artırılması məqsədi ilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Read More
Cəbhədən Xəbər 

Minaya düşərək həlak olan hərbi qulluqçu Qəbələdə dəfn olunub – YENİLƏNİB + FOTO/VİDEO

Tərtər rayonunun azad olunmuş ərazisində minaya düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlunun nəşi Qəbələ rayonuna gətirilib. ​”Report”un​ Şimal-qərb bürosunun məlumatına görə, hərbi qulluqçunun doğulduğu Nohurqışlaq kəndində onunla vida mərasimi keçirilib. Daha sonra ​19 yaşlı Novruz Niftaliyev ​Nohurqışlaq kənd qəbiristanlığında dəfn olunub. 19:09 Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub. Bu barədə Müdafiə Nazirliyindən xəbər verilib. Faktla bağlı araşdırma aparılır. 16:44 Tərtərin Talış kəndi istiqamətində Azərbaycan Ordusunun hərbçisi minaya…

Read More
Cəbhədən Xəbər 

2 aprel – Vətən müharibəsində zəfərə aparan yolun başlanğıcı – VİDEO

Bu gün Azərbaycan Ordusunun Aprel qələbələrindən 7 il ötür. Xezerxeber.az-ın məlumatına görə, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalıb. Azərbaycanın qarşıdurma xəttinə yaxın yaşayış məntəqələrinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak olub, 26 şəxs ağır yaralanıb. Həmin döyüşlərdə iştirak edən hərbi dəniz qüvvələri xüsusi təyinatlı qurupunun mənsubu Namiq Nuruyev qeyd ebib ki, onlar əsasən gecə saatlarında tapşırıqları yerinə yetiriblər. Azərbaycan ordusunun bütün qoşun növləri bu fürsəti…

Read More