Cəbhədən Xəbər 

Anna Akopyan 44 günlük müharibədə ordudan yayınan erməni fərarilərinin sayını açıqladı

Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyan bildirib ki, 44 günlük müharibə zamanı erməni tərəfdən fərarilərin sayı 11 min nəfər təşkil edib. O, bu barədə Tavuş rayonunun Açarkut kəndində 44 günlük müharibə zamanı öldürülmüş David Şahnazaryanın anadan olmasının 23-cü ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib. “44 günlük müharibə zamanı 11 min fərarimiz var idi. 11 min hərbçi, könüllü, zabit”, – deyə Akopyan xüsusilə qeyd edib. Oktyabrda İstintaq Komitəsinin rəhbəri Argişti Karamyan bildirib ki, hərbi xidmət qaydasına ilə, eləcə də hərbi əməliyyatlarla bağlı digər cinayətlər üzrə 12,6 min nəfərə yaxın…

Read More
Cəbhədən Xəbər 

Dörd qanlı günün əzəməti: “Hər birimiz xalqımızdan aldığımız ruhla döyüşdük” – FOTO

Aprel döyüşlərindən yeddi il keçir. 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, Aprel döyüşləri kimi tarixə düşdü. Döyüşlər Azərbaycan Ordusunun Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi. Belə ki, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar və Suqovuşan kəndləri istiqamətində yollar düşməndən azad olunub. Bununla da cinayətkar erməni rəhbərlərin keçilməz erməni səngərləri haqqında uydurduqları mif alt-üst edildi. Aprelin…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov yeni nəzarətə götürülən yüksəklik və mövqelərimizlə bağlı göstəriş verdi

Aprelin 1-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirləri iştirak ediblər. Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, həmçinin 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu vəzifələri müşavirə iştirakçılarına çatdıran nazir həyata keçirilən son əməliyyatların planlaşdırılmasına…

Read More
Cəbhədən Xəbər 

Hərbçilərimiz Xankəndi-Xəlfəli-Turşsu yolunda Azərbaycan bayrağı dalğalandırdılar – VİDEO

Azərbaycan hərbçiləri Xankəndi-Xəlfəli-Turşsu yolunda Azərbaycan bayrağını dalğalandırıblar. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd edək ki, Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutun şimalından keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işləri intensivləşmişdi. Bu yollardan həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunurdu. Həmin ərazilər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi məsuliyyət zonasında idi. Martın 25-də Müdafiə Nazirliyi məlumat yaydı ki, Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə…

Read More
Cəbhədən Xəbər 

31 Mart Soyqırımı ilə əlaqədar silsilə anım tədbirləri keçirilib – FOTO

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələrində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə anım tədbirləri keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Anım mərasimlərində əvvəlcə ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların və soyqırımı qurbanlarının xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirlərdə qeyd olunub ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, həmçinin Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ,…

Read More
Cəbhədən Xəbər 

“Hraparak”: “Rusiyalı sülhməramlılar Qarabağın erməni sakinlərini biznes obyektinə çeviriblər”

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti xidmət aparan Rusiya sülhməramlılarının iştahası böyüyüb, “biznes”lərini genişləndirmək qərarına gəliblər. Belə ki, onlar Qarabağda yaşayan ermənilərə ərzaq və ya digər malları daşıyan hər bir böyük yük maşını üçün təxminən 10 min dollar və ya 4 milyon dram (təxminən 17 min manat) alırlar. Bundan əvvəl bir maşının çatdırılması üçün “rüsum” 1 000-2 000 dollar idi. Bu barədə “Hraparak” erməni nəşri xəbər yayıb. Bildirilib ki, sülhməramlılar 10 avtomobilin çatdırılması ilə bağlı Ermənistan hökuməti ilə mövcud müqaviləni son vaxtlar pozublar. Belə ki, onlar humanitar yardım dolu səkkiz maşını çatdırır, iki yük…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun artilleriya bölmələrinin təlimindən görüntülər – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Təlimdə qısa müddət ərzində yerdəyişmə edərək atəş mövqelərinin tutulması, minaatan və artilleriya qurğularının döyüş vəziyyətinə gətirilməsi üzrə fəaliyyətlər məşq etdirilib. Praktiki atışların icrası zamanı təyin edilmiş hədəflər yüksək dəqiqliklə məhv edilib və qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub. Təlimin keçirilməsində əsas məqsəd atəş vasitələrindən düzgün istifadə etməklə tapşırıqların vaxtında və dəqiq icra edilməsi üçün şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də komandir heyətinin bölmələri…

Read More
Cəbhədən Xəbər 

MN-dən Heydəriyə cavab: “Ermənistanın iki əsas müttəfiqi varsa, onlardan biri Fransa, ikinci isə İrandır”

İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydəri tərəfindən Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlər səsləndirilmişdir. ARANTV.AZ  xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatında qeyd olunub. K.Heydəri öz cəfəng fikirlərində Azərbaycanda guya “sionist” qüvvələrin olması və 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terroristlərindən istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edir. O eyni zamanda İran tərəfindən Ermənistan ilə sərhəddə dəyişikliklərə icazə verilməyəcəyini deyir. Öncə bildiririk ki, Azərbaycan Respublikası ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və…

Read More
Cəbhədən Xəbər 

Ordumuz artıq bu ərazilərə nəzarət edir – Video

Azərbaycan Ordusu yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələri ötən gün nəzarətə götürüb. Axar.az xəbər verir ki, Teleqram kanallarında Azərbaycanın nəzarətinə keçən ərazilərin görüntüləri yayılıb. Görüntülərdə Laçından Şuşaya gedən istiqamətdə olan bütün yüksəkliklərin – Laçındağ (1884), Sarıbaba (2295), Quruxyalı (2036) və Qızıldaş (1951) Azərbaycanın nəzarətinə keçdiyi qeyd olunub. Erməni separatçılarının silah-sursat daşımaq üçün istifadə etdikləri Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunun üzərində yerləşən 2054 adsız yüksəkliyi martın 25-də Ordumuz nəzarətə götürüb. 3…

Read More