Cəbhədən Xəbər 

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri BTC-nin mühafizəsini məşq etdilər – FOTO

Türkiyədə bu ölkənin həmçinin Azərbaycan və Gürcüstan hüquq-mühafizə orqanlarının iştirakı ilə “ETERNITY 2022” komanda-qərargah təlimləri keçirilib. Təlimin məqsədi hüquq-mühafizə orqanlarının əməkdaşları ilə Gürcüstan, Türkiyə və Azərbaycanın hərbi qüvvələri arasında qarşılıqlı əməliyyat qabiliyyətini artırmaqdır. Qeyd olunub ki, Strateji Kəmərlərin Mühafizəsi Departamentinin əməkdaşları təlimlərin həm kompüterdəstəkli, həm də sahə komponentlərini icra ediblər. Təlimə qurumun Sürətli Reaksiya Bölməsinin əməkdaşları da cəlb ediliblər. Məlumata görə, təlimin ssenarisi böhran vəziyyətində Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin mühafizəsinin təşkil edilməsini nəzərdə tutan sülhməramlı əməliyyatın həyata keçirilməsinə əsaslanıb. Vurğulanıb ki, tapşırıq uğurla icra edilib və iştirakçılar tərəfindən müsbət qiymətləndirilib.…

Read More
Cəbhədən Xəbər 

Ordumuzun mövqeləri atəşə tutulub

Noyabrın 8-i saat 18:40-dan noyabrın 9-u saat 02:20-dək fasilələrlə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca, Əzizli, Yuxarı Zağalı və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı,Yellicə, Zəylik, Zağalı və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri…

Read More
Cəbhədən Xəbər 

DTX Cəbrayılda Azərbaycanın 7 min hərbçisini mühasirədən necə çıxartdı? – VİDEO

Vətən müharibəsinin ilk günlərində Ermənistanın Gorusda yerləşən Birinci ordu korpusu, bu ölkənin Milli Təhlükəsizlik Xidmətinin Sərhəd qoşunları və Hadrut diviziyası çoxlu sayda Azərbaycan hərbçisini mühasirəyə salmaq üçün bir plan qurmuşdu. Hətta Ermənistanın ordu komandanlığı siyasi rəhbərliyi əmin etmişdi ki, qurulan tələ ilə onlar bir neçə gün ərzində Azərbaycan Ordusu üzərində böyük qələbə qazanacaqlar. Ancaq Dövlət Təhlükəsizliyi Xidməti bunun qarşısını yüksək peşəkarlıqla alıb. ARANTV.AZ xəbər verir ki, bu barədə “Qartal Zirvədə” adlı sənədli filmdə söhbət açılıb. Filmdə DTX mənsubu deyib ki, adıçəkilən 3 qurum tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin 3 briqadadan ibarət…

Read More
Cəbhədən Xəbər 

Generalların birbaşa döyüş mövqeyində olmasının səbəbi nə idi? – VİDEO

“Generalın döyüş nöqtələrinə yaxın ərazilərdə fəaliyyət göstərməsi şəxsi heyətin idarə edilməsi, döyüş şəraitinin düzgün qiymətləndirilməsi və qərarların düzgün qəbul edilməsi baxımından önəmlidir”. Xəzər TV xəbər verir ki, bu fikirləri Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev generalların müharibə zamanı döyüş nöqtələrinə yaxın ərazilərdə yerləşməsi ilə bağlı suala cavab verərkən deyib. Onun fikrincə, generalın döyüş nöqtələrinə yaxın olması həm də şəxsi heyətdə ruh yüksəkliyi yaradır: “Mənim döyüş əməliyyatları rayonunda olmağım, bilavasitə idarəetməni yaxın məsafədə həyata keçirməyim əməliyyatları düzgün, itkisiz aparmağım üçün zəruri idi və nəticədə uğurlara səbəb olurdu. Telefonla məlumat…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib – VİDEO

Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il hazırlıq planına uyğun olaraq noyabrın 8-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Mərasimlərdə əvvəlcə ulu öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər. Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissələrin komandanlıqları gənc əsgərləri Hərbi andı qəbul etmələri münasibətilə təbrik edib, onlara xidmətlərində nizam-intizamlı, vicdanlı…

Read More
Cəbhədən Xəbər 

Şuşaya daxil olmağımıza heç bir qüvvə mane ola bilməzdi – Vətən Müharibəsi Qəhrəmanı

“Vətən müharibəsi zamanı Şuşaya daxil olmağımıza heç bir qüvvə mane ola bilməzdi”. ARANTV.AZ  xəbər verir ki,  bunu “Report”a Vətən Müharibəsi Qəhrəmanı, Ordu birliyinin komandiri general-mayor Kənan Seyidov deyib. Azərbaycanın mədəniyyət paytaxtı uğrunda gedən döyüşlərin komandanlarından biri olmuş general bildirib ki, hərbi qulluqçular əvvəlcə Şuşa yüksəkliklərinə nəzarəti təmin edib, daha sonra şəhərə girmək üçün fürsət gözləyib: “1986-cı ildə Şuşada düşərgədə olmuşdum. Həmin hadisənin üzərindən illər keçəndən sonra Şuşanın işğaldan azad olunması əməliyyatında iştirak etdim. Döyüşlər zamanı duman çəkiləndən sonra Şuşanı görəndə çox həyəcan keçirdik. Həmin anları heç vaxt unutmaram. O zaman əmin…

Read More
Cəbhədən Xəbər 

Hərbi qulluqçuların maarifləndirilməsi üzrə tədbirlər davam etdirilir – FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov təsdiq etdiyi 2022-ci ilin hazırlıq planına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri tərəfindən hərbi qulluqçularla hərbi vətənpərvərlik, liderlik və idarəetmənin əsasları mövzularında məşğələlər keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Plana uyğun olaraq şəxsi heyətin mənəvi-psixoloji dayanıqlığı və hərbi intizamının möhkəmləndirilməsində komandir-rəis heyətinin üzərinə düşən vəzifələrdən, həmçinin xidmət zamanı informasiya təhlükəsizliyinin təmin olunması, beynəlxalq hüquq norma və prinsipləri barədə maarifləndirici söhbətlər aparılmışdır. Məşğələlərdə Azərbaycan Ordusunun döyüş qabiliyyətinə təsir edən mövzular ətrafında fikir mübadiləsi aparılıb, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb…

Read More
Cəbhədən Xəbər 

Erməni vəhşiliyinin əyani sübutu: Bərdənin bombalanması nəticəsində 16 yaşlı gəncin ölməsindən iki il keçir

Sərhəd tanımayan erməni vəhşiliyi müharibənin son günlərində də özünü büruzə verdi. ARANTV.AZ xəbər verir ki, 2020-ci il 7 noyabr saat 16 radələrində Ermənistan silahlı qüvvələri növbəti dəfə Bərdə rayonunu raket atəşinə tutub. Hadisə nəticəsində rayonun Yeni Əyricə kəndində yerləşən fərdi yaşayış evinə mərmi düşüb, həmin vaxt evin həyətində olan 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak olub. Həlak olan 16 yaşlı Ş.Rəhimov ailədə üç qardaşdan biri olub. Ş.Rəhimovun ailəsi Laçın rayonundan olan məcburi köçkündür və Bərdə rayonu ərazisində fermadakı tikilidə məskunlaşıbmış. Qeyd edək ki, Bərdə şəhərinin 05, 08, 27, 28 oktyabr və 7…

Read More
Cəbhədən Xəbər 

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Noyabrın 6-sı saat 19:35-dən 21:50-dək fasilələrlə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı və Bəzirxana yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Hərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib – FOTO/VİDEO

Hərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində keçirilən “Dəniz Komando Təməl” və “Sualtı hücum xüsusi təyinatlısı” kurslarının növbəti buraxılış mərasimində iştirak edib. Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzülərək hörmət və ehtiram nümayiş etdirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Buraxılış mərasimində çıxış edərək bu kursların dəniz piyadaları və xüsusi təyinatlılarının fərdi…

Read More