Ordunun itkisiz keçidini təmin edənlər: Vətən müharibəsinin görünməz qəhrəmanları – FOTO
Mühəndis-istehkamçılar Silahlı Qüvvələrimizdə əhəmiyyətli vəzifə icra edən qoşun növüdür. Döyüş əməliyyatlarında qazanılan müvəffəqiyyət bir çox hallarda məhz mühəndis təminatı üzrə tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsindən asılıdır. Çünki düşmənin mühəndis maneələrindən və dağıntılarından keçidlərin açılması, əngəllərdən keçmələrin hazırlanması, ərazinin və obyektlərin minalardan təmizlənməsi, qoşunların hərəkəti, həmçinin də təxliyəsi üçün yolların hazırlanması və saxlanılması mühəndis-istehkamçıların əsas döyüş tapşırıqlarıdır. “Kaspi” qəzetinin əməkdaşı Vətən müharibəsinin istehkamçı qəhrəmanlarından biri ilə söhbətləşib. 44 günlük Vətən Müharibəsində düşmən maneələrini dəf edən mühəndis-istehkamçılardan biri də Pərvaz Fəryaz oğlu Həsənovdur. O, 6 aprel 1983-cü ildə Göyçə mahalı Basarkeçər rayonu…
Read More