Cəbhədən Xəbər 

Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutublar – RƏSMİ

Noyabrın 3-dən 4-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri 5 saat müddətində Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər İdman 

Avropa Liqası: “Qarabağ” fasiləyə məğlub yollanıb – YENİLƏNİR + VİDEO

Bakıda “Qarabağ” və Almaniyanın “Frayburq” komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda ilk hissə başa çatıb. ARANTV.AZ-ın məlumatına görə, “köhlən atlar” fasiləyə məğlub yollanıblar – 0:1. Hələlik yeganə qolu 25-ci dəqiqədə penaltidən Nils Petersen vurub. 22:13 Bakıda “Qarabağ” və Almaniyanın “Frayburq” komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda hesab açılıb. ARANTV.AZ-ın məlumatına görə, 25-ci dəqiqədə qonaqların futbolçusu Nils Petersen penaltini dəqiq yerinə yetirib. 0:1 21:47 Bakıda “Qarabağ” və Almaniyanın “Frayburq” komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunu start götürüb. ARANTV.AZ-ın məlumatına…

Read More
Cəbhədən Xəbər 

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Noyabrın 3-ü saat 20:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov İranla sərhəddəki təlimləri izlədi – FOTO/VİDEO

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti respublikamızın cənub rayonlarında yerləşən hərbi hissə və birləşmələrin döyüş hazırlığını yoxlayıb. Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən məlumat verilib. Noyabrın 3-də müdafiə naziri Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin qeyd olunan ərazilərdə keçirilən təlimini izləyib. Məruzə olunub ki, xüsusi təyinatlıların döyüş hazırlığının yoxlanması və daha da yüksəldilməsi məqsədilə keçirilən təlimdə hərbi qulluqçular qarşıya qoyulan bütün tapşırıqları peşəkarlıqla yerinə yetirir. Hərbi Hava Qüvvələrinin, eləcə də Raket və Artilleriya bölmələrinin dəstəyi ilə icra…

Read More
Cəbhədən Xəbər 

Ordumuzun cənub sərhədinə yaxın ərazilərdəki təlimləri güneyli soydaşlarımızın sevincinə səbəb olub – FOTO

Azərbaycan Müdafiə Nazirliyinin cənub sərhədlərinə yaxın ərazilərdə hərbi təlimlərə başlaması ilə bağlı yayılan xəbər Güney azərbaycanlılar tərəfindən sevinclə qarşılanıb. Bu barədə “Azad İran” Teleqram kanalı xəbər verir. Öz növbəsində Təbrizin “Azərəncümən” xəbər saytında Azərbaycan Müdafiə Nazirliyinin hərbi təlimlərin keçirilməsi haqda məlumat yayılıb. “Bu təlim xüsusi təyinatlıların komandanı, general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi altında keçirilir. Hərbi hissələr kazarmadan çıxdıqdan sonra ölkənin cənub sərhədinə yaxın ərazilərə göndərilib”, – deyə Təbriz saytı Azərbaycan MN-nin məlumatını dərc edib. Xəbərin şərh bölümündə yüzlərlə Güney azərbaycanlı Azərbaycan və fars dillərində şərh yazaraq, bunu alqışlayıb, Azərbaycan Ordusuna uğur diləyiblər. Güneyli sosial media…

Read More
Cəbhədən Xəbər 

Xüsusi Təyinatlı Qüvvələrin hərbi təlimlərindən görüntülər – FOTO/VİDEO

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hərbi hissələri ilə keçirilən təlimin növbəti mərhələləri üzrə tapşırıqlar icra edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Xüsusi təyinatlılar tərəfindən şərti düşmənin dərinliyində müxtəlif kəşfiyyat tapşırıqları və xüsusi əməliyyatlar yerinə yetirilib. Aviasiya və artilleriya vasitələrinin, eləcə də zərbə dronlarının dəstəyi ilə təyin edilən həddin və məntəqələrin nəzarətə götürülməsi üzrə fəaliyyətlər icra edilib. Plana uyğun olaraq xüsusi hazırlıqların yoxlanılması paralel davam etdirilir, o cümlədən yüksək dağlıq, meşəlik ərazilərdə döyüş tapşırıqlarının icrası və çətin maneələr sisteminin dəf edilməsi üzrə hərbi qulluqçuların peşəkarlıq səviyyəsi yoxlanılır. Xüsusi təyinatlıların təlimi davam…

Read More
Cəbhədən Xəbər 

Tarixi zəfərimiz gürcüstanlı rəssamın əsərində – VİDEO

44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbə müxtəlif sahələrdə fəaliyyət göstərən soydaşlarımızın əsas mövzusuna çevrilib. Zəfər Gününə həsr edilmiş filmlər hazırlanıb, musiqilər bəslənilib, rəsm əsərləri çəkilib. Gürcüstanın Marneuli rayonunda yaşayan soydaşımız, rəssam Xəyalə Mustafayeva da müzəffər Azərbaycan Ordusunun qazandığı qələbədən sonra bu mövzuda çəkdiyi əsərlər haqqında “Baku TV”yə danışıb. Zəfər Günü ilə əlaqədar gecə-gündüz çalışdığını deyən Xəyalə Mustafayeva gələcək planları və ən böyük arzusu barədə də söz açıb. O, kətan üzərində 50-yə yaxın rəsm əsəri ərsəyə gətirdiyini qeyd edib. Məlumat üçün bildirək ki, rəssam soydaşımızın Qarabağ mövzusunda çəkdiyi əsərləri paytaxt…

Read More
Cəbhədən Xəbər 

Xüsusi Təyinatlı Qüvvələr cənub sərhədlərimizə yaxın ərazidə təlimə başlayıblar – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Respublikasının cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi başlayıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən təlimin planına əsasən hərbi hissələr həyəcan siqnalı ilə qaldırılıb. Daimi dislokasiya məntəqələrini tərk edən xüsusi təyinatlılar əməliyyat rayonlarına çıxarıldıqdan sonra komandirlərin məruzələri dinlənilib və tapşırıqlar dəqiqləşdirilib. Hərbi Hava Qüvvələrinin,  Raket və Artilleriya Qoşunlarının təlimə cəlb olunan hissə və bölmələri müvafiq olaraq təyin edilmiş aerodromlara və rayonlara cəmləşdirilib. Digər qoşun…

Read More
Cəbhədən Xəbər 

Cəbrayılda mina partlayıb, şirkət əməkdaşı xəsarət alıb

Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, mina partlayışı nəticəsində “İmprotex Industries” şirkətinin sürücüsü, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu xəsarət alıb. Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.

Read More