Cəbhədən Xəbər 

Azad olunmuş ərazilərdə ötən ay aşkarlanan minaların sayı açıqlandı – FOTO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə aylıq məlumat açıqlayıb. ANAMA-dan verilən məlumata görə, oktyabrın 1-dən 31-dək olan dövrdə Tərtər, Kəlbəcər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Xocalı, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda 1 373 piyada əleyhinə mina, 461 tank əleyhinə mina və 2 301 partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 3 246,2 hektar ərazi mina və PHS-lərdən təmizlənib.  

Read More
Cəbhədən Xəbər 

26 zirvəyə bayraq sancan qəhrəmanımız – VİDEO

Bu gün Ağstafada hər kəs qəhrəman övladı ilə fəxr edir. Torpağı, bayrağı bütün dəyərlərdən uca tutan, düşmənə qan udduran vətən oğlu. Söhbət Vətən Müharibəsi Qəhrəmanı, Sərhəd Qoşunlarının baş giziri şəhid Azər Yusiflidən gedir. Füzulinin, Cəbrayılın, Zəngilanın azad olunmasında iştirak edən şəhid ümumilikdə 26 ərazidə Azərbaycan bayrağını ucaldıb. Azər Yusifli nişanlı olub, illərdir könül verib sevdiyi xanımla ailə quracaqdı. “Oktyabrda Azərin məzuniyyəti olmalı idi. O, həmişə məzuniyyətini iki yerə bölürdü. Amma bu dəfə toyuna görə bütöv götürmüşdü. Məzuniyyətinin əvəzinə müharibə qismət oldu”, – deyə şəhidin atası Nazim Yusifov deyib. Hazırda Azərin…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan komandoları taktiki-xüsusi təlim keçiblər – VİDEO

Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən, Əməliyyat (Komando) hərbi hissəsinin şəxsi heyəti ilə taktiki-xüsusi təlim keçirilib. Bu barədə Oxu.Az–a Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin planına uyğun olaraq əldə edilən kəşfiyyat məlumatına əsasən şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyənləşdirilib. Mümkün təxribatın qarşısının alınması məqsədilə komandolar daimi dislokasiya məntəqəsini tərk edərək əməliyyat rayonu istiqamətində hərəkət ediblər. Əməliyyat rayonunun dərinliyinə sızan komandolar şərti düşmənin müvəqqəti sığınacaqlarının müəyyən olunaraq mühasirəyə alınması və zərərsizləşdirilməsi tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetiriblər. Keçirilən təlimdə əsas diqqət şəxsi heyətin dağlıq ərazilərdə taktiki vərdişlərinin təkmilləşdirilməsinə, atıcı silahlardan istifadəetmə…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi: “Ermənistanın baş qərargahı əməliyyat şəraitindən xəbərsizdir”

Ermənistan silahlı qüvvələrinin bölmələri ilə guya İstisu yaşayış məntəqəsi istiqamətində mövqe atışmaları nəticəsində Azərbaycan Ordusunun bölmələrinin itki verərək geri çəkilməsi və mövqe dəyişikliyi barədə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinə istinadən yayılan məlumat yalandır. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, oktyabrın 24-dən bu günədək əməliyyat şəraitində heç bir dəyişiklik olmadığı halda qarşı tərəfin silahlı qüvvələrinin baş qərargah rəisinin belə bir açıqlama verməsi onun əməliyyat şəraitindən xəbərsiz olduğunu nümayiş etdirir. “Bildiririk ki, əməliyyat şəraitində heç bir dəyişiklik olmayıb və bölmələrimiz əvvəlki mövqelərində döyüş növbətçiliyini davam etdirir”, –  deyə məlumatda…

Read More
Cəbhədən Xəbər 

Quru Qoşunlarında komanda-qərargah təlimi keçirilib – VİDEO

2022-ci ilin döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimi keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, plana uyğun olaraq həyəcan siqnalı ilə qaldırılan hərbi hissələrin idarəetmə orqanlarının ərazidə açılması təmin olunub və bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilib. Tapşırıqların icrası ilə bağlı komandirlərin məruzələri dinlənilib. Təlimin əsas məqsədi bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərargahların fəaliyyətini daha da təkmilləşdirməkdir. Komanda-qərargah təlimində qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Read More
Cəbhədən Xəbər 

ANAMA: “Müharibədən sonra baş verən 116 mina hadisəsi keçmiş təmas xəttindən kənarda qeydə alınıb” – FOTO

Müharibədən sonrakı dövrdə baş verən 156 mina insidentindən 116-sı keçmiş təmas xəttindən kənarda yerləşən ərazilərdə qeydə alınıb. Bu barədə Oxu.Az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib. Bu günədək (2022-ci il 26 oktyabr tarixinədək) baş verən mina hadisələrində zərərçəkən 266 nəfərdən 147-si məhz bu ərazilərdə mina partlayışından həlak olub və ya xəsarət alıb. ANAMA tərəfindən aparılan tədqiqat və təmizləmə əməliyyatları zamanı keçmiş təmas xətti və bu ərazilərin ətrafında yerləşən bağlar, meşələr, üzümlüklər, dağıdılmış yaşayış məskənləri, məzarlıqlar, çay kənarları və.s yerlərin ciddi şəkildə minalarla çirkləndirilməsi aşkar edilib. Ağdam rayonunun Yusifcanlı…

Read More
Cəbhədən Xəbər 

54 gün erməni mühasirəsində qalmış azərbaycanlılarla bağlı “Parabüzən” filmi təqdim olunacaq – VİDEO

Vətən müharibəsi nəticəsində 30 ilə yaxın erməni işğalı altında qalan torpaqlarımız azad olundu. Birinci Qarabağ müharibəsi zamanı həmin torpaqlarda ermənilərin törətdiyi barbarlıq, vəhşilik, soyqırımı və faciələri təsdiqləyən bir çox sübut və dəlillər də üzə çıxdı. Həmin dövrdə 19 Azərbaycan vətəndaşı Laçın rayonunun işğalı zamanı 54 gün erməni mühasirəsində qalıb. Hadisələr 1993-cü ilin martın 31-dən mayın 23-dək cərəyan edib. Qeyd olunan ərəfədə hadisələrin baş verdiyi yerləri lentə almaq, faktları canlı şahidlərin müsahibələri ilə sənədləşdirmək məqsədilə “Global Media Group” şirkətinin dəstəyi ilə “Parabüzən” sənədli filmi çəkilib. Filmin baş qəhrəmanları 29 il əvvəl…

Read More