Cəbhədən Xəbər 

Zakir Həsənov orduya tapşırıq verib

Sentyabrın 24-də Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. ARANTV.AZ  xəbər verir ki, müşavirədə Kəlbəcər və Laçın rayonları istiqamətində, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə hazırkı əməliyyat şəraiti təhlil edilib. Nazir şəxsi heyətin sayıqlığının artırılması və Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının bundan sonra da dərhal və qətiyyətlə alınması barədə konkret tapşırıqlar verib. General-polkovnik Z.Həsənov bölmələrdə qışa hazırlıq işlərinin plana əsasən yekunlaşdırılması, xüsusilə dağlıq ərazilərdə dislokasiya olunan bölmələrə lazımi ehtiyatların çatdırılması barədə aidiyyəti şəxslərə müvafiq göstərişlər verib.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları komandirlərə çatdırdı

Sentyabrın 24-də Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri iştirak ediblər. Əvvəlcə ümummilli lider Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyindən Ermənistanın iddiaları ilə bağlı AÇIQLAMA

Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun bölmələri tərəfindən guya təxribat törədilməsi barədə yaydığı məlumat tamamilə yalandır və heç bir real əsası yoxdur. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. “Yayılan məlumatı qəti surətdə təkzib edirik. Bildiririk ki, bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır”, – deyə qeyd edilib.

Read More
Cəbhədən Xəbər 

Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycanın üç hərbçisi yaralanıb

Sentyabrın 23-ü saat 19:30-dan saat 23:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Cermuk yaşayış məntəqələri istiqamətindəki mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əmənullayev Rəşad Ağacan oğlu, Rəhimzadə Ruhid Oktay oğlu və Cavadov Rəvan Şəmsəddin oğlu yaralanıblar. Yaralı hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib. Onların həyatı üçün heç bir təhlükə yoxdur. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələri tərəfindən adekvat…

Read More
Cəbhədən Xəbər 

Bakıda NATO kursu keçiriləcək – FOTO

Ölkəmizdə keçiriləcək NATO-nun “Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası” kursunun (OCC E&F Database Training Course) beynəlxalq təlimatçıları Bakıya gəlib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırlıq mərhələsində yerli və xarici mütəxəssislərdən ibarət təlimatçılar kursun mövzularını və qarşıya qoyulan məqsədləri dəqiqləşdirir. Kursun keçirilməsində əsas məqsəd NATO qərargahlarında və tərəfdaş ölkələrdə ƏİK proqramına cəlb olunan hərbi qulluqçulara ƏİK tədbirlərinin planlaşdırılması və icrası mərhələsində məlumat bazasının tətbiqinin öyrədilməsidir. Qeyd edək ki, ölkəmizdə ikinci dəfə keçiriləcək kurs sentyabrın 26-da başlayacaq.  

Read More
Cəbhədən Xəbər 

Xocalıda ermənilərin basdırdığı tələ-mina aşkar edildi – FOTO

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Erməni hərbi birləşmələri tərəfindən Xocalı rayonu istiqamətində basdırılmış Ermənistanda istehsal edilmiş piyada əleyhinə “PMN-Э” minalarından ibarət beş ədəd tələ-mina aşkar edilib. Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri tərəfindən aşkar olunan minalar çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.  

Read More
Cəbhədən Xəbər 

Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub – RƏSMİ

Sentyabrın 22-si saat 23:45-dən sentyabrın 23-ü saat 08:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı,  Basarkeçər rayonunun Yuxarı Şorca, Günəşli və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun  Koxanəbi, Kəlbəcər rayonunun Keşdək və Barmaqbinə, Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Xəzərin keşiyində: Hərbi dənizçilərimizin təlimlərindən möhtəşəm görüntülər – FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən komanda-qərargah təlimi başa çatıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təlimin planına uyğun olaraq həyəcan siqnalı ilə limandan ayrılan gəmilər Xəzər dənizinin Azərbaycana məxsus sektorunda lövbərə duraraq enerji infrastrukturlarının mühafizəsini təşkil ediblər. Döyüş atışlı təlimdə, həmçinin şərti düşmənin suüstü hücum vasitələrinin, üzən mina və hava hədəflərinin, eləcə də terror-diversiya qruplarının məhv edilməsi üzrə tapşırıqlar hərbi dənizçilərimiz tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilib. Döyüş fəaliyyətlərinin təşkili, o cümlədən qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və…

Read More
Cəbhədən Xəbər 

Ermənilərin Kəlbəcər istiqamətində təxribatının qarşısı alındı – RƏSMİ

Sentyabrın 22-si gecə saat 02:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qarşı tərəf Kəlbəcər istiqamətində yerləşən bölmələrimizi iriçaplı silahlardan, qumbaraatan və minaatanlardan atəşə tutub. Ermənistan silahlı qüvvələrinin diversiya qrupu qeyd olunan ərazilərdə dərə boşluqlarını minalamaqla bölmələrimizə basqın etməyə cəhd göstərib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəf geri çəkilməyə məcbur edilib. Qeyd edək ki, Ermənistan tərəfi sentyabrın 21-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə dezinformasiya yaymaqla gecə…

Read More
Cəbhədən Xəbər 

Üç erməni silahlısı Zəngilandakı postumuza hücum edib

Zəngilan istiqamətində kiçik sərhəd hadisəsi baş verib. “Caliber” teleqram kanalının məlumatına görə, üç erməni silahlısı göstərilən istiqamətdə postlarımızdan birinə hücum edib. Sərhədçilərimizin xəbərdarlıq atəşindən sonra onlar mövqeyimizi atəşə tutublar. Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələrinin cavab atəşi nəticəsində hücum edənlərdən biri yaralanıb. Erməni tərəfi hərbi kanallar vasitəsilə hadisəyə görə üzr istəyib, həmin şəxslərin sərxoş vəziyyətdə olduğunu və belə bir hadisənin komandanlıqla heç bir şəkildə razılaşdırılmadığını qeyd edib. İnsident aradan qaldırılıb, hazırda sərhəd bölgəsində vəziyyət sakitdir.

Read More