Cəbhədən Xəbər 

Ermənistan hərbçilərinə aid daha 95 meyit qarşı tərəfə təhvil verilib

Ermənistan hərbçilərinə aid daha 95 meyit qarşı tərəfə təhvil verilib. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin 2022-ci ilin 12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində ölərək ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilib. Azərbaycan Respublikası beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirərək cari ilin sentyabrın 20-də 95 erməni hərbçisinin meyitinə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirildikdən və onların üzərində hər hansı zorakılıq…

Read More
Cəbhədən Xəbər 

Laçın rayonu ərazisində erməni təxribatı zamanı basdırılan minalar zərərsizləşdirilib – FOTO

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənməsi prosesi davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 19-da Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş növbəti 100 ədəd Э-001 М tipli piyada əleyhinə mina aşkar edilib. Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri tərəfindən aşkar olunan minalar təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən çıxarılıb. Ərazidə mühəndis təminatı üzrə görülən işlər davam etdirilir.  

Read More
Cəbhədən Xəbər 

Ermənistan itkilərini açıqladı: Ölü və yaralı sayı 500-ə çatdı – VİDEO

Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı təxribatı zamanı ölən erməni hərbçilərinin sayı açıqlanıb. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçirilən Ermənistan Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair bəyanatda deyilir. Bildirilir ki, sentyabrın 12-dən 13-nə keçən gecə döyüşlərdə 207 nəfər erməni hərbçi ölüb və ya itkin düşüb, 293 nəfər yaralanıb. Mənbə: “Sputnik” Ermənistan

Read More
Cəbhədən Xəbər 

Erməni hərbi ekspert: “Azərbaycan Ordusunun nə qədər böyük ərazini nəzarətə götürdüyünü biləndə şoka düşdüm”

“Azərbaycan Silahlı Qüvvələrinin nə qədər böyük ərazini nəzarət altına aldığını biləndə şoka düşdüm. Bu, çox böyük rəqəmlərdir. Bu rəqəmləri açıqlamağı Ermənistan hərbi rəhbərliyinin vicdanına buraxıram. Qoy hərbi əsirlərin, ölənlərin və yaralananların sayını onlar özləri açıqlasınlar”. Caliber.Az xəbər verir ki, bu sözləri ermənistanlı hərbi ekspert Van Hambarsumyan Ermənistan-Azərbaycan sərhədində baş vermiş son hərbi toqquşmaları şərh edərkən deyib. Van Hambarsumyan həmçinin təfərrüata varmadan çoxlu sayda strateji əhəmiyyətli yüksəkliklərin və strateji marşrutların (vizual və atəş) Azərbaycan ordusunun nəzarətinə keçdiyini söyləyib. Ekspert, həmçinin tezliklə hərbi əməliyyatların bərpa olunacağını da proqnozlaşdırıb.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Hərbi Dəniz Qüvvələri təlim keçirir – FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimi keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Təlimin başlanması ilə əlaqədar keçirilən brifinqdə Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov təlimin gedişatı və icra olunacaq fəaliyyətlər haqqında məruzələri dinləyib. Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitdə çevik qərar qəbuletmə və mövcud qüvvələrin səmərəli tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsi, o cümlədən şəxsi heyətin bilik və bacarığının artırılmasıdır.

Read More
Cəbhədən Xəbər 

Türkiyə istehsalı olan qumbaraatanlar Azərbaycan Ordusunun istifadəsinə verilə bilər – FOTO/VİDEO

Türkiyənin Müdafiə Sənayesi Nazirliyi təhlükəsizlik qüvvələrinin keçirdiyi tenderə qatılan Konyadakı silah şirkətinin istehsal etdiyi qumbaraatan Azərbaycan Ordusunun istifadəsinə verilə bilər. Bu barədə Türkiyənin Beyşehir rayonunda fəaliyyət göstərən silah şirkətinin rəhbəri Səlim Akdaş bəyan edib. Onun sözlərinə görə, sürətli və sabit nişan alması, təsirli məsafəsi, 5 000 atışlıq uzunömürlü lüləsi, daim gəzdirməyə uyğun yüngül və orijinal dizaynı ilə fərqlənən yerli qumbaraatanlara 20-dən çox ölkədən tələb var, ancaq prioritet Türkiyə Silahlı Qüvvələrindən sonra dost və qardaş ölkələrədir. “Hazırda Azərbaycanla da danışıqlarımız gedir. Altı barabanlı model aşağı və orta sürətlə döyüş sursatları ata bilir,…

Read More
Cəbhədən Xəbər 

Azad olunan ərazilərdə daha 201 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik olan məlumatı açıqlayıb. ANAMA-dan bildirilib ki, sentyabrın 12-dən 17-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 58 piyada əleyhinə mina, 143 tank əleyhinə mina və 98 partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 563 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Read More
Cəbhədən Xəbər 

Erməni valideynlər etiraza qalxdılar: “Öldürülən hərbçilərin tam siyahısını dərc edin”

İkinci Qarabağ müharibəsində həlak olan erməni hərbçilərin yaxınları sosial şəbəkələrdə kampaniyaya başlayıblar. Onlar Azərbaycan-Ermənistan sərhədində baş verən son toqquşmalarda həyatını itirmiş erməni hərbçilərin adlarının ictimaiyyətə tam tərkibdə açıqlanmasını tələb edirlər. “Biz Müdafiə Nazirliyindən yeni qurbanlarımızın adlarının olduğu siyahını tam olaraq dərc etməyi tələb edirik”, – aksiyanın müraciət mətnində yazılıb. Qeyd edək ki, Ermənistan tərəfi bu günə qədər son toqquşmalarda ölən hərbçilərinin yekun siyahısını dərc etməyib. Mənbə: Sputnik Ermənistan

Read More
Cəbhədən Xəbər 

Düşmənin təxribat məqsədilə Laçında basdırdığı minalar zərərsizləşdirildi – FOTO

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilər və təminat yolları Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 18-də Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 122 ədəd 2021-ci ildə Ermənistanda istehsal edilmiş “Э-001 М” tipli piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.  

Read More
Cəbhədən Xəbər 

Ermənistanın təxribatı zamanı yaralanan XTQ hərbçisi vəfat edib – FOTO/VİDEO

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun (Xüsusi Təyinatlı Qüvvələr) hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib. Bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib. “Qeyd edək ki, həkimlərimizin səyinə baxmayaraq, Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb. Şəhid olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah şəhidlərimizə rəhmət eləsin”, – nazirlikdən bildirilib. Bununla da, erməni təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan hərbi qulluqçuların sayı 80 nəfərə çatıb. Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı…

Read More