Cəbhədən Xəbər 

Azərbaycan MN Ermənistanın hiyləgər planını ifşa etdi

“Ermənistan silahlı qüvvələrinin təxribatının uğursuzluğundan təşvişə düşən bu ölkənin hərbi rəhbərliyi Azərbaycan-Ermənistan dövlət sərhədi boyu yerləşən bölmələrini, silah və döyüş texnikasını yaşayış məntəqələrindəki bina və mülki infrastruktur obyektlərinin yaxınlığında və Ermənistan ərazisinin dərinliklərində tərtiblənməsinə əmr verib”. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, həmin məntəqələrdən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqla Ermənistan bu atəş nöqtələrini legitim hərbi hədəflərə çevirməyə və qəsdən hərbi əməliyyatların əhatə zonasını genişləndirməyə çalışır. “Bir daha bəyan edirik ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən mülki obyektlər hədəfə alınmır və yüksək dəqiqliklə qarşı tərəfin atəş nöqtələrinə zərbələr endirilir”,…

Read More
Cəbhədən Xəbər 

MN: “Azərbaycan Ordusunun Rusiya hərbi texnikasına atəş açması yalandır” – YENİLƏNİB + FOTO/VİDEO

“Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələrinin guya Gegarkunik vilayətində yerləşən Rusiya Silahlı Qüvvələrinin hərbi obyektinə və avtomobil texnikasına atəş açması ilə bağlı yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir”. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, bu cür məlumatı yaymaqla Ermənistan tərəfi Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatlara beynəlxalq don geyindirmək və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını öz çirkin əməllərinə alət etmək məqsədi güdür: “Bir daha bildiririk ki, Azərbaycan Ordusu genişmiqyaslı təxribatların qarşısını almaq məqsədilə yalnız Ermənistan silahlı qüvvələrinin legitim hərbi hədəflərinə qarşı cavab tədbirləri görür”. 14:48 Azərbaycanla sərhəddə…

Read More
Cəbhədən Xəbər 

Şəhid Sadiq Əzizlinin nəşi Qaradağda torpağa tapşırıldı – FOTO

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu Əzizli Sadiq Zaur oğlu paytaxtın Qaradağ rayonunda dəfn edilib. ARANTV.AZ xəbər verir ki, şəhidimizin nəşi rayon ərazisindəki qəbiristanlıqda torpağa tapşırılıb. Mərasimdə S.Əzizlinin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar iştirak ediblər. Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. S.Əzizli düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olub.  

Read More
Cəbhədən Xəbər 

Azərbaycan 100-ə qədər Ermənistan hərbçisinin cəsədini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazırdır

Azərbaycan Respublikası beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək Ermənistanı atəşkəsə çağırır və cari ilin 12-13 sentyabr tarixlərində ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatın qarşısının alınması nəticəsində ölmüş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat verilib. Bildirilib ki, bununla əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsi də məlumatlandırılıb.

Read More
Cəbhədən Xəbər 

Ordumuzun Kəlbəcər istiqamətindəki mövqeləri atəşə tutulur – RƏSMİ

Sentyabrın 14-ü saat 14:44-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini minaatanlardan və artilleriya qurğularından atəşə tutur. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri tədbirlər görülür.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rektoru ilə görüşüb – FOTO

Sentyabrın 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, müdafiə naziri qonaqları salamladıqdan sonra Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar barədə məlumat verib. Görüşdə Türkiyə ilə hərbi müttəfiqlik çərçivəsində digər sahələrdə olduğu kimi, hərbi-təhsil sahəsində də birgə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanaraq bu istiqamətdə Türkiyə Milli Müdafiə Universiteti ilə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti diqqətə çatdırılıb. Professor…

Read More
Cəbhədən Xəbər 

Rusiya FTX-nin Ermənistandakı dislokasiya məntəqəsinin atəşə tutulması xəbəri yalandır – FOTO

Azərbaycanla sərhəddə törətdiyi təxribatın ağır nəticələrini yaşayan Ermənistan indi də informasiya sahəsində destruktiv fəaliyyətlə məşğuldur. “Caliber”in məlumatına görə, Ermənistan mətbuatında guya Azərbaycan ordusunun Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) dislokasiya məntəqəsini atəşə tutması ilə bağlı həqiqətə uyğun olmayan xəbərlər dərc edilib. Azərbaycan tərəfi isə bunu miskin vəziyyətdə olan Paşinyan rejiminin Moskvanı öz sərhəd avantürasına cəlb etmək cəhdi kimi qiymətləndirir. İstisna edilmir ki, itirəcək heç nəyi qalmayan İrəvan özü müxtəlif təxribatlar törədir və dezinformasiya yayır.  

Read More
Cəbhədən Xəbər 

Təxribat törətmiş erməni hərbçilərin saxlanılma görüntüləri – VİDEO

Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində təxribat törətməyə cəhd göstərərkən saxlanılmış düşmən ordusunun hərbi qulluqçularının görüntüləri yayılıb. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçilər tərk-silah edilərək saxlanılıb. Ələ keçmiş erməni hərbçilərin görüntülərini təqdim edirik:  

Read More
Cəbhədən Xəbər 

Erməni təxribatı nəticəsində yaralanan mülki şəxsin son vəziyyəti açıqlandı

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların nəticəsində mülki şəxs – Kəlbəcər rayonu Bozlu kənd sakini 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu yaralanıb. TƏBİB-dən verilən xəbərə görə, A.Musayev sol baldırın qəlpə yarası diaqnozu ilə sentyabrın 13-ü saat 22:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan 1 saylı Abbas Səhhət adına Xəstəxanaya yerləşdirilib. “Xəstəyə zəruri tibbi yardım göstərilib, daha sonra dizaltı arteriyanın dopler müayinəsi üçün Gəncədə yerləşən özəl tibb müəssisəsinə göndəriş verilib. Müayinə nəticəsində əməliyyat edilməsi qərara alınıb”, – deyə məlumatda qeyd olunub.

Read More