Cəbhədən Xəbər 

MN: “Ermənistan ordusu mövqelərimizi atəşə tutur, qarşı tərəfin atəş məntəqələri məhv edilir”

Ermənistan silahlı qüvvələrinin bölmələri “D-30”, “D-20” topları və 82 millimetrlik minaatanlardan da istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqda davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələrimiz tərəfindən cavab tədbirləri görülür və qarşı tərəfin atəş məntəqələri məhv edilir: “Əməliyyat şəraiti ordumuzun nəzarətindədir”.

Read More
Cəbhədən Xəbər 

Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər təxirə salındı

18 sentyabr Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər Mədəniyyət Nazirliyi tərəfindən təxirə salınır. Bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, festivalın proqramında olunan dəyişikliklərə əsasən, yalnız elmi-nəzəri konfrans, usta dərsləri və akademik musiqi tədbirləri saxlanılır. Həmçinin, teatr mövsümünün 150-ci yubiley mövsümünün açılışına həsr olunmuş təntənəli tədbirlər də təxirə salınır.

Read More
Cəbhədən Xəbər 

Dörd erməni və onlara məxsus texnikalar məhv edildi – FOTO

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlarına cavab olaraq Azərbaycan Ordusu tərəfindən düşmənin mövqelərinə, qoşunların və silahların cəmləşdiyi ərazilərə zərbələr davam etdirilir. “Caliber” “Telegram” kanalı sərhəddəki döyüşlərlə bağlı son məlumatı paylaşıb. Bildirilir ki, saat 12:15-də düşmənin canlı qüvvəsi dəqiq atəşlə məhv edilib. Nəticədə Ermənistan Silahlı Qüvvələrinin dörd hərbçisi zərərsizləşdirilib. Saat 12:20-də düşmənin artilleriya mövqeyində olan KS-19 artilleriya silahı, bundan səkkiz dəqiqə sonra isə “KamAZ” markalı yük maşını məhv edilib.  

Read More
Cəbhədən Xəbər 

Heydər Əliyev Mərkəzində keçiriləcək mədəni-kütləvi tədbirlər təxirə salınıb

Heydər Əliyev Mərkəzində keçiriləcək mədəni-kütləvi tədbirlər təxirə salınıb. Sentyabrın 12-də gecə saatlarından etibarən Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri genişmiqyaslı təxribat nəticəsində baş verən döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələri sırasında şəhidlərimizin olması ilə əlaqədar Heydər Əliyev Mərkəzində və Mərkəzin parkında keçirilməsi nəzərdə tutulan mədəni-kütləvi tədbirlər, o cümlədən sentyabrın 17-18-nə planlaşdırılan “Art Festival” təxirə salınıb. Allah şəhidlərimizə rəhmət eləsin!

Read More
Cəbhədən Xəbər 

Kəlbəcər istiqamətində mövqelərimiz artilleriya atəşinə tutulur – RƏSMİ

Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Yellicə və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən D-30 və D-20 toplarından istifadə olunmaqla atəşə tutulur. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Beynəlxalq ictimaiyyətin çağırışlarına və atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya və digər ağır atəş vasitələrindən istifadə olunmaqla sərhədyanı ərazilərdə hücum və təxribatlar davam etdirilir: “Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.…

Read More
Cəbhədən Xəbər 

MN-dən ermənilərin iddialarına CAVAB

“Erməni mətbuatında Azərbaycan Ordusunun bölmələrinin guya yaşayış evlərini atəşə tutması barədə yayılan məlumatın heç bir real əsası yoxdur”. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır: “Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki infrastrukturu hədəfə almır”.

Read More
Cəbhədən Xəbər 

Ermənistanın təxribatı nəticəsində iki mülki şəxs yaralanıb – BİRGƏ MƏLUMAT

Sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində iki mülki şəxs yaralanıb. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında bildirilib. Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralanıblar. Hazırda A.…

Read More
Cəbhədən Xəbər 

Ermənilər Kəlbəcər və Laçını artilleriya atəşinə məruz qoyublar – RƏSMİ

Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür. Hazırda mövqelərimiz fasilələrlə atəşə tutulur. Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür.

Read More
Cəbhədən Xəbər 

Ermənistanın hərbi obyektlərinin darmadağın edildiyi anın görüntüləri yayıldı – VİDEO

Ermənistanın ölkəmizlə sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu bütün hərbi təyinatlı obyektlərin darmadağın edildiyi görüntülər yayılıb. ARANTV.AZ  xəbər verir ki, bu obyektlərin Azərbaycanın təhlükəsizliyinə təhdid yaratdığı danılmaz faktdır. Qeyd edək ki, Ermənistanın xeyli sayda hərbi texnikası, milyard dollarlıq qiyməti olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edilib. Eyni zamanda, yüzlərlə hərbçisi yaralanıb. Təxribatçı ölkənin itkiləri bütün parametrlərə görə Azərbaycandan qat-qat çoxdur. Ermənistanın bundan sonra hərbi potensialını qurması üçün bir neçə il lazımdır. Sözügedən görüntüləri təqdim edirik:  

Read More