Cəbhədən Xəbər 

Ermənistanın genişmiqyaslı təxribatı nəticəsində şəhidlərimiz olub

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub. Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik. Şəhidlərimizin qanı yerdə qalmadı. Bildiririk ki, şəhid olmuş  hərbi qulluqçularımızın adlı siyahısı ictimaiyyətə əlavə təqdim olunacaq.

Read More
Cəbhədən Xəbər 

Ermənistanda ölən əsgərlərin yaxınları parlament binasının qarşısında etiraz aksiyası keçiriblər – VİDEO

Ermənistanda ölən əsgərlərin yaxınları parlament binasının qarşısında etiraz aksiyası keçiriblər. Aksiya zamanı gərgin vəziyyət yaranıb. Polis etirazçıları parlamentin xidməti girişinə buraxmır. Əsgərlərin yaxınları isə deputatları görmək üçün israr edirlər. “Vətəndaş sazişi” partiyasının nümayəndəsi Ovik Ağazaryan əsgər yaxınlarının qəzəbinə tuş gəlib. Etirazçılar əvvəlcə onun ardınca “Satqın” qışqırıb, daha sonra üzərinə su atıblar. Polis su atan qadını nəzarətə götürməyə çalışsa da, vəziyyət daha da gərginləşib. Nəticədə qadın sərbəst buraxılıb.  

Read More
Cəbhədən Xəbər 

Ordumuzun mövqeləri artilleriya atəşinə tutuldu

Sentyabrın 13-ü saat 16:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsin elan olunmasına baxmayaraq Azərbaycan-Ermənistan sərhədinin Qarakilsə rayonunun Vağudi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından istifadə edərək atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb. “09:00-dan etibarən atəşkəsin elan olunmasına baxmayaraq Ermənistan tərəfindən artilleriya və digər ağır silahlardan istifadə etməklə sərhəd boyunca atəşkəs intensiv şəkildə pozulur”, – deyə məlumatda qeyd edilib.

Read More
Cəbhədən Xəbər 

Şəhid olan hərbi qulluqçumuz Saatlıda dəfn edildi – FOTO/VİDEO

Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, kiçik gizir 2000-ci il təvəllüdlü Nəsirov Ülvi Əsədulla oğlu son mənzilə yola salınıb. APA xəbər verir ki, şəhidin nəşi doğulduğu Saatlı rayonunun Qara Nuru kəndinə gətirilib. Vida mərasimindən sonra Ülvi Nəsirov kənd qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan…

Read More
Cəbhədən Xəbər 

Semyon Peqov: “Ermənistan 180 hərbçi itirib”

Rusiyalı “hərbi jurnalist”, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın təbliğatını aparan Semyon Peqov Azərbaycan-Ermənistan sərhədində baş verən son toqquşmalarda 180 erməni hərbçisinin öldürüldüyünü, 50-dən çox yaralının olduğunu açıqlayıb. O, bu barədə özünün “Semyon Peqov” “Telegram” kanalında yazıb. Erməni təbliğat maşınının əlaltısı S.Peqov həmçinin Azərbaycan ordusu tərəfindən məhv edilən onlarla erməni hərbçinin döyüş meydanında qalmış cəsədlərinin videogörüntülərini yayımlayıb. Qeyd edək ki, Semyon Peqov “YouTube” şəbəkəsində “Wargonzo” layihəsinin müəllifidir. O, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanı və Qarabağdakı erməni separatçılarını dəstəkləmək məqsədi ilə saxta xəbərlər yaymaqla tanınıb.

Read More
Cəbhədən Xəbər 

Ermənistan niyə sülhdən boyun qaçırır? – VİDEO

“Ermənistanın növbəti təxribatı üçtərəfli bəyanatın şərtlərindən, eləcə də Brüssel görüşlərindəki razılaşmalardan can qurtarmaq məqsədi daşıyır”. Bunu Baku TV-də yayımlanan “Salam Baku” verilişində politoloq Yeganə Hacıyeva sərhəddəki gərginliyi şərh edərkən deyib. Politoloq qeyd edib ki, bu, genişmiqyaslı və əvvəldən hazırlanmış təxribatdır. “Çünki təxribatın ilk dəqiqələrindən “Freedom House” bəyanat yaydı ki, guya Azərbaycan tərəfi Ermənistanın mülki obyektlərini atəşə tutur”, – deyə Y.Hacıyeva qeyd edib. Ətraflı videonu təqdim edirik:

Read More
Cəbhədən Xəbər 

Rusiya XİN Azərbaycan və Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb

Ermənistan-Azərbaycan sərhədindəki gərginliyin nizamlanması üçün kömək istəyib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib. Bəyanatda göstərilir ki, Rusiya Federasiyası Ermənistan və Azərbaycan sərhədində vəziyyətin kəskin şəkildə gərginləşməsindən narahatdır. Bəyanatda qeyd olunur ki, İrəvanla Bakı arasında bütün mübahisəli məsələlər müstəsna olaraq siyasi və diplomatik yollarla həll edilməlidir. “Biz tərəfləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarına uyğun olaraq vəziyyətin daha da gərginləşməsindən çəkinməyə, təmkin nümayiş etdirməyə və atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq. Biz gözləyirik ki, Rusiyanın vasitəçiliyi…

Read More
Cəbhədən Xəbər 

Paşinyan bu dəfə İran prezidentinə zəng etdi

“Regiondakı bütün münaqişələr sülh yolu ilə həll olunmalıdır və İran dövlətlərin ərazi bütövlüyü məsələsində aydın mövqe tutur”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışan İran Prezidenti İbrahim Rəisi bəyan edib. O, Cənubi Qafqazda yeni müharibənin qəbuledilməz olduğunu bildirərək, Tehranın regionda baş verənləri diqqətlə izlədiyini vurğulayıb. İİR dövlət başçısı Tehranın regionda sülhün bərqərar olmasına yardım etməyə hazır olduğunu qeyd edib. Xatırladaq ki, bundan əvvəl Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki gərginlik fonunda Vladimir Putinə, Emmanuel Makrona və Entoni Blinkenə zəng edib. Mənbə: “Sputnik” Ermənistan

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Türkiyə müdafiə nazirləri Ermənistanın sərhəddəki təxribatını müzakirə etdilər

Sentyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. General-polkovnik Z.Həsənov Ermənistan tərəfinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşması barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını bildirib. H.Akar öz növbəsində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçularımızın şəhid olması ilə bağlı başsağlığı verib, yaralılara şəfa diləyib. H.Akar Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu…

Read More