Cəbhədən Xəbər 

Paşinyan: “Azərbaycan Ermənistanla Qarabağ məsələsini müzakirədən imtina edir”

“Azərbaycan Ermənistanla Qarabağ məsələsini müzakirədən imtina edir”. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan bildirib. O qeyd edib ki, Azərbaycan bu qərarını Qarabağın Azərbaycanın daxili işi olması ilə əsaslandırıb. Paşinyan həmçinin əlavə edib ki, rəsmi Bakı Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasını tələb edir. “Azərbaycan Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasını tələb edir”, – deyə o, əlavə edib.

Read More
Cəbhədən Xəbər 

Paşinyan: “Hazırda hərbi əməliyyatların intensivliyi azalıb”

“Hazırda hərbi əməliyyatların intensivliyi azalıb”. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlament qarşısında çıxışı zamanı bəyan edib. Bununla belə o, bir və ya iki istiqamətdə döyüşlərin davam etdiyini vurğulayıb. Qeyd edək ki, Ermənistanın hökumət başçısı bundan əvvəl 49 erməni hərbçinin öldürüldüyünü deyərək, bunun yekun rəqəm olmadığını etiraf edib. Mənbə: “Sputnik” Ermənistan

Read More
Cəbhədən Xəbər 

Paşinyan 49 erməni hərbçinin öldürüldüyünü etiraf etdi: “Bu, yekun rəqəm deyil”

“49 erməni hərbçisi Azərbaycanla sərhəddə baş verən son toqquşmada həyatını itirib”. Bu açıqlama ilə hazırda Ermənistan parlamenti qarşısında çıxış edən baş nazir Nikol Paşinyan çıxış edib. N.Paşinyan əlavə edib ki, 49 rəqəmi son deyil və ölən erməni hərbçilərinin sayının artacağı istisna edilmir: “Bu, yekun rəqəm deyil”. Mənbə: “Sputnik” Ermənistan

Read More
Cəbhədən Xəbər 

Ermənistan qoşunları Zəngilanda Azərbaycan sərhədçilərinə hücum edib

Ermənistan qoşunları Zəngilanda da Azərbaycan sərhədçilərinə hücum edib. Bu barədə haqqin.az Dövlət Sərhəd Xidmətindəki mənbəyə istinadən xəbər verib. Bildirilir ki, Ermənistanın hərbçiləri Kəlbəcər və Laçın rayonları ilə yanaşı, dövlət sərhədinin Zəngilan rayonu istiqamətində hərbi təxribat törətməyə cəhd ediblər. “Dövlət Sərhəd Xidmətinin bölmələri bu təxribatların qarşısını qətiyyətlə alaraq erməni hərbi birləşmələrinə güclü zərbələr endiriblər. Ermənistanın erməni hərbi birləşmələri ağır itkilər verib”, – deyə məlumatda vurğulanıb.

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyində hərbi atteşelər üçün sərhəddəki təxribatla bağlı brifinq keçirildi

Sentyabrın 13-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər üçün brifinq verib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Xarici ölkələrin hərbi nümayəndələrinə Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ermənistan tərəfinin son zamanlar qeyd olunan istiqamətlərdə mövqelərimizi mütəmadi olaraq atəşə tutmasında başlıca məqsəd sülh sazişinin imzalanmasının, həmçinin azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işlərinin yubadılmasıdır. Beynəlxalq nümayəndələrin diqqətinə çatdırılıb ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata sadiqdir, sərhədlərin…

Read More
Cəbhədən Xəbər 

Ermənistanın 10 hərbçisi yaralanıb

Azərbaycanla sərhəddə təxribat törədən Ermənistan ordusunda onlarla yaralı var. Bu barədə Ermənistan kütləvi informasiya vasitələri məlumat yayıb. Belə ki, gecə yarısı 10 yaralı erməni hərbçi Martuni şəhərində yerləşən tibb məntəqəsinə çatdırılıb. Yaralılardan dördü paytaxt İrəvana köçürülüb. Ehtimal edilir ki, onların xəsarətləri ağır olduğundan xüsusi yardıma ehtiyacları var.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan tərəfi atəşin dayandırılmasına nail oldu – YENİLƏNİB

Saat 9:15-dən etibarən Azərbaycan tərəfinin səyləri nəticəsində atəşin dayandırılmasına nail olunub. Bu barədə haqqin.az məlumat yayıb. 09:53 Ermənistanla Azərbaycan sentyabrın 13-ü saat 9:00-dan etibarən atəşin dayandırılması barədə razılığa gəlmişdilər. Haqqin.az yazır ki, razılığa baxmayaraq, Ermənistan təxribatlarını davam etdirir və Azərbaycanın dövlət sərhədi istiqamətində mövqelərimizi atəşə tutur. 09:29 Ermənistan ordusunun dünənki növbəti təxribatından sonra Azərbaycan Silahlı Qüvvələrinin ildırımsürətli cavab tədbirləri nəticəsində Laçın və Kəlbəcər istiqamətlərində düşmənin xeyli canlı qüvvəsi zərərsizləşdirilib. Bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb. Qeyd edilib ki, sərhədin müəyyən edilmiş hissəsində düşmənin hərbi infrastrukturu, o cümlədən sursat anbarları, hərbi hissələr…

Read More
Cəbhədən Xəbər 

Ermənistan atəşin dayandırılması barədə razılığı pozdu – YENİLƏNİB

Ermənistanla Azərbaycan sentyabrın 13-ü saat 9:00-dan etibarən atəşin dayandırılması barədə razılığa gəlmişdilər. Haqqin.az yazır ki, razılığa baxmayaraq, Ermənistan təxribatlarını davam etdirir və Azərbaycanın dövlət sərhədi istiqamətində mövqelərimizi atəşə tutur. 09:29 Ermənistan ordusunun dünənki növbəti təxribatından sonra Azərbaycan Silahlı Qüvvələrinin ildırımsürətli cavab tədbirləri nəticəsində Laçın və Kəlbəcər istiqamətlərində düşmənin xeyli canlı qüvvəsi zərərsizləşdirilib. Bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb. Qeyd edilib ki, sərhədin müəyyən edilmiş hissəsində düşmənin hərbi infrastrukturu, o cümlədən sursat anbarları, hərbi hissələr və hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb. Məlumata görə, bu gün saat 9:00-dan başlayaraq tərəflər atəşin dayandırılması…

Read More