Cəbhədən Xəbər 

“Caliber” sərhəddəki vəziyyət barədə: “Atəşin dayandırılması ilə bağlı razılıq əldə olunub” – FOTO

Ermənistan ordusunun dünənki növbəti təxribatından sonra Azərbaycan Silahlı Qüvvələrinin ildırımsürətli cavab tədbirləri nəticəsində Laçın və Kəlbəcər istiqamətlərində düşmənin xeyli canlı qüvvəsi zərərsizləşdirilib. Bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb. Qeyd edilib ki, sərhədin müəyyən edilmiş hissəsində düşmənin hərbi infrastrukturu, o cümlədən sursat anbarları, hərbi hissələr və hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb. Məlumata görə, bu gün saat 9:00-dan başlayaraq tərəflər atəşin dayandırılması ilə bağlı razılıq əldə edib. “Razılaşmaya düşmən tərəfinin necə riayət edəcəyini müşahidə edəcəyik”, – deyə məlumatda qeyd olunub.  

Read More
Cəbhədən Xəbər 

Azərbaycan MN ermənilərin iddialarını təkzib etdi

Ermənistan mətbuatında Azərbaycan Ordusunun guya mülki əhalini və infrastrukturu hədəfə alması barədə yaydığı məlumatlar qarşı tərəfin böhtan xarakterli növbəti yalanıdır, dezinformasiyadır. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bununla Ermənistan tərəfi törətdiyi genişmiqyaslı təxribatı ört-basdır etməyə və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır.

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyindən – Müraciət

Müdafiə Nazirliyi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə müraciət edib: ARANTV.AZ  xəbər verir ki, müraciətdə deyilir: “Yalnız Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlardan istifadə edilsin, qarşı tərəfin dezinformasiya xarakterli yalan məlumatları paylaşılmasın! Bildiririk ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşması barədə mütəmadi olaraq rəsmi məlumatlar veriləcəkdir”.

Read More
Cəbhədən Xəbər 

Artilleriya bölmələrimiz iş başında, ermənilər qorxudan küçədə gecələyiblər – Sərhəddən SON MƏLUMATLAR

Azərbaycan Ordusunun bölmələri səhər saatlarında erməni təxribatlarına cavab tədbirləri çərçivəsində Zod və Qafan istiqamətində artilleriya zərbələri endiriblər. Bu barədə Ermənistan KİV-də informasiya yayılıb. Həmçinin Kornidzor bölgəsində ermənilərin qorxudan küçədə gecələdikləri bildirilir. Mənbə: Sputnik Ermənistan

Read More
Cəbhədən Xəbər 

Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etməsi barədə yayılan xəbərlər yalandır – RƏSMİ

Ermənistan kütləvi informasiya vasitələri və sosial media seqmentində Azərbaycanın Ermənistanın ərazisinə müdaxilə etməsi barədə yayılan xəbərlər cəfəngiyyatdan başqa bir şey deyildir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, regionda təcavüzkar və işğalçı dövlət Ermənistan Respublikasıdır. Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının Azərbaycan Qarabağ iqtisadi zonasında mövcudluğu hələ də davam edir. Azərbaycan Ordusu Ermənistanın təxribatına cavab olaraq lokal əks tədbirlər həyata keçirir və atəş nöqtələri neytrallaşdırılır. Ermənistanın davam edən hərbi avantüra və revanşizm siyasəti, son bir ay ərzində Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyindən bütün KİV və sosial şəbəkə istifadəçilərinə MÜRACİƏT + VİDEO

Müdafiə Nazirliyi bütün kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə müraciət edib. Müdafiə Nazirliyindən Oxu.Az-a verilən müraciətdə deyilir: “Yalnız Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlardan istifadə edilsin, qarşı tərəfin dezinformasiya xarakterli yalan məlumatları paylaşılmasın! Bildiririk ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşması barədə mütəmadi olaraq rəsmi məlumatlar veriləcəkdir”.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun bölmələri mülki infrastrukturu hədəfə almır – RƏSMİ

Ermənistan tərəfindən guya Azərbaycan Ordusunun mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu, Ermənistan tərəfinin yaydığı növbəti dezinformasiyadır. Ermənistanın təxribatlarına cavab olaraq əks tədbirlər lokal xarakter daşıyaraq atəş nöqtəsi olan legitim hərbi hədəflərə qarşı yönəlmişdir. Cavab tədbirləri kiçikmiqyaslı və hədəflənmiş xarakter daşıyaraq Azərbaycan sərhədlərinin təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatlarına son qoymaq məqsədi daşıyır. Mülki obyektlərin və günahsız insanların hədəfə alınması Ermənistan silahlı qüvvələrinin tətbiq etdiyi standart hərbi metodologiyadır. 30 illik işğal dövründə və 44 günlük…

Read More
Cəbhədən Xəbər 

MN: “Azərbaycanın hərbi təyyarəsinin vurulması xəbəri yalandır”

Ermənistan tərəfinin Basarkeçər rayonu istiqamətində Azərbaycana məxsus hərbi təyyarənin guya məhv edilməsi ilə bağlı yaydıqları məlumat yalandır və dezinformasiya xarakteri daşıyır. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Read More
Cəbhədən Xəbər 

Ermənistan mətbuatı: “Azərbaycan ordusu erməni hərbi birləşmələrinə zərbə endirir” – VİDEO

Azərbaycan ordusu erməni qüvvələrinin təxribatlarına cavab atəşilə reaksiya verib. Erməni mənbələrinin məlumatın görə, Gorus, Cermuk və Vardenis şəhərlərindəki hərbi hissə və obyektlər artilleriya atəşinə tutulub. Həmçinin, bildirilir ki, ordumuz Qafandakı hərbi hissəyə də PUA ilə zərbə endirib.  

Read More