Cəbhədən Xəbər 

Laçın və Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu – RƏSMİ

Sentyabrın 8-i axşam  saatlarından 9-u səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan, Basarkeçər rayonunun Subatan yaşayış məntəqələri və Gorus rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli və Hacılar, Kəlbəcər rayonunun Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

“TurAz Qartalı-2022” təlimi: Azərbaycan və Türkiyə hərbi pilotları tapşırıqları icra ediblər – FOTO/VİDEO

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) iştirakı ilə ölkəmizdə keçirilən “TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimi davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, plana uyğun olaraq bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlarla uçuş edən hərbi pilotlar müxtəlif epizodlar üzrə tapşırıqları icra edirlər. Birgə taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.  

Read More
Cəbhədən Xəbər 

Azad edilmiş ərazilərimiz erməni minalarından təmizlənir – FOTO

Laçın və Kəlbəcər rayonları ərazisindəki dəqiqləşdirilmiş mövqelərdə qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahələrindən son on gün ərzində 72 ədəd 2019-cu ildə Ermənistanda istehsal olunan PMN-E növlü piyada əleyhinə və 2 ədəd tank əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Cari ilin sentyabr ayı ərzində işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən 73 ədəd piyada əleyhinə, 47 ədəd tank əleyhinə mina və 8 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib, 273 hektar ərazi tam təmizlənib. Ümumilikdə mühəndis-istehkam…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan MN: “Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub”

Sentyabrın 7-si saat 21:00-dan sentyabrın 8-i saat 04:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Subatan və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. ARANTV.AZ  xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Ordumuzu “Ovçu”ya çevirəcək silahlar…

Azərbaycan müdafiə sənayesinin inkişafında daha böyük hədəfləri olduğunu nümayiş etdirdi Koronavirus pandemiyasının yaratdığı məcburi fasilədən sonra avqustun 6-da Bakı Ekspo Mərkəzində açılışı olan “ADEX” – 4-cü Azərbaycan Beynəlxalq Müdafiə və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri bir sıra mühüm məqamlara görə xüsusi əhəmiyyət kəsb edir. Bu sərgilər təşkilatçı və iştirakçı ölkələr arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi üçün platforma rolunu oynamaqla bərabər, bir sıra tanınmış dünya şirkətlərinin, həmçinin Azərbaycanın hərbi-sənaye kompleksinin gücünün və qüdrətinin nümayişinə də imkan yaratmış oldu. Qeyd edək ki, Azərbaycanda ordu quruculuğu istiqamətində uzun…

Read More
Cəbhədən Xəbər 

Baş Qərargah rəisi Quru Qoşunlarında olub, xidməti müşavirə keçirib – FOTO

Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Quru Qoşunlarında olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Baş Qərargah rəisi Quru Qoşunlarının idarə heyəti ilə xidməti müşavirə keçirib. Müşavirədə Quru Qoşunlarında görülən işlərin təhlili aparılıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar toplantı iştirakçılarına çatdırılıb. Müdafiə nazirinin birinci müavini döyüş hazırlığının və hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da artırılması, silahlanmaya yeni qəbul edilən silah və döyüş texnikasının effektiv tətbiqi məqsədilə keçirilən təlimlərin real döyüş şəraitinə uyğunlaşdırılması və texnoloji…

Read More
Cəbhədən Xəbər 

“TurAz Qartalı-2022” təlimində növbəti uçuşlar icra olundu – FOTO

Ölkəmizdə keçirilən “TurAz Qartalı-2022” birgə taktiki-uçuş təliminin planına uyğun olaraq növbəti təlim-məşq uçuşları icra olunub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, senariyə əsasən şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınma və yerüstü hədəflərinə havadan zərbə endirmə tapşırıqları hərbi pilotlar tərəfindən uğurla yerinə yetirilib. Qeyd edilib ki, birgə taktiki-uçuş təlimi davam edir.  

Read More
Cəbhədən Xəbər 

Azərbaycan səyyar pilotsuz müşahidə kompleksini təqdim edib – FOTO

Azərbaycan “ADEX 2022” dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi və “Securex Caspian” 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə sərgisində “Bayquş” səyyar pilotsuz kompleksi təqdim edib. Trend-in məlumatına görə, kompleks “Gürzə” döyüş maşınında quraşdırılıb. Operativ-taktiki pilotsuz kompleks Müdafiə Sənayesi Nazirliyi və “Deftech” özəl şirkəti tərəfindən yaradılıb. Bu sistem 24 saat boyunca 100 metr məsafədə kəşfiyyat əməliyyatı aparmağa qadirdir. Dron 30-40 kvadrat kilometr məsafəyə daim nəzarət edə bilər. Qeyd edək ki, sərgidə 208 şirkət təmsil olunur. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri təmsil olunur. Sərgiyə…

Read More
Cəbhədən Xəbər 

Ermənilər Laçında mülki şirkətə məxsus ekskavatoru atəşə tutdular – FOTO

Sentyabrın 7-si saat 08:10-dan 12:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Eyni zamanda, qeyd olunan istiqamətdə bölmələrimizin təminat yollarının çəkilməsi məqsədilə yol işləri aparan mülki şirkətə məxsus texnika da atəşə məruz qalıb. Şirkətin texnikasına zərər dəysə də, xəsarət alan olmayıb. Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarının qarşısını almaq məqsədilə bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Almaniya arasında hərbi əməkdaşlıq müzakirə olunub

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında 2022-ci il üçün ikitərəfli əməkdaşlıq Proqramı”na uyğun olaraq Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində hər iki qurum arasında danışıqlar keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tərəflər ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri barədə ətraflı fikir mübadiləsi aparıblar.

Read More