Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 19 dəfə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bunlardan 16-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla baş verib. Digər 3 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqla qeydə alınıb. Şəxsi heyət və texnikamızda itki yoxdur. Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

“TurAz Qartalı-2022” təlimində iştirak edəcək Türkiyə aviasiya vasitələri Azərbaycana gəldi – FOTO

“TurAz Qartalı – 2022” birgə taktiki-uçuş təlimində iştirak edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və aviasiya vasitələri ölkəmizə gəlib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sentyabrın 5-dən başlayacaq təlimdə iki ölkənin Hərbi Hava Qüvvələrinin birgə fəaliyyətlərinin planlaşdırılması, qarşılıqlı əlaqə və döyüş uzlaşmasının öyrənilməsi, eləcə də axtarış-xilasetmə tədbirlərinin icrası və digər tapşırıqlar yerinə yetiriləcəkdir.  

Read More
Cəbhədən Xəbər 

Laçında döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilib – VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə döyüş növbətçiliyinin təşkili ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Laçın rayonunda Azərbaycan Ordusunun bölmələri tərəfindən aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən strateji əhəmiyyətli Üçdik yüksəkliyində döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilib. Burada şəxsi heyətin gecə və gündüz nümunəvi xidmət etməsi, döyüş qabiliyyətinin və döyüşə hazırolma vəziyyətinin daim yüksək səviyyədə saxlanılması məqsədilə bütün zəruri tapşırıqlar icra olunur. Azad olunmuş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı və qoşun xidmətinin təşkili istiqamətində həyata…

Read More
Cəbhədən Xəbər 

Türkiyə HHQ-nin nümayəndələri Azərbaycana gəlib – FOTO

“TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimində iştirak edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyətinin bir qrupu ölkəmizə gəlib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təlimə hazırlıq məqsədilə heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir. Qeyd edilib ki, birgə taktiki-uçuş təlimi sentyabrın 5-də başlayacaq.  

Read More
Cəbhədən Xəbər 

ANAMA azad olunmuş ərazilərdə ötən ay aşkarlanan minaların sayını açıqlayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan verilən məlumata görə, avqustun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocalı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2 353, tank əleyhinə 689 mina (cəmi 3 042) və 1 131 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 5 523,74 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Read More
Cəbhədən Xəbər 

Anar Eyvazov: “Azərbaycan Ordusu nəzarətə götürülmüş ərazilərdə mövqelərin dəqiqləşdirilməsini aparır”

“Avqustun 26-da Ali Baş Komandan İlham Əliyevin göstərişinə uyğun olaraq, Azərbaycan Ordusunun bölmələri Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələrinə daxil olublar və bu ərazilər tam nəzarətimiz altına keçirilib”. Bu fikirləri Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan Ordusunun bölmələri nəzarətə götürülmüş ərazilərdə mövqelərin dəqiqləşdirilməsi, yeni dislokasiya məntəqələrində bölmələrin yerləşməsi prosesi həyata keçirir: “Azərbaycan Ordusunun mühəndis qoşunları tərəfindən mina axtarma işləri də davam etdirilir. Laçın rayonu ərazisində avqustun 15-dən bu günə qədər 1300-dən artıq piyada əleyhinə mina aşkar edilib”.

Read More
Cəbhədən Xəbər 

Erməni vandalizminə məruz qalmış Laçın – FOTOREPORTAJ

Otuz il erməni işğalı altında olmuş Laçın vandalizmə məruz qalıb. Ermənilər şəhəri tərk edəndən sonra yaşayış evlərinin, iaşə obyektlərinin qapı-pəncərələrini və dam örtüklərini sökərək özləri ilə aparıblar. Ermənilər şəhərin giriş hissəsində yerləşən ağacları yandıraraq məhv ediblər. Photostock.az erməni vandalizminə məruz qalmış Laçından fotoreportajı təqdim edir:  

Read More
Cəbhədən Xəbər 

Rusiya sülhməramlılarının bütün postları Laçın şəhərindən götürülüb

Rusiya sülhməramlılarının Laçın şəhərində, Zabux və Susda qurduqları müvəqqəti postlar tam sökülərək götürülüb. “Report”un Laçın şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, sülhməramlıların həmin ərazilərdəki səlahiyyətləri bir neçə gündür ki, başa çatıb. Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev “Twitter” səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdıqlarının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.

Read More
Cəbhədən Xəbər 

Təlim əsgərin akademiyasıdır

2022-ci tədris ilində hərbi qulluqçularımızın 30-dan artıq beynəlxalq təlim və yarışlarda iştirakı planlaşdırılıb Dünyanın məşhur hərbi xadimlərindən biri – böyük rus sərkərdəsi Suvorov öz zamanında təlimlərin keçirilməsini yüksək dəyərləndirib. Qeyd edib ki, təlim əsgərin akademiyasıdır. Doğrudan da, təlimlər ən mühüm hərbi əməliyyat  tədbiri olaraq şəxsi heyətin döyüş qabiliyyətinin artırılmasında, qələbəyə inamın formalaşmasında vacib rol oynayır. Son illər Azərbaycanın ordu quruculuğunda xüsusi diqqət yetirilən məsələlərdən biri də müxtəlif miqyaslı hərbi təlimlərin müntəzəm keçirilməsidir. Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlər…

Read More
Cəbhədən Xəbər 

Qubadlıda minaya düşüb ölən it minlərlə kvadrat metr ərazinin təmizlənməsində iştirak edib – FOTO

“Qubadlıda minaaxtarma prosesi zamanı minaaxtaran it “Dina” bilinməyən səbəbdən yolunu dəyişib. İtin ani bir istiqamətə dönməsi zamanı mina partlayıb və it ölüb”. Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Minaaxtaran itlərlə iş üzrə qrupunun əməliyyat meneceri Azər Hüseynov APA-nın Qarabağ bürosuna açıqlamasında bildirib. Onun sözlərinə görə,  “Dina” bilinməyən səbəbdən yolunu dəyişib: “İtin ani bir istiqamətə dönməsi zamanı hadisə baş verib. İt təxminən 8-10 metrlik bir məsafəyə gedib qayıdan vaxt bu hal olub. Səbəbə gəlincə, məsələn, anidən siçan qaça bilər onu biz görməyə bilərik, amma it məsafədən onu hiss edir və yaxud…

Read More