Cəbhədən Xəbər 

Azərbaycanda yeni hərbi nizamnamələr HAZIRLANIR

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam, Qarnizon və Qarovul Xidmətləri, habelə Daxili Xidmət nizamnamələrinin yeni layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun martın 7-də növbəti görüşü keçirilib. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərliyi ilə keçirilən görüşdə Silahlı Qüvvələrin aidiyyəti qurumlarının məsul vəzifəli şəxsləri iştirak edib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə aparılan uğurlu islahatlar, qazanılan nailiyyətlər və tətbiq edilən…

Read More
Cəbhədən Xəbər 

Vilayət Eyvazov rəislərə tapşırıqlar verdi – VİDEO, FOTOLAR

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu gün Lənkəran Şəhər Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib. ARANTV.AZ  xəbər verir ki, nazir əvvəlcə Lənkəran şəhərindəki Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib. Sonra Lənkəran Şəhər Rayon Polis Şöbəsində Lənkəran, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarından qəbula gələn 352 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb. V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin…

Read More
Cəbhədən Xəbər 

Müdafiə naziri Azərbaycan qadınlarını təbrik edib

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov 8 Mart–Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib, ən xoş arzularını bildirib. ARANTV.AZ  xəbər verir ki, təbrikdə deyilir: “Azərbaycan qadını tarix boyu şərəfli və müqəddəs ana adını uca tutmaqla müdrikliyi, işgüzarlığı, saflığı və mübarizliyi ilə keçmişimizə ən parlaq səhifələr yazmışdır. Respublikamızın ictimai-siyasi, mədəni həyatında, cəmiyyətdə fəal iştirak edərək Vətənin müdafiəsində və dövlət quruculuğunda xüsusi bacarıq, istedad nümayiş etdirməklə yanaşı, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə cəsarət və qorxmazlığı ilə seçilmişdir. Dövlətçilik tariximizin şərəfli səhifəsi sayılan Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri olan qadınlara seçmək və…

Read More
Cəbhədən Xəbər 

Hərbi vəzifəlilərin təlim toplanışı başladı

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2025-ci ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb. Ehtiyatdan çağırılan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunurlar. Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılır, onlara təhlükəsizlik qaydaları çatdırılır, eləcə də sıra hazırlığı üzrə məşğələlər keçirilir. Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması, təlim…

Read More
Cəbhədən Xəbər 

Ermənistandan Naxçıvanla sərhəddə TƏXRİBAT – VİDEO

Naxçıvanın Sədərək rayonu, Heydərabad qəsəbəsində Ermənistanilə sərhəddə açıq ərazidə Ermənistan tərəfindən yanğın törədilib. Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Məlumatla əlaqədar dərhal əraziyə Sədərək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində təxminən 7 hektar sahədə quru ot və qamışlıq ərazi yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.  

Read More
Cəbhədən Xəbər 

Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub – SON DƏQİQƏ

Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. ARANTV.AZ xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, martın 4-ü saat 22:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.

Read More
Cəbhədən Xəbər 

Hərbçimiz vəfat etdi

“Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1975-ci il təvəllüdlü Rüstəmov Faiq Akif oğlunun kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik”. Bu barədə Musavat.coma Müdafiə Nazirliyindən bildirilib. Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!

Read More
Cəbhədən Xəbər 

Azərbaycan ilə Türkiyə HHQ arasında 15-ci Qərargah danışıqları keçirilib

Azərbaycan ilə Türkiyə arasında imzalanmış “İkitərəfli hərbi əməkdaşlıq proqramı”na əsasən, hər iki qardaş ölkənin Hərbi Hava Qüvvələri (HHQ) nümayəndələrinin iştirakı ilə 15-ci Qərargah danışıqları keçirilib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, əvvəlcə Şəhidlər xiyabanı və Türk Şəhidliyi ziyarət edilib. Şəhidlərin xatirəsi dərin hörmət və ehtiramla yad olunub. Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Türkiyə Hərbi Hava Qüvvələri qərargahının Maddi-Texniki Təminat İdarəsinin rəisi general-leytenant Hüseyin Dumanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Keçirilən Qərargah danışıqlarının əhəmiyyətinin xüsusi vurğulandığı görüşdə…

Read More