Azərbaycan Ordusunda yeni tədris dövrü başlayıb – VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qarşıya qoyduğu tələblərə, müdafiə nazirinin əmr və sərəncamlarına əsasən qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanmasını təmin etmək məqsədilə Azərbaycan Ordusunda təlim-tədris prosesi davam etdirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2022-ci il üzrə təsdiq edilmiş döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrü başlanması ilə əlaqədar mərasimlər keçirilib. Mərasimlərdə döyüş bayrağı sıra meydanına gətirilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib. Çıxış edənlər müdafiə nazirinin yeni tədris dövrünün başlanması ilə bağlı…
Read More