Cəbhədən Xəbər 

Dərin qar və şiddətli soyuqlarda döyüş – VİDEO

Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz piyada bölmələri ilə “Dərin qar və şiddətli soyuqlarda döyüş” mövzusunda təlim keçirilib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin ssenarisinə əsasən, bölmələr şərti düşmənin təxribat-diversiya qrupunun zərərsizləşdirilməsi üzrə tapşırıqları yerinə yetiriblər. Kəşfiyyat məlumatları əsasında düşmən sığınacaqlarının koordinatları dəqiqləşdirildikdən sonra dəniz piyadaları dərin qarla örtülmüş meşəlik ərazidə təyin olunan istiqamətdə irəliləyiblər. Aşkar edilən “düşmən”in təxribat-diversiya qrupu yüksək peşəkarlıq nümayiş edirilməklə zərərsizləşdirilib. Uğurlu döyüş əməliyyatlarında qazanılmış təcrübənin tətbiqi ilə əlverişsiz ərazi və sərt iqlim şəraitində şəxsi heyətin peşəkarlığının artırılması məqsədilə keçirilən təlimdə qarşıya qoyulmuş…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Serbiya nümayəndələri arasında ekspert görüşü keçirilib

Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış ikitərəfli əməkdaşlıq planına əsasən, iki ölkə nümayəndələrinin iştirakı ilə “44 günlük Vətən müharibəsi və Lokal xarakterli antiterror əməliyyatları” mövzusunda ekspert görüşü keçirilib. Müdafiə Nazirliyindən “İki sahil”ə verilən xəbərə görə, görüşdə Serbiyadan olan nümayəndə heyətinə “Ərazi bütövlüyünə aparan yol – 44 günlük Vətən müharibəsi”, “Vətən müharibəsindən sonra Azərbaycan Ordusunda həyata keçirilən islahatlar”, “Müdafiə strategiyası” və “Suverenliyi bərpa etmək üçün antiterror tədbirləri” mövzularında brifinqlər təqdim olunub. Ekspert görüşü zamanı hərbi əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. Səfər…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyinin hərbi qulluqçusunun ölüm faktı ilə bağlı araşdırma aparılır

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Quliyev Şirxan Söhrab oğlunun ölüm faktı əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib. ARANTV.AZ xəbər verir ki, bu barədə hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib. Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib,…

Read More
Cəbhədən Xəbər 

Birgə təlimlər regionda sülh və təhlükəsizliyə töhfə verir

Ötən il ərzində Azərbaycan Ordusunun hərbi qulluqçuları 20 ikitərəfli və çoxtərəfli təlimdə iştirak ediblər Bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2024-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında məlumat verilib. İclasda müxtəlif növ hərbi təlim və intensiv döyüş hazırlığı məşğələlərinin keçirilməsi sayəsində qoşunların döyüş qabiliyyətinin, eləcə də şəxsi heyətin peşəkarlığının daha da yüksəldiyi qeyd edilib. Bildirilib ki, 2024-cü ildə səfərbərlik hazırlığına diqqət daha da artırılıb, səfərbərlik ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi addımlar atılıb. Ötən il ərzində toplanışlara cəlb edilən 10.000-dən artıq müxtəlif ixtisaslı hərbi vəzifəlinin bilik və…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan hərbçiləri 2024-cü ildə 20 ikitərəfli və çoxtərəfli təlimdə iştirak edib

Ötən il ərzində Azərbaycan Ordusunun hərbi qulluqçuları 20 ikitərəfli və çoxtərəfli təlimdə iştirak edib. ARANTV.AZ  xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2024-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında məlumat verilib. İclasda müxtəlif növ hərbi təlim və intensiv döyüş hazırlığı məşğələlərinin keçirilməsi sayəsində qoşunların döyüş qabiliyyətinin, eləcə də şəxsi heyətin peşəkarlığının daha da yüksəldiyini qeyd edilib. Qeyd olunub ki, 2024-cü ildə səfərbərlik hazırlığına diqqət daha da artırılıb, səfərbərlik ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi addımlar atılıb. Ötən il ərzində toplanışlara cəlb edilən 10.000-dən artıq müxtəlif ixtisaslı…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov: Ötən il ehtiyatda olan 10 mindən çox hərbi qulluqçu toplanışlara cəlb edilib

2024-cü ildə səfərbərlik hazırlığına diqqət daha da artırılıb, səfərbərlik ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi addımlar atılıb. ARANTV.AZ xəbər verir ki, bunu müdafiə naziri Zakir Həsənov 2024-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında deyib. O bildirib ki, ötən il ərzində toplanışlara cəlb edilən 10 000-dən artıq müxtəlif ixtisaslı hərbi vəzifəlinin bilik və bacarıqlarının artırılması ilə yanaşı, onlara silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydaları öyrədilib. Bu istiqamətdə həyata keçirilən tədbirlərin cari ildə də davam etdiriləcəyi vurğulanıb.

Read More
Cəbhədən Xəbər 

HHQ-də “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) Təlim və Tədris Mərkəzində “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib. ARANTV.AZ xəbər verir ki,  əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, həmçinin Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Mərasimdə çıxış edən general-mayor Namiq Bayramov məzunları Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edərək onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Ordumuzun döyüş qüdrətinin artırılması naminə peşəkar zabit kadrları ilə komplektləşdirilməsindən danışan general-mayor N.Bayramov bu cür kursların əhəmiyyətini xüsusi…

Read More
Cəbhədən Xəbər 

Pakistan nümayəndə heyəti Azərbaycan HDQ-ni ziyarət edib

Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri (HDQ) Akademiyası rəisinin müavini kontr-admiral Ehsan Ahmed Xanın rəhbərlik etdiyi nümayəndə heyəti və Akademiyanın “Hərbi Dəniz Qüvvələri Qərargah kursu”nun dinləyiciləri tədris gəzintisi çərçivəsində Azərbaycan HDQ-ni ziyarət ediblər. ARANTV.AZ  xəbər verir ki,  əvvəlcə qərargahda keçirilən görüşdə Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini – qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdov qonaqları salamlayıb, Azərbaycanın dünyanın aparıcı dəniz qüvvələrinə malik ölkələri ilə əməkdaşlığında Pakistan İslam Respublikasının dəniz donanmasının xüsusi yeri olduğunu qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Kontr-admiral Ehsan…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun hərbçisi vəfat edib

Azərbaycan Ordusunun hərbi qulluqçusu Məcidov Maqbet Xətai oğlu vəfat edib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Azərbaycan Ordusunun hərbi qulluqçusu Məcidov Maqbet Xətai oğlunun ildırım sürətli vaskulit ilkin diaqnozu ilə vəfat etməsi faktını təsdiq edirik”, – Müdafiə Nazirliyindən bildirilib. Faktla bağlı araşdırma aparılır. “Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!”, – deyə Nazirlikdən bildirilib.

Read More