Cəbhədən Xəbər 

Laçın istiqamətində mövqelərimiz atəşə tutuldu

Laçın istiqamətində mövqelərimiz iyunun 24-ü gecə saatlarında atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Qafqazın ən güclü və müasir ordusu

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq,ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bilmədi. SSRİ dövründə Moskva azərbaycanlıların hərb elminə yiyələnməsinə qarışı idi. Məqsəd aydın idi – azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək. Hələ 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərarın və həmin ilin oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən silahlı qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, o dövrün rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi.…

Read More
Cəbhədən Xəbər 

Hərbiçilərimizin misilsiz qəhrəmanlıqları əbədiləşdirilir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Ordu quruculuğu ilə əlaqədar öz çıxışlarının birində belə demişdir: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.” Həqiqətən son illər ərzində Azərbaycan Ordusunun modernləşdirilməsi, döyüş qabiliyyətinin daha da yüksəldilməsi, maddi-texniki bazanın əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, eləcə də hərbçilərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülüb. Bu…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır

Bu gün Azərbaycanın qalib Ordusu Qafqazda ən müasir, yüksək texnologiyalı ordu hesab olunur. 1918-ci il 28 mayda qəbul edilmiş “İstiqlal Bəyannaməsi”ndə qeyd edilib ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Müstəqil Cümhuriyyətin qarşısında duran əsas vəzifələrdən biri qısa müddət ərzində silahlı qüvvələrini formalaşdırmaq idi. 1918-ci il 26 iyunda Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabineti tərəfindən “Müsəlman Korpusu”nun əsasında 5000 nəfər şəxsi heyəti olan Əlahiddə Azərbaycan Korpusunun yaradılması haqqında qərar qəbul edilir. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun gücü, qüdrəti beynəlxalq səviyyədə etiraf edilir

44 günlük İkinci Qarabağ müharibəsində şanlı tarix yazan 104 yaşlı  rəşadətli Ordumuzun inkişaf yolundan bəhs etmək  harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı  üçün  böyük qürurdur. Azərbaycanın bu gün dünyanın ən güclü orduları sırasında qərarlaşan Ordusunun olması  dövlətimizin bu sahəyə xüsusi diqqət və qayğısının aydın mənzərəsini yaradır. Bu mühüm məqamı da  qeyd edək ki,  1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin  cəmi 23 ay yaşamasına baxmayaraq, bu günümüz üçün gördüyü işlərdən biri də  ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar atmasıdır.  Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk…

Read More
Cəbhədən Xəbər 

Cənubi Qafqazın ən güclü ordusu

Əsası Ulu Ondər tərəfindən qoyulan Azərbaycan Ordusu gündən-günə inkişaf edir,modernləşir. Bu gün Azərbaycanda ordu quruculuğu prosesi çox uğurla gedir və bu, bizə imkan verir ki, hərbi gücümüzü artıraq. Ordu quruculuğu hər bir ölkə üçün çox önəmli məsələdir. Xüsusilə müharibə şəraitində yaşayan ölkə üçün bu, prioritet olmalıdır. Bu, belədir və Azərbaycanda ordu quruculuğu ən prioritet məsələdir. Bu gün Azərbaycan Ordusunun səviyyəsi çox yüksək zirvədədir. Orduda peşəkarlıq, döyüş qabiliyyəti artır, ruh yüksəkliyi vardır. Eyni zamanda, ordumuzun maddi-texniki bazası möhkəmlənir və son illərdə bu işlərdə çox böyük addımlar atılmışdır. Bir neçə il bundan…

Read More
Cəbhədən Xəbər 

44 günlük Vətən müharibəsi XXI əsrin müharibəsi kimi tarixə yazıldı

Azərbaycan 44 günlük Vətən müharibəsində döyüş meydanında, informasiya cəbhəsində üstünlüyünü bir daha işğalçı Ermənistana və ona 30 illik iğal dövründə dəstək olub danışıqların imitasiya naminə aparılmasına səbəb olan dövlətlərə nümayiş etdirdi. Təbii ki, uğurlarımız keçilən yolun təqdimatıdır. Hər bir bayram tədbirinin bir hesabat olduğunu da düşünsək, Azərbaycan Silahlı Qüvvələr Günündə  hər birimizə Zəfər sevincini yaşadan ordumuzun şücaətindən, qəhrəmanlığından, dünya hərb tarixinə yazdığı səhifədən bəhs edəcəyik. Bu uğur özlüyündə 104 yaşını qeyd etməyə hazırlaşan Azərbaycan Ordusuna diqqət və qayğının bütün dövrlərdə prioritet olduğuna işıq salır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu…

Read More
Cəbhədən Xəbər 

Türkiyə mütəxəssisləri Azərbaycan hərbçiləri üçün minatəmizləmə kursu keçirlər

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün Türkiyə Silahlı Qüvvələrinin mütəxəssislərinin iştirakı ilə xüsusi mina təmizləmə və axtarma kursu başlanılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, kurs zamanı hərbi qulluqçular xüsusi hazırlanmış mühəndis şəhərciyində minaaxtaranlar vasitəsilə minaların və partlamamış döyüş sursatlarının aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə bacarıqlarını təkmilləşdirəcəklər.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilir – FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) taktiki təlim keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, gəmilərin baza məntəqəsindən çıxışından qabaq keçirilən brifinqdə Hərbi Dəniz Qüvvələrin komandanı kontr-admiral Sübhan Bəkirov təlimin gedişatı və icra olunacaq fəaliyyətlər haqqında məruzələri dinləyib. Təlimin əsas məqsədi müxtəlif şəraitlərdə gəmi taktiki qruplarının təyinatı üzrə tapşırıqların icrası zamanı xüsusi təyinatlı qruplar ilə birgə fəaliyyətin işlənilməsi, döyüş fəaliyyətlərinin təşkili, qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsidir. Qeyd edək ki, taktiki təlimə HDQ-nin…

Read More