Cəbhədən Xəbər 

MN-dən döyüş mövqeləri ilə bağlı AÇIQLAMA

Azərbaycan Ordusunun, xüsusilə dağlıq, çətin relyef və iqlim şəraitli ərazilərdə dislokasiya olunmuş bölmələrinin təminat məsələlərinə ciddi nəzarət edilir. ARANTV.AZ  xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, ordunun dayaq məntəqələri və döyüş mövqelərində bütün növ ehtiyatlar yaradılıb. “Şəxsi heyətin gündəlik xidməti fəaliyyəti zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməsi, eləcə də ölkəmizdə qış aylarında havaların soyuq keçməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarından qorunması ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilib”, – Müdafiə Nazirliyindən bildirilib.

Read More
Cəbhədən Xəbər 

Hərbi attaşelər Aviasiya Təmir Zavodunda olublar

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına uyğun olaraq, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri üçün Hərbi Hava Qüvvələrinin Aviasiya Təmir Zavoduna tanışlıq səfəri təşkil edilib. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfərdə 17 ölkəni təmsil edən 22 hərbi attaşe iştirak edib. Qonaqlara əvvəlcə Aviasiya Təmir Zavodunun yaranma tarixi, inkişaf mərhələləri və hazırkı fəaliyyəti barədə ətraflı brifinq təqdim olunub. Bildirilib ki, zavodda hərbi aviasiya texnikasının texniki baxışı, təmiri və modernizasiyası həyata keçirilir. Həmçinin burada uzun illərin təcrübəsinə malik peşəkar mühəndislər, texniki…

Read More
Cəbhədən Xəbər 

Pakistan HDQ Akademiyasının nümayəndə heyəti MMU-nu ziyarət ediblər

Azərbaycan Respublikasında səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri (HDQ) Akademiyası rəisinin müavini kontr-admiral Ehsan Ahmed Xanın rəhbərlik etdiyi nümayəndə heyəti və Akademiyanın “Hərbi Dəniz Qüvvələri Qərargah kursu”nun dinləyiciləri Milli Müdafiə Universitetində (MMU) olublar. Müdafiə Nazirliyindən “İki sahil”ə verilən xəbərə görə, Şəhidlər xiyabanını ziyarətlə başlayan səfər çərçivəsində qonaqlar Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların məzarlarını ziyarət edib, gül dəstələri qoyaraq xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdiriblər. MMU-ya gələn qonaqları qarşılayan MMU rektorunun elm üzrə müavini – Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov onları ölkəmizdə…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun təlimindən YENİ GÖRÜNTÜLƏR

Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz piyada bölmələri ilə təlim keçirilib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Plana əsasən icra olunacaq fəaliyyətlər dəqiqləşdirildikdən sonra bölmələr şərti düşmən pusqusuna qarşı fəaliyyəti yerinə yetiriblər. Mobil qruplar əlverişsiz hava şəraitində, meşəlik və dağlıq ərazilərdə vaxt normativinə uyğun təyin olunan istiqamətdə irəliləyib və pusqunu dəf edib. Həmçinin yaralılara ilkin tibbi yardım və təxliyə tapşırıqları uğurla icra edilib. Ordumuzun apardığı uğurlu döyüş əməliyyatlarında qazanılmış təcrübənin tətbiq edildiyi, eləcə də şəxsi heyətin dözümlülük və praktiki vərdişlərinin artırılması məqsədilə yerinə yetirilən təlimdə verilən tapşırıqlar yüksək…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyinin rəhbərliyi Quru Qoşunlarının komanda-qərargah təlimini izləyib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyəti 2025-ci ilin hazırlıq planına əsasən, Quru Qoşunlarında keçirilən komanda-qərargah təlimini izləyib. Xəritə üzərində tapşırıqlar dəqiqləşdirildikdən sonra komandir heyətinin qərarlara dair müvafiq məruzələri dinlənilib. ARANTV.AZ  xəbər verir ki,  müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə olunub ki, plana uyğun olaraq, “Həyəcan” siqnalı ilə qaldırılan bölmələr təlim rayonlarına çıxarılıb. Döyüşə hazırolma vəziyyətinə gətirilmə üzrə ərazidə maskalanma və mühafizənin təşkilinə dair fəaliyyətləri yerinə yetirən bölmələr, həmçinin müasir üsul və vasitələrin tətbiqi ilə döyüşaparma və özünümüdafiə üzrə məşğələləri icra ediblər. Müdafiə naziri bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin…

Read More
Cəbhədən Xəbər 

Ordumuz and içəcək – BU TARİXDƏ

Fevralın 16-da Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcəkdir. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub. “Vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik”, – məlumatda qeyd olunub.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda keçiriləcək andiçmə mərasiminin tarixi açıqlanıb

Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi fevralın 16-da keçiriləcək. ARANTV.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub: “Vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, məhdudiyyəti anlayışla qarşılamağı, andiçmə mərasimi zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik”.

Read More
Cəbhədən Xəbər 

Hərbçilərin ardınca onlar gedirdi: Qarabağ belə işıqlanmışdı

Hələ Vətən müharibəsinin davam etdiyi vaxtlarda azad olunan ərazilərdə elektrik xətlərinin çəkilməsi işləri həyata keçirilirdi. Hərbçilərimiz Qarabağı azad edirdi, onların ardınca isə “Azərişıq” ASC-nin fədakar əməkdaşları vətən torpağını işıqlandırırdı. “Azərişıq” işıq sürəti ilə azad olunmuş torpaqlarda quruculuğa ilk töhfəni verirdi. Bunun nəticəsi idi ki, 2020-ci ilin oktyabrında “Azərişıq” Qarabağda layihəsinə start verildi. İlk olaraq Cəbrayıl rayonu ərazisində işlərə başlanıldı. Əsas hədəf isə ən qısa vaxtda Cəbrayılda Azərbaycanın işığını yandırmaq idi. Fədakar işıqçılar müharibənin ilk günlərindən hərbi hissələri və Cəbrayılı işıqla təmin etmək üçün işə başladılar. Əlbəttə ki, çətin idi, müharibə…

Read More
Cəbhədən Xəbər 

Çağırışçılar və hərbi vəzifəlilərlə bağlı bir sıra cərimələr ARTIRILIR

Çağırışçılar və hərbi vəzifəlilər haqqında məlumatların vaxtında verilməməsinə görə cərimələr artırılır. ARANTV.AZ xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. Qanun layihəsinə əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min iki yüz manatadək…

Read More