Cəbhədən Xəbər 

Azərbaycan pilotlarının Türkiyədəki təlimindən görüntülər – VİDEO

Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Qartalı – 2022” beynəlxalq taktiki-uçuş təlimi keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təlimin ilkin mərhələsində iştirakçılara təlimatçılar tərəfindən tərtib olunan plan üzrə təhlükəsizlik qaydaları çatdırılıb, uçuş və digər tapşırıqlarla bağlı məsələlər izah olunub. Plana uyğun olaraq hərbi pilotlar şərti düşmənin hava hücumundan müdafiə vasitələrini məhv etdikdən sonra təyin olunan hədəflərə aviasiya zərbələri endiriblər. Təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib. Qeyd edək ki, beynəlxalq taktiki-uçuş təlimi iyul ayının 1-dək davam edəcək.

Read More
Cəbhədən Xəbər 

İlham Əliyevin Daşkənddə rəsmi qarşılanma mərasimi olub

  İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi olub.   AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Özbəkistan dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülwb.   Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.   Azərbaycanın və Özbəkistan Dövlət himnləri səslənib.   Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.   Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan əsgərlərini salamlayıb.   Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.   Özbəkistanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri…

Read More
Cəbhədən Xəbər 

Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub

  Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 20-si gecə saatlarından başlayaraq iyunun 21-i səhər saatlarınadək dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı, Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.   Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.   Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.    

Read More
Cəbhədən Xəbər 

Zəfər tariximizi yazan rəşadətli Azərbaycan Ordusu

  Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın möhkəm təmələ əsaslanan uğurları fonunda daim bu əminliyi ifadə edirdi ki, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Hər gün, hər ay bizim qələbəmizi yaxınlaşdırır. Hər ay, hər il Azərbaycan daha da güclənir, Ermənistan daha da zəifləyir. Tarixin gedişatı, inkişafı belədir ki, Azərbaycan ilə rəqabət aparmaq Ermənistan üçün mümkün olmayacaq. Onların əsas ümidi xarici qüvvələrə, erməni lobbisinə, onun havadarlarına və bəzi başqa ölkələrin dairələrinədir. Bizim isə ümidimiz öz gücümüzdür-Azərbaycan xalqıdır, haqq və ədalətdir, beynəlxalq hüquqdur və artan gücümüzdür.   Bu gün Silahlı Qüvvələr…

Read More
Cəbhədən Xəbər 

Ədalətin və milli ləyaqətin bərpası

  Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan silahlı qüvvələrinin məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi dağıtdı, bütün qüvvələri xalqımızın iradəsi ilə hesablaşmağa vadar etdi. Qarabağ işğaldan azad edildi. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, işğalçı ölkə kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan Ordusu Vətən müharibəsində tarixi Zəfərlə bir daha Cənubi Qafqazın ən güclü ordusu kimi sülhün və təhlükəsizliyin əsas təminatçısı olduğunu göstərdi.   Xalq-iqtidar-ordu birliyi əsasında qazanılmış şanlı tarixi Zəfərimiz nəticəsində hazırda erməni faşistlərindən təmizlənmiş ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Rəşadətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda…

Read More
Cəbhədən Xəbər 

Qalib Ordu  

  Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi   2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsində zəfər çalan Azərbaycan ordusu sadəcə ölkəmizdə deyil, bütün regionda yeni bir dönəmin əsasını qoydu. 44 gün ərzində erməni işğalçılarını darmadağın edən Azərbaycan ordusunun şanlı qalibiyyəti nəticəsində dövlətimizin ərazi bütövlüyü təmin edildi, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız öz azadlığına qovuşdu.   Vətən müharibəsi Azərbaycan dövlətinin, Azərbaycan xalqının mübarizə əzmini, hərbi, iqtisadi,…

Read More
Cəbhədən Xəbər 

Milli Müdafiə Universitetində buraxılış mərasimi keçirilib – FOTO

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursunun növbəti buraxılışına həsr olunan mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Buraxılış mərasimində çıxış edən Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən, professor general-leytenant Heydər Piriyev kursu müvəffəqiyyətlə bitirən iştirakçıları müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb. Sonra kursu bitirən məzunlara diplom və…

Read More
Cəbhədən Xəbər 

Azad edilən ərazilərdə daha 92 mina aşkarlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. Agentlikdən verilən məlumata görə, iyunun 13-dən 18-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 79, tank əleyhinə 13 mina və 58 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 557 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Müdafiə Nazirliyi partlayışlarla bağlı məlumat yaydı

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, döyüş sursatlarının utilizasiyası prosesi iyunun 20-dən 25-ə qədər Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Ümumqoşun təlim poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Read More
Cəbhədən Xəbər 

Qırıcılarımız Türkiyədədir

Azərbaycan Hərbi Hava Qüvvələrinin qırıcıları “Anadolu Qartalı – 2022” beynəlxalq taktiki uçuş təlimlərində iştirak etmək üçün Türkiyənin Konya şəhərinə gəlib. ARANTV.AZ  xəbər verir ki, təlimə hazırlıqla bağlı yoxlama uçuşları keçirilib. Məlumata görə, beynəlxalq taktiki uçuş təlimlərində Azərbaycanı Su-25 və MiQ-29 qırıcı təyyarələri təmsil edəcək. Bildirilib ki, təlimdə Türkiyə və Azərbaycan hərbçiləri ilə yanaşı, Böyük Britaniya, İordaniya və Pakistanın hərbi qulluqçuları da iştirak edəcək. Beynəlxalq taktiki uçuş təlimlərində əsas məqsədi, xilasetmə və havadan yardım hərakatına nəzarəti, yaxından hava dəstəyini, hərəkət dinamikasını gücləndirmək və iştirak edən dövlətlər arasında hərbi hava qüvvələri sahəsindəki…

Read More