Cəbhədən Xəbər 

Dörd ölkənin hərbçiləri Bakıda müzakirələr apardı

Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları – 2022” yarışları çərçivəsində Azərbaycanın ərazi sularında təşkil olunacaq “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan, Rusiya, Qazaxıstan və İran nümayəndə heyətlərinin iştirak etdiyi konfransda “Dəniz kuboku” müsabiqəsinə hazırlıqla bağlı məsələlər və görüləcək işlər müzakirə olunub. Sonra müsabiqənin keçiriləcəyi təlim-tədris kompleksinə baxış keçirilib. Qeyd edək ki, “Dəniz kuboku” müsabiqəsinin cari ilin avqust ayında keçirilməsi planlaşdırılır.

Read More
Cəbhədən Xəbər 

Türkiyədə təhsil alan Azərbaycan hərbçilərinin sayı artırılıb – RƏSMİ

“Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində təhsil alan Azərbaycan Ordusunun şəxsi heyətinin sayı artırılıb”. “Report”un xəbərinə görə, bunu müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda Şuşada keçirilən konfransda deyib. O bildirib ki, hazırda 200-dən çox zabit, gizir və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu Türkiyə Silahlı Qüvvələrinin müxtəlif təhsil müəssisələrində, təlim mərkəzlərində təhsil alır, təkmilləşdirmə kursları keçirlər.

Read More
Cəbhədən Xəbər 

Komandan: “Bu il Azərbaycan və Türkiyədə 20-dən çox birgə hərbi təlimin keçirilməsi planlaşdırılıb”

“Bu il ərzində həm Azərbaycan, həm də Türkiyədə 20-dən çox birgə təlimin keçirilməsi planlaşdırılıb. Artıq bunların bir neçəsi icra edilib”. “Report”un xəbərinə görə, bunu müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda Şuşada keçirilən konfransda deyib. O bildirib ki, belə təlimlərin hərbi əməkdaşlığın və xalqlarımız arasındakı qardaşlığın gücləndirilməsi baxımından çox böyük əhəmiyyəti var.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Quru Qoşunlarının komandanı: “Türkiyə ilə hərbi təlimlər sürətlə inkişaf etdirilir”

“Şuşa Bəyannaməsinin tələblərinə uyğun olaraq hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində çox vacib işlər görülür”. “Report”un xəbərinə görə, bunu müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda Şuşada keçirilən konfransda deyib. Onun sözlərinə görə, region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri yüksək səviyyədə davam etdirilir. “Digər sahələrdə olduğu kimi Şuşa Bəyannaməsinin 11, 12 və 13-cü bəndlərinə uyğun olaraq…

Read More
Cəbhədən Xəbər 

Hərbçilərimiz təlimdə tanklarla “şou” göstərdilər – VİDEO

Azərbaycan Ordusunun tank bölmələrində sürücülük və atəş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tank heyətləri ərazidə təbii və süni maneələri dəf edərək döyüş maşınlarının idarə olunması vərdişlərini daha da təkmilləşdiriblər. Atəş hazırlığı üzrə çalışmalarda hədəflərin məhv edilməsi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilib.

Read More
Cəbhədən Xəbər 

Azad edilən ərazilərdə daha 107 mina aşkarlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. Agentlikdən verilən məlumata görə, iyunun 6-dan 11-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 96, tank əleyhinə 11 mina və 685 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 544 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun snayperlərinin təlimi başlayıb – FOTO/VİDEO

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda snayperlərin peşəkarlığının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlim keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təlim zamanı snayperlər gecə və gündüz vaxtı atəş mövqeyinin seçilməsi, fərdi və qrup şəklində müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi, eləcə də digər mövzular üzrə qarşıya qoyulan tapşırıqları icra edirlər.  

Read More
Cəbhədən Xəbər 

İki hərbi qulluqçumuz xəstəlikdən vəfat edib

Azərbaycan Ordusunun iki hərbi qulluqçusu vəfat edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, hərbi qulluqçular – tibb xidməti polkovnik-leytenantı Quliyev Fikrət Tofiq oğlu və gizir Qəmbərov Ruzi Adil oğlu xəstəlikdən vəfat ediblər. Qeyd edilib ki, polkovnik- leytenant F.Quliyev uzun müddət onkoloji xəstəlikdən, gizir R.Qəmbərov isə sol arxa beyin arteriyası hövzəsinin işemik insultu, serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə olunurdular. Həkimlərin səyinə baxmayaraq hərbi qulluqçularımızın həyatını xilas etmək mümkün olmayıb. Müdafiə Nazirliyinin rəhbərliyi  dünyasını dəyişən hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir.

Read More
Cəbhədən Xəbər 

Hər zaman və hər yerdə!

Bu, indi Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə devizidir… Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə ilə Cənubi Qafqazın ən qüdrətli ordusu olduğunu bütün dünyaya nümayiş etdirdi. Ancaq Azərbaycanda daha güclü ordu quruculuğu prosesi torpaqlarımızın işğaldan azad edilməsindən sonra da məqsədyönlü şəkildə davam etdirildi və bu gün ölkəmizin təhlükəsizliyi üçün əsas faktorlardan olan bu sahədə ən müasir innovativ texnologiyaların tətbiq edilməsi ilə zəruri islahatlar, təkmilləşdirmə prosesi həyata keçirilir. Təbii ki, bu zaman müharibənin nəticələrinin təhlilləri də nəzərə alınır, üstəlik Silahlı Qüvvələrimizin gücləndirilməsi zamanı NATO-nun ən güclü ordularından birinə…

Read More