Cəbhədən Xəbər 

“Efes-2022” çoxmillətli təlimi: Hərbçilərimiz Türkiyədə şərti terrorçuları zərərsizləşdirdilər – VİDEO

Türkiyə Respublikasının İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təliminin növbəti mərhələsi üzrə tapşırıqlar icra edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təlimin növbəti günündə ssenariyə uyğun olaraq sahil xəttinin sualtı minalardan təmizlənməsi, şərti düşmən arxasına havadan sızma, onun sahildə yerləşən hərbi obyektinə basqın və aşkar olunan terrorçuların zərərsizləşdirilməsi tapşırıqları iştirakçılar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib. Qeyd edək ki, ölkəmizi beynəlxalq təlimdə Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları təmsil edirlər.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan hərbi pilotları beynəlxalq təlimdə tapşırıqları icra ediblər – FOTO/VİDEO

Türkiyənin Konya şəhərində Azərbaycan hərbçilərinin də iştirakı ilə keçirilən “Anatolian Phoenix-2022” beynəlxalq axtarış-xilasetmə təlimində qarşıya qoyulan tapşırıqlar uğurla icra edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təlim çərçivəsində tapşırıqların xəritə üzərində dəqiqləşdirilməsi və hədəf hesabatı, paraşüt hazırlığı üzrə çalışmalar, helikopterlərlə təlim uçuşları və ssenariyə uyğun olaraq qəza etmiş aviasiya vasitəsi ekipajlarının axtarış-xilasetmə əməliyyatları yerinə yetirilib. Azərbaycanın müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov təlimin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak edib. Azərbaycan HHQ-nin hərbi qulluqçuları ilə görüşən nazir müavini şəxsi heyətin peşəkarlıq səviyyəsini yüksək qiymətləndirib.…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Səlcuq Bayraktar ilə görüşdü – FOTO

Mayın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qonağı salamladıqdan sonra müdafiə naziri iki ölkə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin inkişaf etdiyini və möhkəmləndiyini bildirib. Ölkə rəhbərlərinin dostluq münasibətlərinin dövlətlərimiz arasında əlaqələrin inkişafında mühüm rol oynadığını xüsusi vurğulayan general-polkovnik Z.Həsənov bu cür görüşlərin qarşılıqlı əməkdaşlığımızın genişləndirilməsi baxımından vacibliyini qeyd edib. Görüşdə bu il “TEKNOFEST Azərbaycan” festivalının Bakıda keçirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb. Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov “Qaraheybət”də: Tapşırıqlar verdi – VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti “Qaraheybət” Təlim Mərkəzində yeni istifadəyə verilən hərbi infrastruktura baxış keçirib. Müdafiə nazirinə məruzə olunub ki, burada müasir döyüş üsullarının praktiki tətbiq edilməsi üçün real şəraitə uyğunlaşdırılmış təlim sahələri inşa olunub. Bundan başqa müxtəlif növ döyüş texnikasının mürəkkəb relyef…

Read More
Cəbhədən Xəbər 

Kərim Vəliyev “TEKNOFEST 2022” festivalı ilə bağlı əraziyə baxış keçirib

Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev “TEKNOFEST 2022” festivalı ilə bağlı əraziyə baxış keçirib. ARANTV.AZ  xəbər verir ki, general-polkovnik K.Vəliyev Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin festivalda nümayiş etdiriləcək texnikalara baxış keçirib. O, həmçinin “Bayraktar TB2” və “Akıncı” pilotsuz uçuş aparatlarının yerləşdiyi pavilyonları ziyarət edib.

Read More
Cəbhədən Xəbər 

Bizi bir-birimizə bağlayan sarsılmaz qardaşlığımızdır

Azərbaycan və Türkiyə hərbçilərinin qardaş ölkədə davam edən birgə təlimləri çərçivəsində Seçilmiş Müşahidəçi Günü keçirilib. ARANTV.AZ xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi tviterdə məlumat yayıb. Nazirliyin rəsmi tviter səhifəsində yer alan məlumatda deyilir: “Bizi bir-birimizə bağlayan sarsılmaz qardaşlığımızdır. Azərbaycan türkü qardaşlarımızla birlikdə Qarsda icra etdiyimiz “Heydər Əliyev-2022” Faktiki Atış Birgə Batalyon İşçi Qrupunun Səhra Təlimi”nin Seçilmiş Müşahidəçi Günü keçirilib. Məlumatda təlimlərlə bağlı videomaterial da yer alıb.

Read More
Cəbhədən Xəbər 

Ordumuzun mövqeləri atəşə TUTULDU

Mayın 21-i saat 16:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan istifadə edərək atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 20-si axşam saatlarında dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub. ARANTV.AZ xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More